Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə20/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

Deyilməlidir ki, türkçülük ideyalarının yayılmasında obyektiv 
səbəblər  öndə  gəlirdi  və  bu,  ilk  növbədə  Rusiya  imperiyasının 
məhkum  türk xalqlarının  milli  tərəqqi  və  mədəni  inkişaf yoluna 
çıxmaq  istəyinin  təzahürü  idi.  Ona  görə  də  Ə.Hüseynzadənin 
konsepsiyası türk şüurunun xalq kütlələrinə nüfuz etməsinə  şərait 
yaradır  və  obyektiv  olaraq  özünəməxsus  milli  özünəməxsusluq 
axtarışlarının fəallaşmasına,  paralel  olaraq isə dini  amilin rolunun 
azalmasına səbəb  olurdu. Mahiyyət etiban ilə, türkçülük ideyaları 
türk  xalqlarının  milli  mənlik  şüurunun  dünyəviləşməsi,  dini 
buxovlardan azad olması prosesinə təkan vermişdir.
Ə.Hüseynzadə  və  onun  ardıcılları  islami  dəyərlərə  sədaqət 
və  ehtiramlarını  nə  qədər vurğulasalar  da,  türkləri  “Məkkədən 
Altaya  doğru”  döndərən  turançılıq  obyektiv  olaraq  islamın 
mövqelərinin zəifləməsinə  gətirib  çıxardı.  Belə  ki,  “vahid türk 
milləti”  konsepsiyasının  təşəkkülü  və  inkişafı  Rusiya  imperi­
yasının türk xalqları, ilk növbədə azərbaycanlılar və Volqaboyu 
tatarları  arasında ümumtürk  şüurunun  formalaşması  prosesinin 
başlanğıcını  qoymuş  oldu ki,  tədqiqatçı  A.Balayev haqlı  olaraq 
bu  hadisəni  türk  xalqlarının  milli  inkişafında  dönüş  nöqtəsi 
adlandırır (15,  s.  19-20).  Çünki  Ə.Hüseynzadənin konsepsiyası 
obyektiv  olaraq  Azərbaycanda  milli  birlik  və  özünəməxsusluq 
axtarışlarını  fəallaşdırırdı.  M.Ə.Rəsulzadə  də təsdiqləyir  ki,  bu 
dövrdə  “ictimai  ideologiyanın bütün  sisteminin  dini  islamçılıq 
sistemindən  milli  türkçülük  sisteminə  keçidi  başlandı”.  Məhz 
Ə.Hüseynzadənin türkçülük konsepsiyasına əsaslanan M.Ə.Rə­
sulzadə  sonradan  azərbaycançılıq nəzəriyyəsini  işləyib  hazırla­
yaraq, Azərbaycan türk millətinin suverenliyi və müstəqilliyini, 
onun  öz  milli  dövlətini  yaratmaq haqqını təsdiqləmişdir (15,  s. 
21).  Deməli,  Ə.Hüseynzadənin  işləyib  hazırladığı  türkçülük 
konsepsiyasını  Azərbaycan  türklərinin  ümmətçilikdən  milli 
kimliyə  doğru  inkişafında  keçid  mərhələsi  hesab  edə  bilərik. 
Bunu  nəzərdə  tutaraq  M.Ə.Rəsulzadə  yazırdı:  “panislamizm- 
dən  xilas  olan  türk  ictimai-siyasi  fikri  birdən-birə  bu  gün 
əsaslandığımız real-milli  ideyaya gəlib  çata bilməzdi.  Psixoloji
59


cəhətdən bu  anlaşılandır.  Müharibə və ümumi təhlükə  şəraitin­
də  islam  birliyi  kimi  böyük  və  əhatəli  şüardan  imtina  edən 
millətçilər  onun  əvəzinə  eyni  təsir  gücünə  malik  bir  şüar  irəli 
sürməli  idilər.  Bu  isə  yalnız  “Dunaydan  Altaya  qədər  bütün 
türk xalqlarının birliyi”  şüarı  ola bilərdi”  (79,  s.  102).  Azərbay­
can cəmiyyətində məhz belə bir ideya bünövrəsi üzərində inki­
şaf edən milli  özünüdərk və modernləşmə proseslərinin inkişafı 
nəticəsində “sırf Azərbaycan milli identikliyinə əsaslanan azər- 
baycançılıq konsepsiyası  ortaya çıxmış  oldu ki,  həmin konsep­
siyanın işlənib hazırlanmasında Azərbaycanın intellektual elita­
sının  gənc  nəslinin  nümayəndələri  -   M.Ə.Rəsulzadə,  N.Usub- 
bəyov və başqaları həlledici rol oynadılar”  (15,  s.  28).
Türk  dünyasının  gələcəyini  “türklərin  mənəvi  birliyi” 
şəklində təsəvvür edən Ə.Hüseynzadənin “Həyat”  qəzetinin ilk 
sayında dərc edilmiş “Qəzetimizin məsləki” məqaləsindəki (36; 
40,  s.  66-71; 41,  s.  102-106) məntiq bunu deməyə əsas verir ki, 
o,  türk  dünyasını  nə  müstəqil,  nə  muxtariyyət  vəziyyətində 
deyil,  hələlik Rusiya  imperiyasının  sərhədləri  daxilində  görür­
dü.  Sonrakı  yazılarında  isə  o,  sadəcə,  türklərin  Rus  imperiya­
sına qarşı mübarizəsi məsələsini  qaldırır və hər hansı bir dövlət 
qurumundan  söhbət  açmır.  Çünki  1904-1905-ci  illərdə  hələlik 
milli  şüurun  oyadılması  uğrunda  çalışan  Ə.Hüseynzadə  həmin 
məqaləsində  üç  həmrəylik  sistemini  açıqlayırdı:  türkçülük, 
islamçılıq  və  rus  vətəndaşlığı.  Lakin  sonrakı  illərdə  “türkçü­
lüyün  siyasi  tərəfi  onun  üçün  Rusiya  çarizmi  ilə  mübarizədən 
ibarət”  (29,  s.  176) oldu.  “Füyuzat”ın 23-cü sayında (1907) çap 
olunmuş  “İntiqad  ediyoruz,  intiqad  olunuyoruz”  məqaləsində 
isə  artıq  Ə.Hüseynzadənin  fikirlərində  xeyli  inkişaf  nəzərə 
çarpır:  “Fədai  lazımdır,  fədai.  Türk  qanlı,  müsəlman  etiqadlı, 
firəng  fikirli,  Avropa  qiyafəli  fədai”.  Həmin  məqalədə  o,  öz 
siyasi  baxışının  çox  aydın  bir  tezisini  verir:  “Füyuzat”ın  tut­
duğu  yol  türkçülük,  müsəlmanlıq  və  avropalılıqdır.  Türk  his­
siyyatı  ilə  mütəhəssis,  islam  dini  ilə  mütədəyyin  və  Avropa 
mədəniyyəti-hazirəsilə  mütəməddin  olmaqdır.  Yoxsa  farslaş-
60


maq,  Zərdüştün  sönmüş  mədəniyyəti  ilə  mədəniləşmək  deyil­
dir” (41,  s. 255-264).
Bu  dövr  yazılarından  göründüyü  kimi,  Ə.Hüseynzadənin 
baxışlarında  hələ  ki,  türk  dövlətçiliyinə  aid  konkret  bir  kon­
septual  ideya  gözə  dəymir.  Əslində  buna  heç  ictimai-siyasi 
şərait də imkan vermirdi və bu dövrdəki vəziyyətə diqqət yetir­
dikdə  görürük  ki,  müsəlmanları  dini  və  milli  düşüncələrindən 
döndərmək  hətta  Çar Rusiyasının  dövlət  səviyyəsində  yürüdü­
lən  bir  siyasət  idi.  Məsələn,  Kazan  universitetinin  professoru, 
xristianlaşdırma  (ruslaşdırma)  layihəsinin  əsas  müəllifi  olan 
türkoloq və islamşünas alim N.İ.İlminski,  məqsədyönlü  şəkildə 
türk  dilini  öyrənmişdi,  habelə  müsəlmanları  öz  dinindən 
döndərə  bilmək  üçün  islam  dinini  də  öyrənməyə  müvəffəq 
olmuşdu.  Bu məsələdə  çar hökuməti  ilə razılaşdırılmış  mövqe­
dən  çıxış  edən  və  əsas  məqsədi  türk  xalqlarının  milli  və  dini 
assimilyasiyasını  sistemli  şəkildə  həyata  keçirmək  olan  İlmin- 
skinin  siyasəti  bəzi  rus  alimləri  tərəfindən  “İlminskinin 
xristianlıq  maarifpərvər  sistemi”  adlandırılırdı.  O,  hesab  edirdi 
ki,  ilk  növbədə  xristianlaşma  hər  kəsin  öz  ana  dilində  aparıl­
malıdır.  Tədricən  yaranacaq  xristian  düşüncəsi  onları  öz  ana 
dilindən  və  milli  düşüncəsindən  uzaqlaşdıraraq  ruslaşdıracaq 
(29,  s.  179).
Belə bir qərəzli  siyasət bir tərəfdən  Azərbaycan türklərinin 
milli-mədəni  inkişafını  ləngidirdisə,  digər  tərəfdən  də  məhz 
milli  özünüdərkin inkişafına təkan verən əsas amillərdən birinə 
çevrilirdi.  Həmin  dövrdə  Azərbaycanda  mütəşəkkil  siyasi 
təşkilatlar olmasa da,  artıq xalq XX əsrə yeni ziyalı zümrəsi  ilə 
daxil  olmuşdu ki,  onların  əksəriyyəti  mədəni-maarif fəaliyyəti 
ilə  məşğul  idilər.  Ümidverici  amillərdən  biri  də  bu  idi  ki, 
Azərbaycan  milli  burjuaziyası  xarici  kapitalistlərlə  rəqabətdə 
üstünlüyü  ələ  almaq  üçün milli-mədəni  tərəqqiyə,  milli  şüurun 
formalaşmasına çalışırdılar.  Məhz bu yerli  sərmayənin himayə­
si  sayəsində  Azərbaycan  mədəni  mühiti  formalaşır,  mətbuat,
61


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə