Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə28/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

neçə  ay  sonraya  -   12  mart  1912-ci  (1328)  ilə  təsadüf etsə  də 
qurulması  üçün  göstərilən  təşəbbüslər  daha  öncədən  başlan­
mışdır.  1913-də İstanbuldakı “Mətbəəyi-Xeyriyyə və  Şürəkası” 
adlı  mətbəədə  çap  olunmuş  “Türk  ocağı”nın  əsası  və  daxili 
nizamları”  adlı  ilk  nizamnamənin  ikinci  maddəsində  cəmiy­
yətin  əsas  məqsədi  “islam  qövmlərinin  başlıca  mühümü  olan 
türklərin  milli  tərbiyə  və  elmi,  sosial,  iqtisadi  səviyyələrinin 
irəliləmə və yüksəlməsi  ilə türk irq və  dilinin  zənginləşməsinə 
çalışmaqdır” (97,  s.  169) -  şəklində açıqlanırdı.
J.M.Landau  “Pantürkizm”  adlı  əsərində  yazırdı  ki,  Osmanlı 
imperatorluğunda  ya  da  Avropada  yaşayan  Hüseynzadə,  Ağa- 
oğlu,  Akçura və  digərləri  kimi  dış türklərin görüşləri  Türkiyədə 
bir çox şəxs üzərində getdikcə artan bir təsir etdi. Bu təsir,  1908- 
ci  il  inqilabından  sonra  daha  aşkar  bir  şəkildə  ifadə  edilməsilə 
daha  da  artdı.  Bundan  başqa  Gənc  türklər  də  milliyyətçi  təbli­
ğatın  aparılmasına  müsbət  yanaşırdılar  (110,  s.  57).  Həqiqətən 
də,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  M.Ə.Rəsulzadə  kimi  Azərbay­
can  ziyalılarının  “Türk  dərnəyi”  (dərnəyin  cəmi  7  sayı  işıq  üzü 
görmüş  eyniadlı  dərgisi  də  vardı),  “Türk  ocağı”  və  “Türk 
yurdu”ndakı  (“Xalqa  doğru”  adlı  əlavəsi  ilə  birlikdə)  iştirakları 
bu  dərnək  və  nəşrlərin  Osmanlı  İmperatorluğunda  bir  neçə  il 
pantürkçülüyün  ən  önəmli  elmi-mədəni  mərkəzləri  halına  gəl­
məsində müstəsna xidmətləri  olmuşdur.  Bununla yanaşı, “Çarlıq 
Rusiyasındakı dış türklər arasında da pantürkçülük böyük ölçüdə 
intellektuallar  arasındakı  bir  məsələ  olaraq  qaldı.  Dövlət bunun 
əleyhinə idi.  Türk xalqları  da son  ana  qədər bu  düşüncələr ətra­
fında  yaxşı  təşkilatlana  bilməmişdilər.  Ancaq  Osmanlı  İmpera- 
torluğunun  son zamanlarında pantürkçülük  dövlətin  siyasi  lider­
liyində  olduqca önəmli  yer tutdu.  Nəticə  olaraq hərəkat,  yaradı­
lan  daha  əlverişli  şərtlər  içində  daha  anlamlı  bir  təşkilatlanma 
gerçəkləşdirə bildi” (110,  s.  61-69).
Vaxtilə  “Türk  yurdu”  dərgisi  ətrafında  toplanmış  dəyərli 
fikir adamları  XX əsrin əvvəlləri  kimi  mürəkkəb və ziddiyyətli 
bir  tarixi  dövrdə  türk  millətinə  işıq  tutmuş,  yol  göstərmişlər.
83


Tərəddüdsüz  demək  olar  ki,  “Türk  yurdu”  ötən  yüzilin  birinci 
rübündə  türk  təfəkkür  həyatının  birinci  dərəcəli  mədəniyyət 
hadisələrindəndir.
“Türk  yurdu”nun  yeni  nəşrinə  Dr.  Arslan  Tekinin  yazdığı 
girişdə  ifadə  edildiyi  kimi  “Osmanlı  dövlətinin  sonuna  gəlindiyi 
bir  zamanda  “Türkçü”  aydınlar  Türk  Ocaqları  bünyəsində  top­
landılar və “Türk yurdu”nu çıxartdılar. Türk fikir və ədəbiyyatının 
təməl  daşı  deyə  biləcəyimiz  həmən  bütün  isimlər,  bu  dərgidə 
yazmışlar.  Dil,  tarix,  ədəbiyyat,  sənət,  siyasət,  iqtisad,  elm  və 
kültür  həyatımızla  əlaqəli  ağla  gələ  biləcək  bütün  mövzular 
işlənmişdir.  Türk  Dünyası  bir  bütün  olaraq  görüldüyü  üçün, 
dövrün  coğrafi  sərhədlərindən  də  kənara  çıxılaraq,  harada  Türk 
varsa oranın hər əhvalı ələ alınmışdır^’ (147, I c., s. XI).
“Türk  yurdu”  dərgisinin  Azərbaycan  fikir  və  kültür  həya­
tına  təsiri  baxımından  son  dərəcə  önəmli  bir  yeri  olmuşdur. 
Ümumilikdə  isə,  zaman-zaman  bir-birilərinə  qarşılıqlı  yar­
dımlar göstərmiş Azərbaycan və Anadolu türklərinin ötən əsrin 
ilk  illərindən  etibarən  əlaqələri  yeni  bir mahiyyət  qazanmış,  II 
məşrutiyyət  dövründə,  Balkan  və  I  Dünya  Savaşı  əsnasında 
xalqlarımız  arasındakı  qardaşlıq  yardımları  möhtəşəm  bir 
hərəkat halını  almışdır.  Təbii  ki,  bu yardımlaşmaların  kökündə 
insanlıq  duyğuları  ilə  bərabər,  milli,  dini  və  mədəni  faktorlar 
daha  önəmli  yer  tutmuşdur.  Ziyalılarımız  da  xalqı  qardaş 
köməyinə  səsləyərkən  bu  ana  faktorları  önə  çəkmiş,  xalqı 
bunun,  istərsə  siyasi  partiya  və  təşkilatların,  istərsə  zəngin 
şəxslərin,  istərsə  də  sadə insanlarımızın vicdani borcu,  milli  və 
dini vəzifəsi  olduğuna inandırmışlar.
Türkiyə  ilə  bağlılıqları  olan  mütərəqqi  dünyagörüşlü,  intibah 
ruhlu  bu  universal  şəxsiyyətlər  gərgin  və  böhranlı  anlarda  belə 
ruhdan  düşməmiş,  əqidələri  yolunda  çarpışmış,  ictimai  fikrin 
formalaşdırılması  üçün  bütün  mövcud  təbliğat  vasitələrindən 
istifadə etmişlər. Bu ziyalılar,  dövri mətbuatda müntəzəm çıxışları 
ilə yanaşı, həm də Bakıda təşəkkül tapıb fəaliyyət göstərən bir çox 
mədəni-maarif  cəmiyyətlərinin  rəhbərliyində  təmsil  olunmuşlar.
84


Maarifçilik  səyləri  daha  qabarıq  nəzərə  çarpan  həmin  cəmiyyət­
lərin fəaliyyətinə bu ziyalılar öz töhfələrini vermişdir.
Azərbaycan ziyalıları türkçülük hərəkatındakı  iştirakları  sayə­
sində  Türk  dünyasına verdikləri  töhfələr  qədər  də  Azərbaycanın 
gələcək  mədəni-siyasi  təminatı  baxımından  da  zəngin  təcrübələr 
toplamışdılar.  Eləcə də,  1913-cü ildə Romanovlar sülaləsinin 300 
illiyi  münasibətilə  verilmiş  əfv-ümumidən  sonra Bakıya  qayıdan 
M.Ə.Rəsulzadənin ictimai-siyasi və bədii yaradıcılığında Türkiyə 
mədəni  mühitinin  təsirinin  də  hiss  olunduğu  yeni  bir  mərhələ  -  
Azərbaycançılıq  ideyasının,  istiqlal  məfkurəsinin  formalaşdığı 
dövr başlandı  ki,  bu  dövrdə  “Azərbaycan  məfkurəsi  türk  millət- 
pərvərliyinin məfkurəsi ilə izdivac etdi” və “Turançılıq, türkçülük 
ədəbi  məsləki  Türkiyə  ilə  Azərbaycanı  bir-birinə  bağlayan  ən 
davamlı  bir  bağ  oldu”  (76,  s.  35).  M.Ə.Rəsulzadə  1915-ci  ilin 
avqustundan  nəşrinə  başladığı  “Açıq  söz”  qəzeti  vasitəsilə  öz 
ideyalarını proqram şəklinə saldı.  Özünün yazdığı kimi, “Turançı­
lıq  məfkurəsi  doğulunca  millət  beynəlmiləl  islamiyyətçilik  və 
federasiyon formullarını  çıxarmış,  sosiologiyada da “Türkləşmək, 
İslamlaşmaq  və  Müasirləşmək”  kimi  üç  ayaqlı  bir  şüar  ortaya 
atmışdı.  İstanbul  yurdçuları  bu  şüarları  nəzəri  şəkildə yaymaqda 
ikən,  Azərbaycan  turançıları  bunu  siyasi  bir  fəlsəfə  kimi  qəbul 
edərək qurduqları  milli  siyasi  partiyanın prinsipi  elan  etdilər (76, 
s.  36).  Çox  çəkmədən  bu  əsasda  dünyəvi,  demokratik  cəmiyyət 
quruculuğuna başlanıldı.  Nəticədə,  “türk mənşəli  bütün  dövlətlər 
əsasən  dini  təməl  üzərində  qurulduğu  halda”  1918-ci  ilin  28 
mayında istiqlaliyyətini elan edən Azərbaycan Xalq Cümhuriyyəti 
“dünyəvi təməl üzərində qurulan ilk türk dövləti” (34, s. 87) oldu.
85


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə