MüASİr təLİm texnologiyalarinin təTBİQİNƏ Əsaslanan yeni MƏzmunlu təHSİl problemi


İnteraktiv təlim özündə hansı metod və texnikaları birləşdirir?



Yüklə 213,46 Kb.
səhifə3/6
tarix28.11.2023
ölçüsü213,46 Kb.
#133502
1   2   3   4   5   6
2 AYƏTXAN Məqalə PEDAQOJİ

İnteraktiv təlim özündə hansı metod və texnikaları birləşdirir? Akif Nəzərov interaktiv təlimi mahiyyətinə görə “beyin həmləsi”, müzakirə, rollu oyunlar, prezentasiya, tədqiqatın aparılması və təşkilati olmaqla 6 qrupda təsni­fatlandırır.
İnteraktiv təlim bura
1. “Beyin həmləsi” metodlarına hücum, BİBÖ, auksion, klaster, suallar, anlayışların çıxarılışı, söz assosiasiyaları, insert;
2. Müzakirə metodlarına müzakirə, diskussiya, debatlar, müzakirə xəritələri, Sokrat üsulu, akvarium;
3. Rollu oyunlar metodlarına rollu oyun, modelləş­dirmə, səhnələşdirmə,
4. Prezentasiya metodlarına təqdimatlar, esse;
5. Tədqiqatın aparılması metodlarına problemin həlli, kublaşdırma, konkret hadisənin araşdırıl­ması, Venn diaq­ramı, lahiyələrin hazırlanması, sorğu vərəqləri və müsahi­­bə­lər, qərarlar ağacı, ide­ya­lar xalısı, refleksiya;
6. Təşkilati metodlara isə ziqzaq, karusel kimi qaydaları daxil edir.

Yeni təlim texnologiyalarının şəxsiyyətin formalaşma­sında xüsusi yeri var. Yeni təlim texno­logiyalarının tətbiqi nəticəsində təhsilalanlar öz fikirlərini aydın, məntiqi ardıcıllıqla ifadə etmək kimi vacib keyfiyyətlərə yiyə­lən­miş olurlar. Yeni təlim metodları öyrənənlərin yaradıcılıq qabiliyyətinin inkişafını təmin edir, onlarda yüksək ünsiy­yət mədəniyyəti formalaşdırır.


Ancaq yeni təlim texnologiyaların tətbiqi heç də ənənvi təlim texnologiya­larından tamamilə imtina etməyə əsas vermir. Bu, yolverilməzdir. Ənənəvi təlim texnologiya­ları­nın müsbət tərəf­lərindən bəhrələnməklə yeni yanaşma­lara, yeni təlim texnologiyalarının, innovasiyaların peda­qoji-psixoloji əsaslarını mənimsə­mək və təlim-tərbiyə prosesinin elmi əsaslarının müasir tələblərə uyğun aparıl­ma­sı­na müvəffəq olmaq lazımdır. Bu gün Azərbay­can təhsilinin qarşısında duran aktual problem budur.
Təlimin məqsəd və məzmununun keyfiyyətlə icrası seçil­miş metodların prak­tik imkanlarından asılıdır. Bu imkan­ları məhz metodlar təmin edir və didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlim zamanı tətbiq edilən metodlar inki­şafa nə qədər çox zəmanət yaradarsa, təlimin səmərəsi bir o qədər yüksək olаr. İnte­rak­tiv təlim metodları bu mənada üstünlük təşkil edir.
Akif Nəzərov mütəxəssislərin bu fikrilə həmrəydir ki, interaktiv təlim metod­ları üç əsas funk­siyanı yerinə yetirir: pedoqoji, psixoloji və sosial. Pedoqoji funk­si­ya­ya təhsilalanın inkişafına təsir göstərən mikromühit, kommunikasiyalar, şəxsi təcrübə və metod kimi amillər; psixoloji funksiyaya öyrnənənlərin səyi, marağı, xarakterik xüsusiyyətləri; sosial funksiyaya əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əlaqəli bilik və bacarıqlar daxildir.
Respublikamız müstəqilliyini və suverenliyini bərpa edən­­dən sonra inkişafın xarakterinə uyğun olaraq təlim metod­ları da forma və məzmunca yenilənib. İndi təhsil müəssisələrinin qarşısında müstəqil düşünən, kamil, rəqabətəqabil şəxsiyyət, yaradıcı insan yetişdirilməsi məsə­­ləsi problem kimi qoyulmuşdur. Bu prosesdə isə, təbii ki, milli-mənəvi dəyərlər müstəsna dərəcədə nəzərə alınmalıdır.
Bütün bunlar “Azərbaycan Respublikasında təhsil sahə­sində İslahatı Proqra­mı”n­­da (15 iyun 1999-cu il) öz əksini tapmış, yeni təlim metodlarından, təlim tex­nologiya­ların­dan istifadənin elmi, pedaqoji-psixoloji əsaslarının işlən­məsini prob­lem kimi qarşıya qoymuş, “İlkin müəllim hazır­lığı, təhsilin məzmununun təkmil­ləş­dirilməsi, idarə­etmə­­nin yeniləndirilməsi, maliyyələşmənin, qiymətlən­­dir­mənin yeni modelinin işlənməsi və s. durmuşdur” [2. s17].
Qənaətimiz bizi bu fikri qəbul etməyə sövq edir ki, yeni təlim metodları təfək­kür prosesinin inkişafında əhəmiy­yətli rol oynayır, nəticədə təhsilalanlar tədris olunanı daha mükəmməl mənimsəmək və müstəqil cavablandırmaq baca­rıqlarına yiyələnmiş olurlar.
Bunu da qeyd edək ki, yeni texnologiyalar tədris stra­­te­gi­ya­sinın yerinə yetiril­məsi işinə istiqamətləndiril­di­yin­dən, nəzərdə tutulan məq­s­­ə­də çatmaq işində müəllim əməyi təhsilalan üçün xüsusi əhəmiyyətə malikdir.
Professor Ə.Ə.Ağayev yeni təlim texnologiyalarının üstünlüklərindən bəhs edər­­kən yazır ki, bu zaman “...dərs tam fəallıq şəraitində keçir, təkcə müəllim deyil, şagirdlər də yaradıcılıq axtarışında olurlar, müstəqil düşüncə tərzi formalaşır, təşəb­büskarlıq, yeniliyə meyllilik güclənir”.
Bu isə nəticə etibarı ilə özlüyündə müəllimin öhdəsinə düşən vəzifəni ona bir daha diktə etmiş olur, başqa sözlə müəllimə xatırlatmış olur ki, öyrənəni təlimin fəal iştirakçısı olmaq üçün hazır­lamaq onun vəzifə borcudur. Müəllim öyrənənə dünyanı başa düşməkdə və qazandığı bilikləri həyatda tətbiq etməkdə yardımçı olmalıdır.
Ancaq bu da unudulmamalıdır ki, öyrənənlərin tədqiqat sahəsinə cəlb olun­ması, müəllim tərə­fin­dən problemli şəraitin yaradılması, biliklərin öyrənənlər tərə­fin­dən müstəqil əldə edilməsi kimi bir sıra xüsusiyyətlər ənənəvi təlim metod­larında da olub. Fərq isə burasındadır ki, bu xüsusiy­yətlər Ənənəvi Təlim Metod­la­rı­nın heç də hamısında yoxdur.
Yeni təlim texnologiyaları təfəkkürün inkişafına səbəb olacaq konstruktivizm; şagird­lərin sosial inkişafına səbəb olacaq kooperativ təlim; biliklərin müstəqil əldə edilməsi üçün şəraitin yaradıl­ması; bilik və bacarıqların müstəqil şəkildə əldə edil­məsi; müəllimin təşkilatçı, koordinator, bəzi hallarda hətta arbitr simasında çıxış etməsi kimi prinsiplərə əsaslandıqda öyrənənlərin yaradıcılıq qabiliy­yə­tini daha çox inkişaf etdirmək imkanları yaranır.
Mütəxəssislər bu qənaətdədirlər ki, Yeni Təlim Texnologiyalarının tətbiq edil­diyi dərslər qrup və kooperativ əsaslı öyrənmə halında olmaqla iki formada təş­kil olunur. Bu dərslərdə üstünlük qrup formasına verilir. Qrupu təşkil edən şagird­lər verilmiş tapşırığı qarşılıqlı ünsiyyət və mülahizə zəminində yerinə yetirirlər.
Kooperativ təlim zamanı isə şagirdlər öz məqsədlərinə yalnız birgə fəaliyyət göstərdikləri digər şagird­­lərlə eyni vaxtda çata bilərlər. Kooperativ əsaslı öyrənmə təlim tapşırığının elə təşkilini tələb edir ki, şagirdlər dərsin məqsədinə özünün və kiçik qruplardakı yoldaşlarının səyləri nəti­­­cə­­sində nail olsunlar. Kooperativ təli­­mə aid öyrənmə modeli D.Conson və R.Conson tərə­fin­dən yaradılmışdır.
Ənənvi didaktikada isə kooperativ (əməkdaşlıq əsaslı) təlimdən fərqli olaraq təlim tapşırıqları frontal, qrup və fərdi olmaqla üç formada verilir.



Yüklə 213,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə