olar ki, bütün sahələrində bu və ya digər dərəcədə öz sözünü
deyən o dövr Azərbaycan ziyalısı hərtərəfli hazırlığa, həm Şərq,
həm də ki, Qərb oriyentasiyalı təhsilə və biliyə malik idi (1, s. 10).
Bu mərhələnin hələ ilk illərində ilhamını zəngin “milli
kültür xəzinəsindən” və “tarixi dövlətçilik ənənəsindən” alan
milli hərəkat formalaşmış və əsl xarakterini tapmışdı. Milli
mətbuat çiçəklənmiş, milli maarif öz nurunu “ən hücrə
köşələrə” qədər yaymağa başlamış, modern milli bir iqtisadi
həyat qurulmuş, milli ziyalılar başda olmaqla milli idealı təmin
edən təşəbbüskar milli bir kadrlar yetişmişdi (118, s. 4-7). Milli
dram, milli komediya və milli opera teatrları da məhz bu
dövrdə mükəmməlləşmiş və zənginləşmişdi.
M.Şahtaxtlı “Novoe obozrenie”nın səhifələrində (1905-ci il,
№ 243) çap olunmuş “Müsəlmanlar və konstitusiya” adlı məqa
ləsində yazırdı ki, 17 oktyabr manifesti, şübhəsiz, çox böyük
mədəni-tarixi əhəmiyyətli olan hadisədir. Konstitusiya Avropa
xalqlarının siyasi-sosial idealının gerçəkləşməsi vasitəsidir. Bu
idealı təxminən belə ifadə etmək olar: “Bəşəriyyətin can atdığı
hədəf ayrı-ayrı şəxsiyyətlər və yaxud bu və ya digər insan
qrupları, zümrə və ya silklərin deyil, böyük insan ailəsinin
istisnasız bütün üzvlərinin xoşbəxtliyi olmalıdır. Əgər xalqlar
özləri öz talelərinə sahib çıxarlarsa, yer üzündə yaşayan hər bir
insanın həyatının təmin olunması mümkündür”. M.Şahtaxtlı
yzırdı ki, biz, ziyalı müsəlmanlar, bütün gücümüzlə onun üçün
çalışmalıyıq ki, xalqlarımız həyata indiki baxışlarını yuxarıda
göstərilən Avropa dünyagörüşü ilə dəyişsinlər (13, s. 62).
Dövrün əksər ziyalıları 1905-ci il inqilabını Azərbaycan
türkləri üçün də mühüm hərəkatların başlanğıcı hesab edirdilər.
Çünki həqiqətən də Azərbaycan türkləri ədəbiyyat, teatr, musiqi
və təhsildə olduğu kimi sosial və siyasi sahədə də irəliləməyə
başlamışdılar. Bilavasitə milli mətbuatın yardımı ilə siyasi, sosial
və milli fikirlər də inkişaf edirdi. Mətbuatın başlıca mövzuları
içərisində ziyalıları narahat edən aşağıdakı məsələlər əsas yer
tuturdu: üsuli-cədidi yerləşdirmə, məhəllə, kənd və molla
89
məktəblərində farsca yerinə türkcə təhsilə keçilməsi və tədrisin
modernləşdirilməsi; şiə və sünni dini idarələrini birləşdirilməsi,
vəqflər idarəçilərinin və din adamlarının xalqın ümumi səsver
məsi ilə seçilməsi; xeyriyyə təşkilatlarının, mədəni-maarif cəmiy
yətlərinin, ictimai dərnəklərin və nəşriyyatların qurulması; bələ
diyyə və Duma seçkilərində iştirak etmək üçün türklərə qoyulan
məhdudiyyətlərin aradan qaldırılması, müsəlmanlara da ruslarla
bərabər haqlar verilməsi və s. Mətbuatın tələbkar yazılarının da
əhəmiyyətli təsiri ilə 1905-ci ildə Azərbaycanda mədəni-maarif
dərnəkləri qurulmağa başlamışdı. H.Zərdabinin təşəbbüsü və
Z.Tağıyevin maddi yardımı “Müsəlman Xeyriyyə Cəmiyyəti” ya
radılmış, milli məktəblər açmaq və bu məktəblər üçün müəllimlər
yetişdirmək məqsədilə “Nəşri Maarif Cəmiyyəti” qurulmuşdu.
Bundan əlavə “Nicat”, “Səadət”, “Ədəb Yurdu”, “Səfa” kimi yarı
siyasi, yarı mədəni cəmiyyətlər qurulmuşdu ki, bütün bu fəaliy
yətlər milli burjuaziya ilə ziyalıların həmrəyliyinin nümunəsi idi.
Təbii ki, bu həmrəylik təşəbbüsləri xalqın birliyinə və milli
şüurunun oyanmasına bilavasitə təsir göstərən amillərdən idi.
Qeyd edilməlidir ki, H.Zərdabi hələ 1871-ci ildə xeyriyyə
cəmiyyəti yaratmağa təşəbbüs göstərmişdi. O, cəmiyyətin
nizamnaməsini tərtib edərək Bakıda, Gəncədə, Tiflisdə nüfuzlu
adamlara müraciət etmiş və onları təşəbbüsü müdafiə etməyə
və bu cəmiyyətə müntəzəm surətdə pul yardımı göstərməyə
çağırmışdı. “Lakin cəmiyyət çox adi, eyni zamanda onun
təsisçisi üçün acı bir səbəbə görə bağlandı - о öz fəaliyyətinin
əsas şərtini yerinə yetirə bilmədi, iki il ərzində özünün mədaxili
və məxarici barədə məlumat təqdim edə bilmədi” (84, s. 13
14). 1905-ci ildə yenidən xeyriyyə cəmiyyəti yaratmağa cəhd
göstərildikdə bu dəfə artıq hakimiyyət orqanları buna mane
oldular. Ə.Ağayev “Kaspi” qəzetinin 1 aprel 1905-ci il tarixli
sayında yazırdı: “75 min müsəlmanın yaşadığı Bakının müsəl
manları xeyriyyə cəmiyyəti yaratmağa icazə verilməsi barədə
vəsatət qaldırdılar. Onlardan bir ay sonra müsəlmanlarla
müqayisədə sayca çox cüzi olan gürcü cəmiyyəti belə bir
90
vəsatət qaldırdı. Gürcülərə icazə verdilər, müsəlmanlara isə
rədd cavabı verdilər” (84, s. 15).
Çarizm ana dilində məktəblər açılmasına mane olur,
məktəblərdə ana dilinin tədrisini qadağan edir, məktəblərdə
tədrisi ən yeni metod ilə aparmaq sahəsində hər cür cəhdləri
təqib edərək buna mövcud rejimə qarşı çıxmaq kimi baxardı
(155, s. 87-96). Müsəlmanlara təkcə Zaqafqaziyada deyil, həm
də bütün Rusiya imperiyasında orta məktəblərdə dərs deməyə
icazə verilmirdi. Ə.Ağayevin orta məktəb müəllimi vəzifəsinə
təsdiq edilməsinə on bir il imtina olunması buna nümunədir
(84, s. 15).
Ümumiyyətlə, istər orta, istərsə də ali savadlı adamların
sərbəst peşə seçməsi imkanı məhdud idi. Bəzi ali tədris müəs
sisələrinin qapıları azərbaycanlıların üzünə bağlı idi. Təhsil
alan gənclərin dövlət təqaüdü almaq hüququ yox idi. Ali
məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra onlar həmin tədris
müəssisəsində yuxarı vəzifələrə keçmək imkanından məhrum
idilər. Misal üçün, Ə.Topçubaşov Peterburq universitetinin
hüquq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra ona təklif
olunmuş kafedranın professoru vəzifəsini bu səbəbdən tuta
bilməmişdi. O, Bakıya qayıtmış və özünü ictimai-siyasi fəaliy
yətə həsr etmişdi. Moskva universiteti hüquq fakültəsinin mə
zunları Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov yalnız
ona görə uzun illər Yekaterinodar mahal məhkəməsi prokuro
runun köməkçisi vəzifəsində işləmişdilər ki, onların öz yaşayış
yerlərində işləmək hüququ yox idi. Müsəlmanın andlı müvəkkil
olmasını ədliyyə naziri təsdiq etməli idi (84, s. 14-15). Vəkillər
korporasiyasında müsəlmanların sayı 5 faizdən çox ola bilməz
di. Məhkəmə icraatının əhalinin başa düşdüyü ana dilində apa
rılması qadağan idi. Məhkəmə icraatının mühüm təsisatların
dan biri olan andlı iclasçılar yox idi. İ.Ziyadxanov Dövlət
Dumasının iclasındakı çıxışı problemlə bağlı bir sıra məqam
lara aydınlıq gətirirdi (165)
91
Dostları ilə paylaş: |