MüASİr təLİm texnologiyalarinin təTBİQİNƏ Əsaslanan yeni MƏzmunlu təHSİl problemi


Müasir təlim texnologiyalarının prinsipləri



Yüklə 213,46 Kb.
səhifə4/6
tarix28.11.2023
ölçüsü213,46 Kb.
#133502
1   2   3   4   5   6
2 AYƏTXAN Məqalə PEDAQOJİ

Müasir təlim texnologiyalarının prinsipləri
və onların tətbiq imkanları

Təlim prinsipləri didaktikanın mühüm vəzifələrinin həyata keçirilməsinə xid­mət edir. Prinsiplər qarşıya elə vəzifələr qoyur ki, müəllim bunlara əməl etməklə şagirdlərin yüksək tədris uğuruna nail olmaq imkanı qazanır.


Təlim zamanı müəllimin fəaliyyətinin ümumi istiqamətini müəyyən edən prin­sip­lər pedaqoji ədəbiyyatda müxtəlif tərzdə təsnif edilir.
Məsələn, V.A.Slasteninin həmmüəllifliyilə nəşr olunan “Pedaqogika” dərs­­li­yində təlim prin­sip­lərinin təsnifatı aşağıdakı kimi verilmişdir: “elmilik; tərbiyə­edici təlim; təlimin tətbiqi; təlimin ardıcıllığı və sistemliyi; təlimdə fərdi yanaşma; təlimdə yaşauyğunluq; təlimdə yaradıcı inkişafın təmin edilməsi; təlimin çətinlik dərəcəsinin nəzərə alınması; əyanilik; mövzunun mürəkkəblik dərəcəsindən asılı olaraq uyğunlaşdırılması [5. §15.2].
Y.K.Babanski isə təlim prinsiplərini aşağıdakı kimi təsnifatlandırır: elmi­lik; təlimin həyatla əlaqə­ləndirilməsi; sistemalilik və ardıcıllıq; əyanilik; təlim prose­sin­də müxtəlif metodlardan istifadəetmə və təlimin asan (anlaşılıqlı) mənimsədilməsi prinsipləri.
B.Əhmədova görə, təlim prinsipləri sırasına təlim zamanı təlim materialının onun məqsədi zəminində seçilməsi; təlim vasitələrinin məzmuna görə seçilməsi; təlimdə şagirdin imkanının nəzərə alınması; elmilik; şüurluluq; fəallıq və müstə­qil­lik; sistemlilik və ardıcıllıq; fənnin daxili məntiqinin gözlənilməsi; biliyin möh­kəm mənimsədilməsi; reproduktiv və produktiv təfəkkürün vəhdəti; biliklə fəaliy­yə­tin birliyi (və s.) kimi prinsiplər daxildir.
Yeni təlim texnologiyalarının prinsiplərinin təsnifatlanması işinə müxtəlif möv­qelərdən yana­şılmaların olması bizi istər ənənəvi, istərsə də müasir pedaqoji ədəbiyyatda olsun, fərq etməz, təlim prinsiplərinin hələ də konkret olaraq öz həllini tapmadığı qənaətinə gəlməyə sövq edir. Ancaq unudulmamalıdır ki, təlimdə müvəffəqiyyət qazanmaya gedən yol təlim prinsiplərindən keçir. Bu mütləqdir.
Yeni təlim texnologiyaları əsasında həyata keçirilən təlim prinsiplərini mütə­xəs­sislər iki qrupda təsnifatlandırırlar: a) şagirdi rəqabətəqabil, sosial, hərtərəfli inki­şafa hazırlayan təlim-tərbiyə prinsipləri və b) İnteraktiv təlim zamanı rəhbər ideyalar kimi qəbul edilməli prinsiplər.
A) öyrənəni rəqabətəqabil, sosial, hərtərəfli inkişafa hazırlayan təlim-tərbiyə prin­sipləri “Azərbaycan Respub­lika­sında Təhsil İslahatı Proqramı”nda əksini aşağıdakı kimi tapmışdır [1.]:

Yüklə 213,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə