MüASİr təLİm texnologiyalarinin təTBİQİNƏ Əsaslanan yeni MƏzmunlu təHSİl problemi



Yüklə 213,46 Kb.
səhifə1/6
tarix28.11.2023
ölçüsü213,46 Kb.
#133502
  1   2   3   4   5   6
2 AYƏTXAN Məqalə PEDAQOJİ


MÜASİR TƏLİM TEXNOLOGİYALARININ
TƏTBİQİNƏ ƏSASLANAN YENİ MƏZMUNLU TƏHSİL PROBLEMİ
(mövzuya Akif Nəzərov baxışı müstəvisində yanaşma)


GİRİŞ
Azərbaycan təhsilinin son yarım əsrlik inkişaf yoluna diqqət yetirdikdə iki tendensiya müşahidə edilir: strateji nəzəri səciyyə daşıyan akademik bilik və praktiki bilik və baca­rıqlara yiyələnmə. Son onilliklərdə elmi-texnoloji tərəqqi, inno­vasi­yalar və modernləşmə sayəsində praktik bilik və bacarıqlara yiyələnmənin üstünlük təşkil etdiyi göz önündədir. Ancaq bütün zamanlar üçün keyfiyyət problemi həmişə diqqət mərkəzində olmuşdur. Əsərlərini tədqiqata cəlb etdiyimiz və etmədiyimiz bütün pedaqoq-alimlər yekdil olaraq bu qənaətdədirlər ki, keyfiyyətin yüksəldilməsi bütün zamanlar üçün aktual olmuşdur. “Təhsil haqqında” AR Qanununda qeyd edildiyi kimi, “Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə iqtisadi-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir” [4. Fəsil 2, maddə 9.3]. QANUN-un IV maddəsində həmçinin bu da göstərilir ki, Azərbaycan Respub­likasında təhsilin əsas məqsədi
“4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq” dır [4. I fəsil, maddə 4].

Məlumat üçün bildirək ki, “təlim texnologiyaları” istilahı pedaqoji texno­lo­gi­yaların 4 ünsürün­dən biri olub, “bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün əməliyyatlar sistemi”dir [3. s.18, abzas №14.] və Əməkdar müəllim Akif Nəzərovun təsnifatında (1. Təlim texnologiyası; 2. Tərbiyə texnologiyası, 3. İnkişaf texnologiyası və diaqnostika texnologiyası) I yerdə durur. O səbəbdən ki, təlim metodu pedaqoji prosesdə digər pedaqoji ünsürlərlə birlikdə çıxış edərək təlimin məq­səd və məzmununa xidmət edir, məqsəd və məzmun dəyişdikcə isə metod və texno­lo­gi­yalar da dəyişir. O üzdən ki, “müasir dərs yalnız tədris vasitələrinin deyil, təlim, tərbiyə və inkişafın bir-biri ilə əlaqədə olduğu kompleks vəzifələrin planlaş­dırıl­masını tələb edir” (3. s.21, abzas №3). Çünki (Akif Nəzərova görə), qeyri-səmərəli metodlarla yüksək təlim-tərbiyə nəticələrinə nail olmaq mümkün deyil.

Xüsusi qeyd etməyi vacib bilirik ki, daha əvvəllər bu istilah “təlim texno­logiyası” adlan­ma­­yıb. “Proqlamlaş­dırılmış təlim ”adı altında tətbiq olunub və çox da uzaq olmayan XX əsrin 70-ci illərinin “yadigarıdır”. Akif Nəzərovun araşdırma­larına əsaslanaraq deyə bilərik ki, yeni pedaqoji texnologiyalar dünyanın inkişaf etmiş ölkələrində təlim metodları kimi proqramlaşdırıldığı halda, keçmiş SSRİ-nin təhsil siyasətində düzgün qiymət­ləndirilməmiş və elə bu səbəbdən də uğurlu nəticə alınmamışdır. Lakin bütün bunlara baxmayaraq, - yazır A.Nəzərov, - “o illərdən başlayaraq tədricən yeni pedaqoji texnologiyalarla əlaqədar proqram tələblərinin şərtləri elmi-pedaqoji cəhətdən əsaslan­dırılmış və tətbiqinə dair tövsiyələr hazır­lan­mışdır. Belə ki, nəzərdə tutulmuş didaktik problemlər yüksək nailiyyətlər səviy­yəsində elmi-nəzəri təhlil edilərək tətbiq imkanları dəqiqləşdirilir, müəllimin nor­mal işləməsi üçün məntiqi iş ahəng­dar­lı­ğının yaradılması yolları müəyyən­ləşdirilir, habelə tədris prosesində müəllim-şagird münasibətləri, birgə fəaliyyət, qar­şı­lıqlı əməkdaşlıq strukturları formalaşdırılır”(3. s.22, abzas №1).

Təhsilin keyfiyyətinin yüksəldilməsi vasitələrindən biri də Yeni Təlim Vasitə­ləridir. Bu məqsəd üçün üçün hansı təlim vasitələri tövsiyə olunur və bu təlim vasitələri təhsilalana hansı bacarıqları aşılayır? Məqalədə bu məsələ­lər­dən bəhs olunur.



Yüklə 213,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə