MüASİr təLİm texnologiyalarinin təTBİQİNƏ Əsaslanan yeni MƏzmunlu təHSİl problemi



Yüklə 213,46 Kb.
səhifə2/6
tarix28.11.2023
ölçüsü213,46 Kb.
#133502
1   2   3   4   5   6
2 AYƏTXAN Məqalə PEDAQOJİ

ARAŞDIRMA
Mütəxəssislərin yekdil qənaətinə görə, interaktiv təlim üsulları o halda müsbət nəticə verə bilər ki, öyrənənlər üçün müasir tələblərə cavab verən öyrədici mühit yaradılsın. Öyrədici mühit üç komponentdən ibarətdir: 1) sosial-psixoloji, 2) infor­masiya mühiti və 3) əşyavi mühit.
Sosial-psixoloji mühit öyrənənin həm özünün daxili dünyasilə, həm də qeyri bir insanla olan münasibətidir. Bu münasibət əməkdaşlıq, açıqlıq, bir-birini başa­düşmə, yaxud bir-birinə kömək tərzində olur. Nəticə olaraq təlim prosesinə emo­sio­nal­lıq gətirilir, öyrənəndə təhsilə meyli gücləndirir, başqa sözlə, təlimin effek­tliyini artırır.
İnformasiya mühiti məlumat mənbələrindən ibarətdir. Ancaq təəssüf ki, çox zaman məlumat mənbələrindən əhatəli yox, məhdud çərçivədə istifadə edilir, əsa­sən də müəllimdən və dərs vəsaitlərindən. Amma məlumat mənbələrinin bütün komponentlərindən, məsələn bədii, ensiklo­pe­dik, yaxud elmi-populyar ədəbiyyat­dan, televizi­ya, kino, mətbuat, müşahidə formalarından (və s.) istifadə olunarsa, müəllim və təhsilalan arasında münasibət daha səmimi olar, öyrənəndə daxili sər­bəst­lik artar, fəallıq nəzərə çarpacaq dərəcədə yüksələr.
Əşyavi mühit isə maddi-texniki resursları kompleks halında özündə birləşdirir. Akif Nəzərov maddi-texniki resursları məktəb əşyavi mühiti, təbii mühit və yaşayış mühiti olmaqla üç istiqamətdə tədqiqata cəlb edir. Tədqiqatçıya görə, məktəb əşyavi mühitinə dərsliklər, didaktik vəsaitlər, texniki avadanlıqlar, stendlər; təbii mühitə canlı və cansız təbiət; yaşayış mühitinə ev, məişət, maddi-mədəniyyət və s. daxildir.
Maddi-texniki resurslar sırasında məktəb əşyavi mühiti daha çox, əhatəli istifadə olunan resurs­dur. Buna nümunə olaraq məktəb binasının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdıran əyani və məlumatverici stend­ləri, uşaq əl işlərindən ibarət sərgiləri, mətbuat nümu­nələrinin (və s.) asılmasını misal gətirə bilərik. Təəssüf ki, təbiət mühitinin imkanlarından təlim prose­sində çox az isti­fadə olunur. Lakin dərslərin açıq havada keçirilməsi və ekskursiyalar sisteminin tətbiqi, eləcə də, təbii mühitin öyrənilməsi ilə bağlı rəngarəng tapşırıq və məşğə­lələrin tədris proqramına daxil edilməsi vacibdir.
İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə təhsil­alanın inkişafını (yaxud inkişaf səviyyəsini) B.Blumun tansonomiyası ilə müəyyən etmək olar. İnteraktiv təlim metodları ilə keçilən dərs­lərdə B.Blumun tansonomiyasını mənimsəyən təhsil­alan a) biliklərin mənimsənilməsi, b) dərk­etmə bacarığı, c) tətbiqetmə, ç) təhliletmə, d) sintezetmə və e) qiymətləndirmə kimi 6 növ bacarığa yiyələnmiş olur.
a) öyrəniləcək materialın konkret faktlardan bütöv nəzəriyyələrə qədər olan hər şeyi yadda saxlamaq və fikrini ifadə edə bilmək;
b) öyrəndiyi materialı şərh edə bilmək, hadisələrin inkişafı ilə bağlı məntiqli fikirlər söyləmək, başqa sözlə dərketmək;
c) mənimsədiklərini konkret şəraitdə tətbiq edə bilmək;
ç) öyrəndiklərini tərkib hissələrinə ayırmaqla strukturunu müəyyən edə bilmək;
e) sintezetmə bacarığı: elementləri kombinə etməklə tamı alması;
ə) öyrəndiyi materialın əhəmiyyətini müəyyən edə bilmək, başqa sözlə qiy­mət­ləndirmək kimi bacarıqlar daxildir.
Təcrübə göstərir ki, mövzunun tədrisi zamanı bir yox, bir neçə təlim texno­logi­yasından istifadə edildikdə, səmərə­lilik daha yüksək olur.



Yüklə 213,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə