Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə24/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

ictimai  fikirdə  milli-azadlıq  ideyaları  formalaşır,  daha  da  püxtə­
ləşirdi.  Milli  oyanış  prosesində yeni  mərhələnin başqa bir təkan­
verici  amili  isə  Türkiyə  ilə  mənəvi  bağlılıq  və  Ə.Hüseynzadə, 
Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə  başda  olmaqla  İstanbul  mühitindən 
təsirlənmiş Azərbaycan ziyalılarının millətçilik yönündə  apardıq­
ları təbliğat olmuşdur.  Çar Rusiyasının qadağanlarına,  əngəllərinə 
baxmayaraq  Bakı  ilə  İstanbul  arasında  qüvvətli  mənəvi  əlaqələr 
qurulmuş  və  münasibətlər  getdikcə  daha  da  yaxınlaşmağa  baş­
lamışdı. Hərəkatın aparıcı  şəxsiyyətlərinin cəmləşdiyi  İstanbul bu 
mərhələnin  zirvəsini  fəth  edən  mərkəz  rolunu  oynamaqda  idi. 
Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə  “Türk  ocağı”nın 
fəaliyyətində  yaxından  iştirak  edir,  “Türk  yurdu”  jurnalında 
əhəmiyyətli mövzulara dair məqalələr yazırdılar.
Hərəkatda yaxından iştirak  etməsi,  fikir  axınları  arasındakı 
ziddiyyətləri müşahidə etməsi M.Ə.Rəsulzadənin də yaradıcılıq 
axtarışlarının,  qurtuluş yolundakı gələcək mübarizəsinin püxtə- 
ləşməsinə  yardım  etmişdir.  M.Ə.Rəsulzadənin  mədəniyyət  və 
millət,  milli  dövlət  və  istiqlaliyyət  haqqındakı  fikirlərinin  for­
malaşmasında İstanbul  mühiti  əhəmiyyətli yer tutur.  Ş.C.Əfqa- 
ninin milli  inkişaf konsepsiyasının və Z.Göyalp  nəzəriyyəsinin 
əsas  müddəalarının  mənimsənilməsi  isə  M.Ə.Rəsulzadənin 
gələcək  mübarizəsi  üçün  ən  kəsərli  silah  olmuşdur.  Əlbəttə  ki, 
bu  mənimsəmə  Azərbaycan  milli  mədəniyyətindən,  XIX  əsr 
Azərbaycan 
maarifçiliyindən, 
xüsusilə 
M.F.Axundzadə, 
H.B.Zərdabi  irsindən,  İ.Qaspıralı  ideyalarından  bəhrələnirdi. 
(63,  s.  20).  Namiq  Kamal,  Ziya  Paşa,  İbrahim  Şinasi  və 
Ş.C.Əfqanidən təsirlənmiş  İ.Qaspıralı  ideyalarının  mahiyyətini 
hələ Bakıda olarkən dəyərləndirən M.Ə.Rəsulzadənin C.Əfqani 
yaradıcılığı ilə yaxından tanışlığı da məhz İstanbuldan başlanır. 
Onun yaradıcılığında M.Ə.Rəsulzadəni  cəlb  edən əsas ideya da 
məhz  “Milli  birlik  fəlsəfəsi”  olmuşdur.  Odur  ki,  bu  illərdə  o, 
C.Əfqaninin  “Vəhdəti  cinsiyyə  fəlsəfəsi”ni  fars  dilindən 
türkcəyə  tərcümə  edərək  “Türk yurdu”  dərgisində  nəşr  etdirir. 
“Ümmət”  dövrünü yaşayan  İslam  Şərqində milliyyət  şüurunun
71


oyanmasına  çox  böyük  təsir  göstərən  bu  əsər  M.Ə.Rəsulzadə- 
nin  düşüncəsində,  yaradıcılığında  və  gələcək  mübarizəsində 
istiqamətverici  amillərdən  biri  olmuşdur.  “Milli  birlik  fəlsə­
fəsinin  mahiyyətini  ifadə  edən  əsas  müddəalar  bunlar  idi: 
“Milliyyət  xaricində  səadət  yoxdur.  Dilsiz  milliyyət  olmaz. 
Bütün təbəqə və siniflərin ifadə və istifadəsini təmin etməyincə 
də bir dil  qərarlaşmış  olmaz”  (147,  II c.,  s.  38-42;  23,  s.  8-21). 
Bu  ideyalar  əksər  milliyyətçi  türk  ziyalıları  tərəfindən  qəbul 
edilmişdir.  Ə.Ağaoğlu  da  “Üç  mədəniyyət”  adlı  əsərində  bu 
fikirləri  inkişaf  etdirərək  geniş  təhlilini  vermişdir  (95). 
M.Ə.Rəsulzadənin  proqram  xarakterli  “Milli  dirilik”  (74) 
əsərində də bu ideyaların təsiri görünməkdədir.
Çarizm irticasının şiddətli  dövründə ictimai-siyasi və mədə­
ni  həyatın  mühüm bir hissəsini  təşkil  edən  aparıcı  şəxsiyyətlə­
rin  Vətəni  tərk  etmək  məcburiyyəti  üzündən  müəyyən  bir 
boşluq  yaransa  da,  onlar  yenidən  qayıdışları  ilə  Azərbaycana 
yeni  bir  ruh,  zəngin  mübarizə  təcrübəsi,  türkçülük  məfkurəsi 
gətirdilər.  Bu  dönüşün  ən  görkəmli  və  istiqamətverici  şəxsiy­
yəti  isə  1913-cü ildə Romanovlar  sülaləsinin  300  illik yubileyi 
münasibətilə  elan  olunan  ümumi  əfvdən  sonra  doğma  yurda 
qayıtmaq  imkanı  əldə  etmiş  M.Ə.Rəsulzadə  oldu.  İrandakı 
fəaliyyəti  ilə  Rus  imperializminə  qarşı  mübarizəsini  daha  da 
qətiləşdirən,  İstanbuldakı  təmasları  ilə  isə  milli  və  mənəvi 
düşüncələrini  püxtələşdirən  M.Ə.Rəsulzadə  Bakıya  yetkinləş- 
miş  məfkurə  sahibi  kimi  qədəm  qoydu  ki,  bu  da  özünü  yara­
dıcılığının  bütün  sahələrində  göstərməkdədir.  Onun  1913-cü 
ildən  sonrakı  fəaliyyəti  mətinliyi,  yazıları  sanballılığı  və  dol- 
ğunluğu,  irəli  sürdüyü,  təbliğ  etdiyi  fikirlər  kəskinliyi  ilə  daha 
çox  diqqəti  cəlb  edir.  Fikirlərində  məntiq,  baxışlarında  ardıcıl­
lıq,  düşüncələrində  bütövlük,  hadisələrə  münasibətində  dərin 
mühakimə  yürütmək  qabiliyyəti  nümayiş  etdirən  M.Ə.Rəsul- 
zadə  xalqın  taleyüklü  məsələlərini  öz  çiyinlərinə  almış  ziya­
lıların  cərgəsinə  qoşuldu.  Qısa  müddət  ərzində  bu  hərəkatın 
öndərinə və  ideoloquna çevrildi.  Lakin, M.Ə.Rəsulzadə istiqlal
72


fikrinə  birdən-birə  gəlməmişdir.  İctimai-siyasi  görüşləri, 
yaradıcılıq  axtarışları  zamanın  və  mühitin  təsiri  ilə  cilalanmış, 
püxtələşmiş,  yetkinləşmiş və nəhayət məfkurə halına çatmışdır 
(20,  s.  18).
M.Ə.Rəsulzadə  “Dirilik”  jurnalında  dərc  etdirdiyi  silsilə 
məqalələrində  (74;  78,  s.  461-487) ümmət və millət arasındakı 
əlaqəni  müzakirə edərək,  bunlar arasında qəti bir ayırım  etmək 
zərurətini  irəli  sürürdü.  Ümmətin  özəl  bir  dini  anlam  daşıdığı 
və  dünya  miqyasında  bir  müsəlman  ortaq  düşüncəsi  ifadə 
etdiyini  söyləyirdi,  halbuki  millət  ortaq bir  dil,  kültür,  tarix  və 
dini paylaşan insan topluluğu anlamına gəlirdi və din bir milləti 
meydana  gətirən  ünsürlərin  sadəcə  biri  və  sonuncusu  idi. 
Dolayısı ilə, kəlmənin gerçək mənası ilə millət dini bir topluluq 
üçün işlədilməzdi,  layiq bir  səslənməsi  vardı.  Millətçiliyin laiq 
mənası daha sonra müsavatçılığın ideologiyası halına gələcəkdi 
(69,  s.  109;  145).
Azərbaycanda  milli  şüurun  təzahürləri  hələ  XIX  əsrin 
axırlarında bir  sıra bədii  və  publisistik  əsərlərdə  özünü  büruzə 
verməyə  başlasa  da  müstəqil  Azərbaycan  milləti  layihəsinin 
yaranması  M.Ə.Rəsulzadənin  fəaliyyəti  ilə  bağlıdır.  “Məhz 
M.Ə.Rəsulzadə  bu  ayrı-ayrı  fraqmentlərən  azərbaycançılıq 
konsepsiyasının  bitkin  və  bütöv  sistemini  yaratmış  oldu  ki, 
onun da əsasını Azərbaycan millətinin özgünlüyü ideyası təşkil 
edirdi”  (15,  s.  8-9).
M.Ə.Rəsulzadə  “Milli  dirilik”  məqalələr  silsiləsində  etnik 
birlik  formalarını  bu  şəkildə  sıralayır:  qövmiyyət,  milliyyət və 
millət.  “Qüvmiyyət-narodnost”  yalnız  “nəsil  və  dil  birliyini” 
ehtiva  edirdi.  Qövmiyyətlə  müqayisədə  milliyyət  etnik  birlik­
lərin  daha yüksək  inkişaf pilləsini  təşkil  edirdi.  Çünki,  milliy­
yət üçün  qan  qohumluğu  amili  artıq  öz  əhəmiyyətini  itirir,  dil 
və  mədəniyyət  birliyi  ön  plana  keçir.  Millət  isə,  milliyyət 
üzvlərinin  əksəriyyətinin  öz  mədəni  və  milli  diriliyini  dərk 
etdiyi və fərdlərin mənlik şüuruna malik olduğu zaman yaranır. 
Azərbaycanlılardan  bir  milliyyət  kimi  bəhs  edən  M.Ə.Rəsul­
73


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə