MüASİr təLİm texnologiyalarinin təTBİQİNƏ Əsaslanan yeni MƏzmunlu təHSİl problemi



Yüklə 213,46 Kb.
səhifə5/6
tarix28.11.2023
ölçüsü213,46 Kb.
#133502
1   2   3   4   5   6
2 AYƏTXAN Məqalə PEDAQOJİ

1. Demokratikləşdirmə təhsil prosesinin demokratik­ləş­dirilməsində maraqlı olan bütün tərəf­ləri, dövlət struk­tur­larını və ictimaiyyət nümayəndələrini (müəllim, şagird və valideynləri) təhsil prosesində fəal iştirak etməyə cəlb­etmə, tədris müəs­si­sə­sinin “şəffaflığı” prinsipinin həyata keçirilməsi deməkdir;
2. Təhsilin humanistləşdirilməsi öyrənənə münasi­bətin dəyişilməsini, yara­dı­cı inkişaf qabiliy­yətli və huma­nist yönümlü şəxsiyyət formalaşdırılmasını; əqli və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olmayaraq öyrə­nənin şəx­siy­yətinə hörmətlə yanaşılmasını; onun qabi­­liy­yət və təmayüllərinin aşkar edilmə­sini, hərtərəfli inkişafı üçün şərait yaradılmasını nəzərdə tutur;
3. Təlimin diferensiallaşdırılması prinsipi öyrənənin imkanlarının nəzərə alınması ilə qurulur;
4. Fərdiləşdirmə prinsipi tətbiq olunarkən, öyrənənin fərdi maraq və tələbatları nəzərə alınmalıdır;
5. Təhsilin inteqrasiyası - fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlo­bal təfəkkürün formalaşdırılmasının vəcibliyini nəzər­də tutur;
6. Təhsilin humanitarlaşdırması şəxsiyyətin yaradıcı inkişaf prosesinin şərti kimi çıxış edir və təhsilin məz­mu­nunun formalaşmasına yeni yanaşmanı nəzərdə tutur. Və bu ümumbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artma­sını, öz xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanış­lığı ifadə edir.
B) Digər qrupa daxil olan prinsiplər, başqa sözlə praktikada interaktiv təlim üsullarının tətbiqi zamanı istiqamətverici ideyalar kimi tətbiq edilməsi tövsiyə olu­nan prinsiplər:
1. Şagirdə yönəlmiş təlim prinsipi zamanı şagird təlim prosesinin mərkəzi obyekti mövqeyində çıxış etməlidir; təlim uşağın imkan və qabiliyyətinə, onun biliyinə, maraq və tələbatına yönəlməlidir;
2. Fəal təlim prinsipi tətbiq olunarkən isə tədris pro­sesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrən­mə fəaliyyətini doğursun, şagird özünü təzə nə isə kəşf etmiş birisi kimi hiss etsin, onda yeni biliklərə yiyələn­mək marağı oyansın;

Yüklə 213,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə