lərdə nəşr edilən müxtəlif istiqamətli mətbuatda: “Kaspi”
(Bakı), “Qafqaz”, “Tiflisski listok”, “Novoye obozreniye” (Tif
lis), “Moskovskiye vedomosti” (Moskva), “Tərcüman” (Bağ-
çasaray), “Həblülmətin” (Kəlküttə), “Sürəyya” (Qahirə) və
başqa qəzetlərdə nəşr etdirməyə məcbur olmuşlar. Bu dövrdə
Azərbaycanda əsas etibarı ilə Peterburqdan, Moskvadan və
qismən də yaxın və orta şərq ölkələrindən bu və ya digər yolla
daxil olan qəzet və jurnallar oxunurdu (69, s. 30-31). 1905-ci il
inqilabının təmin etdiyi nisbi hürriyyət sayəsində isə, gündəlik
“Həyat”, “İrşad” və “Tərəqqi” qəzetlərindən sonra “Füyuzat”,
“Dəbistan” və “Molla Nəsrəddin” kimi ədəbi, elmi, əxlaqi, tər
biyəvi və satirik jurnallar nəşrə başladı. Azərbaycanın ədəbiy
yat, mətbuat və fikir həyatında yeni bir dövr açan bu nəşrlərin
başında Ə.Topçubaşov, Ə.Hüseynzadə. Ə.Ağaoğlu, C.Məm-
mədquluzadə kimi şəxsiyyətlər dururdu. Azərbaycanın milli
şairi M.Ə.Sabirin də yetişməsində əhəmiyyətli rolu olan
“Molla Nəsrəddin” məcmuəsində ərəb, fars, türk, tatar, özbək,
hind, türkmən, ləzgi, alban, əfqan, yunan, çin, bolqar, serb,
alman xalqlarının həyatı və taleyi ilə bağlı problemlər qaldırılır
və məcmuə Tehran, İstanbul, Kəlküttə, Bağdad, Buxara,
Səmərqənd, Aşxabad, Daşkənd, Peterburq, Moskva, Həştərxan,
Ufa, Tiflis, İrəvan kimi şəhərlərdə yayılır və oxunurdu. “Molla
Nəsrəddin”in məzmununa orijinal bir rəng qatmış M.Ə.Sabir
bədii sisteminin mahiyyəti və strukturu o qədər aydındır ki,
Y.Qarayevin təbirincə desək, “millilik və bəşərilik, qloballıq və
konkretlik burada elə bir üzvi vəhdətdədir ki, bu şeir heç bir
zaman və məkan məhdudluğu tanımayıb. Bu gün də Sabir
ətrafında ideya mübahisələri yoxdur” (50, s. 259) və bu gün də
müasir səslənir.
Bu qədər zəngin mətbuat orqanlarında dərc edilmiş yazılar
müəlliflərin bəzi fərqli mövqelərini ortaya qoyurdusa, ümum-
xalq mahiyyətli məsələlərdə ziyalılar adətən həmrəylik nümayiş
etdirirdilər. Burada milli burjuaziyanın bir qisim nümayəndələri
fəallıqları ilə seçilirdilər. Məsələn, H.Z.Tağıyevin maddi
98
köməyilə nəşrə başlayan “Füyuzat”ın ətrafına toplanan ziyalılar
- Ə.Hüseynzadənin “ideyalarına işıq tutan” (31, s. V) Azər
baycanın və Türk dünyasının bir çox şair və ədibləri idilər. Bu
müəlliflər içərisində M.Hadi, H.Cavid, A.Y.Talıbzadə, M.Ə.Rə-
sulzadə, A.Şaiq, A.Sur, H.B.Zərdabi, X.Z.Üşşaqizadə, İ.T.Musa-
yev, Ə.Həsənzadə, Ə.Kamal, Ə.Raiq, A.Cövdət, H.S.Ayvazov,
M.Ə.Rəcaizadə, A.Səhhət, T.Fikrət, S.Səlmasi kimi ədəbiyyat
və mədəniyyət xadimləri vardı. “Həyat” 1905-ci il iyun ayının 7-
də nəşrə başladığından, qəzetin həmin dövr fəaliyyəti Ə.Cəfər-
oğlunun dediyi kimi, “Azərbaycanda oyanan milli hərəkat
xarakter etibarilə bir növ hazırlıq mahiyyətində idi” (103, s. 25
26). “Füyuzat” isə bu cəhətdən “Həyat” qəzetindən fərqli idi.
Ə.Hüseynzadə “Həyat”la başladığı işi, əsasən “Füyuzat” jurna
lında davam etdirmişdir. Belə ki, o, “Həyat”da turançılıq, türk
çülük məramını tam açıq təbliğ edə bilməmişdirsə, “Füyuzat”da
isə məqsədinə nail olmuşdur (31, s. VI). Ə.Hüseynzadənin
fikirlərinin açıq-aşkar mətbuatla söyləmək imkanını qazanması
“Füyuzat” jurnalını sırf turançılıq mövqeyində dayanan mətbuat
orqanına çevirmişdir. Dövrün ədəbi, siyasi qüvvələri “Füyuzat”
məcmuəsi ətrafında mərkəzləşərək, XX əsrin ilk onilliyində
Azərbaycanda füyuzatçılıq adlı siyasi, ədəbi cərəyan yarat
mışdılar.
Ə.Hüseynzadə tərəfində irəli sürülmüş fikir cərəyanı və
mətbuat hərəkatı Azərbaycan xalqının ictimai, siyasi, ədəbi və
estetik fikrinin inkişafında yeni mərhələ açmış və ortaq türk
mədəniyyətinin gələcək təşəkkülü üçün zəmin hazırlamışdır.
Ə.Ağaoğlu isə “Həyat”da bir ilə qədər çalışdıqdan sonra ayrı
laraq Azərbaycan türklərinin ikinci gündəlik müstəqil qəzeti
olan “İrşad”ı çıxarmağa başladı. Ə.Ağaoğlu “İrşad”ın əsas
məramını belə izah edirdi: “Bir tərəfdən rus hökumətinə qarşı
mücadilə edərək hər növ siyasi və ümumi hüquqdan məhrum
olan türk ünsürünə bu hüququ da təmin etməkdən, digər tərəf
dən türk ünsürünün özündə birlik fikrini təmin etmək məqsədi
ilə məzhəb ayrılığını və xüsusən sünni-şiə düşmənçiliyini
99
qaldırmağa çalışmaqdan ibarət idi. Bununla bərabər, xalqı elm
və irfana isindirmək, türkcə məktəb və digər irfan müəssilərini
vücuda gətirmək üçün çalışmaq lazımdır” (97, s. 157).
Mövqe baxımından bu dövrün ziyalıları iki qismə bölünürdü:
inqilabın sosial-siyasi yönünü ön plana alanlar və bunu milli bir
hərəkat hesab edənlər. Birincilərə daxil olanların önündə, özünü
liberalların sol qanadının nümayəndəsi kimi tanıdan Ə.Ağaoğlu
gedirdi. “Azadlıq, bərabərlik, ədalət” devizinə əsaslanan “İrşad”da
N.Nərimanov, M.Əzizbəyov, R.Əfəndiyev kimi hümmətçilərin
yazılanna da geniş yer verilirdi. “İrşad” inqilab mövzusunda bir
çox qəzetlər kimi ehtiyatlı mövqe tutmur, aktual məsələlərdə
cəsarət nümayiş etdirirdi. Bununla yanaşı, qəzeti zənginlərdən
birinin maliyyələşdirməsinə baxmayaraq, Ə.Ağaoğlu özü də
bəzən yerli kapitalistlərə qarşı ittiham xarakterli yazılar yazırdı.
Dövri mətbuatdakı müzakirə və mübahisələr kontekstindən
baxıldıqda görürük ki, qəzetlərdə ifadə edilən baxışların çoxu
milliyyətçilik təmayüllüdür. “Tərəqqi”də bu görüşləri xülasə
edən Ə.Ağaoğlu “Tərəqqi”nin 1909-cu il 16-cı sayında yazırdı
ki, “...millətlər inkişaf edir və hamısı millətçilik deyilən mərhə
lədən keçmək zorunda. İngilis, fransız, italyan və almanların
tutduqları xətti izləyərək onun tərəfdarı olmamızın səbəbi
budur”. Onun məqalələrində milli həmrəyliyə çağırış ruhu da
özünü göstərirdi. O, mövqeyini açıqlayan bir səbəb kimi bunu
göstərir ki, “milliyyətçilik” (nasionlizm deyir) “toplumdakı bü
tün sinifləri birləşdirir”. Amma bunu da bir daha qeyd etməli
yik ki, 1905-ci il inqilabı ilə artıq azərbaycanlıların milli kim
liklərinin müəyyənləşdirilməsi zamanının gəldiyinə inanan və
bu kimliyin nə olacağından şübhəsi olmayan ziyalıların ilk yol
göstərəni Ə.Hüseynzadə olmuşdur. Bu mənada onun həmin
dövr ziyalılarının əksəriyyəti üzərindəki təsirləri danılmazdır.
“İslamçı bir qəzet” olan “Həyat” əvvəllər türkçü-milliyyətçi
mövqedən çox panislamist və dini bir təmayüldə olsa da
Ə.Hüseynzadə yavaş-yavaş türkçülük təbliğatı aparmağa başla
mış və ilk dəfə olaraq, sonralar məşhur bir şüar halına gəlmiş
100
Dostları ilə paylaş: |