MüASİr təLİm texnologiyalarinin təTBİQİNƏ Əsaslanan yeni MƏzmunlu təHSİl problemi



Yüklə 213,46 Kb.
səhifə6/6
tarix28.11.2023
ölçüsü213,46 Kb.
#133502
1   2   3   4   5   6
2 AYƏTXAN Məqalə PEDAQOJİ

3. İnkişafetdirici təlim prinsipinin tətbiqi zamanı təlim inkişafı qabaqlamalı (L.S.Vıqotskiy), uşağın “qarşı­­dakı (yaxın) inkişaf zonasına” yönəldilməlidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyətinin, yaxud böyüklərin köməyi nəticəsində aşkarlanan bilik və bacarığını üzə çıxar­maq imkanlarına istiqamətlənməlidir;
4. “Qabaqlayıcı təlim” prinsipi zamanı təlim cəmiy­yətin inkişaf təmayül­lərini əks etdirməli və yeni nəsilləri gələcək həyat üçün hazırlamalıdır;
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi ictimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla təlim proqramlarının məzmununun və tədris planlarının qurulmasının, eləcə də təlim-tərbiyə prosesinin təşkilinin və pedaqoji texnologiyaların seçilməsinin müntəzəm təzə­lən­­məsini,
6. Əməkdaşlıq prinsipi “müəllim-şagird-valideyn” müna­sibətində onların tərəf-müqabili kimi iştirak etməklərini,
7. Dialoji təlim prinsipi isə məsələlərin birgə həlli gedişində özünün və qrup yoldaşlarının fikirlərini, imkan və təcrübələrini müəyyən etməkləri və bundan fayda­lanmaları məqsədilə şagirdlərin hamısının müzakirələrdə və qrupun işində fəal iştirakının təmin edilməsini nəzərdə tutur.
NƏTİCƏ
Yekun olaraq bu qənaətə gəlmək olar ki, Yeni Təlim Texnologiyaları cəmiyyət üçün şəxsiyyət formalaşdırıl­ması işində yaddaşa yox, təfəkkürə əsaslanır. Yeni təlim texnologiyaları ilə müstəqil şəkildə bilik əldə edən təhsilalanın nəinki təfəkkürü, yaradıcılıq qabiliyyəti də forma­laşıb inkişaf edir. Müsbət nəticə əldə etmək üçün, hər haldan öncə, öyrənənlər maddi-texniki resurslarla təmin olun­malı, onlar üçün müasir tələblərə cavab verən öyrə­dici mühit yaradılmalıdır. Belə olan halda Yeni Təlim Metodları öyrənənin mənimsəmə qabiliyyətini yüksəldər, yadda­şını itiləyər, onda hazırcavablıq qabiliyyəti forma­laş­dırar, onu ayıq-sayıq olmağa, baş verənlərdən düzgün nəticə çıxartmağa, nəzəri cəhətdən öyrəndiklərini həyatda tətbiq etməyə hazırlayar.

İSTIFADƏ OLUNAN ƏDƏBİYYAT
1. “Azərbaycan Respublikasında təhsil sahəsində İsla­hat Proqramı”. 19 iyun 1999-cu il.
2. Meh­­ra­­bov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R. Pedaqoji texnologiyalar. Bakı-2006.
3. Nəzərov Akif. Müasir təlim texnologiyaları (mühazirə xülasələri). Dərs vəsaiti. Bakı-ADPU-2012.
4. “Təhsil haqqında” AR Qanunu.
5. “Yeni təlim texnologiyalarının prinsipləri”. Dərslik. Bakı-2016.


Yüklə 213,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə