Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə27/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

Ümumilikdə  XIX  əsrdən  bəri  cərəyan  edən  modernləşmə 
prosesini  izləyəndə  görürük  ki,  Azərbaycan  cəmiyyətinin 
ümmətçilik  düşüncəsindən  özünüdərkə  keçidində  mədəni  inki­
şafa təkan verən  amillər ön plana çıxır.  O  cümlədən  cədidçilik 
hərəkatı,  Qori  seminariyası  kimi  elmi-mədəni  faktların  azər­
baycanlıların  milli  özünüdərkində  və  milli  şüurunun  forma­
laşmasındakı  təsirləri  danılmazdır.  Azərbaycanın  fikir  həya­
tında  mühüm  xidmətləri  olmuş  Ü.Hacıbəyli,  C.Məmmədqu- 
luzadə,  S.Qənizadə, N.Nərimanov, M.Maqomayev,  S.S.Axund- 
ov,  F.Ağazadə, 
S.Vəlibəyov  R.Əfəndiyev,  M.Mirzəyev, 
H.Mahmudbəyov,  F.Köçərli  kimi  ziyalıların  Qorui  seminari­
yasının məzunu olmaları faktı dediklərimizin sübutu ola bilər.
Ə.M.Topçubaşov  1906-cı  il  fevralın  20-də  Tiflisdə  canişin 
sarayının böyük  zalında  açılmış  qurultayda  (erməni-müsəlman 
münaqişəsinin  həlli  ilə  bağlı)  belə  bir  məsələ  qaldırmışdı  ki, 
müsəlmanların  həyati  mənafelərinin  müzakirəsində  onların 
özlərinin  rəyləri  nəzərə  alınsın,  müsəlmanlara  təkcə  tədris 
ocaqlarının təsərrüfat məsələlərində deyil, həm də təlim-tərbiyə 
məsələlərində  iştirak  etmək  hüququ  verilsin  (84,  68).  N.Nəri­
manov  isə  1906-cı  il  iyunun  18-də  “Həyat”  qəzetində  dərc 
edilmiş  məqaləsində  “Qori  seminariyasının  Azərbaycan  əhali­
sinin  mərkəzindəki  başqa  şəhərə”  köçürülməsi  məsələsini 
qoymuşdu (153,  s.  99).  Canişin canişin qraf Vorontsov-Daşkov 
da  Qoridən  daha  münasib  olan  yerdə  müəllimlər  seminariyası 
açılmasının  mümkünlüyü  üzərində  də  dayanmışdı  ki,  sonralar 
bu  təkliflərin  reallaşması  milli-mədəni  inkişafa  təkan  vermiş­
dir.  Nəhayət,  1914  ildə  Gəncədə  müəllimlər  seminariyası 
açılmış  və  1916  ildə  belə  bir  seminariya  Bakıda  fəaliyyətə 
başladı.  1918  ildə  Qori  seminariyasının  Azərbaycan  şöbəsi 
Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökuməti  tərəfindən  Qazaxa 
köçürüldü və müstəqillik statusu aldı.
Təbii  ki,  bu  seminariyanın təşkilində  çarizm  tamamilə baş­
qa  məqsədlər güdürdü.  Hələ  XIX  əsrin  30-cu  illərindən başla­
yaraq çarizm qeyri-rus xalqların nümayəndələrindən rus meylli
80


ziyalı  hazırlamaq  siyasətinə  keçmişdi.  “Rus-tatar”  məktəbləri 
də,  sonralar  Qori  seminariyası  da  əsasən  məhz  bu  siyasətə 
xidmət  etmək  məqsədilə  yaradılmışdı  və  həmin  təhsil  ocaqla­
rına  Çar Rusiyası  böyük ümidlər bəsləmişdir.  Ona görə  də  çar 
idarəsindəki türk xalqının milli  oyanışının  önünü kəsmək üçün 
bu  təhsil  qurumlarında  oxuyan  azərbaycanlı  türk  tələbələrə 
təzyiq  edilirdi.  Müəyyən  dövrlərdə  Qori  Müəllimlər  Seminari­
yasında  baş  müəllim  vəzifəsində  çalışmış  rus  alimi  Smirnov 
türk  tələbələrinə  qarşı  tətbiq  edilən  təzyiqi  bu  sözlərlə  ifadə 
edirdi:  “Azərbaycandan  olan  tələbələrin  sadəcə  öz  dillərində 
danışmaları  deyil,  düşünmələri  belə  yasaqlanmışdı”  (143,  s. 
67).  Bu  siyasətdən  belə  bir  niyyət  güdülürdü  ki,  rus  təhsili 
almış  hər  hansı  azərbaycanlı  tam  rus  meylli  olacaq  və  xalqını 
ruslara yönəltmək işində Rus  dövlətinin  əsas  dayağına  çevrilə­
cək.  Çarizmin  bu  siyasətinin  ideoloji  layihəsini  hazırlayan 
N.N.İlminski  isə  ruslaşdırma  işinin  mahiyyətini  türkdilli  xalq­
ların  xristianlaşdırılmasında  görürdü.  Belə  bir  qərəzli  siyasə­
tində  çarizm  bir  çox  uğurlu  tədbirlər  həyata  keçirsə  də, 
məqsədinə  nail  ola  bilmədi,  çünki  bu  siyasi  tədbirlər  paralel 
olaraq həm də millətçilik duyğularının yaranmasına rəvac verirdi. 
Nümunə  olaraq  deyək  ki,  1902-ci  ildə  Qahirədə  “türk”  məfhu­
munu  önə  çəkən  “Türk”  adlı  qəzet  nəşr  olundu,  Y.Akçura  “Üç 
tərz  siyasət”  (1904)  məqaləsində  türkçülük  haqqında  əsas 
fikirlərini  irəli  sürdü,  Ə.Hüseynzadə  “Həyat”  (1905)  qəzetində 
“Türkləşmək,  islamlaşmaq,  müasirləşmək”  düsturunun  elmi 
izahını  verdi  ki,  sonradan  Z.Göyalp  “Türkçülüyün  əsasları”nı 
məhz bu ideya zəmininə hazırladı, M.Ə.Rəsulzadə isə bu ideyanı 
milli dövlətin atributu səviyyəsinə qaldırdı.
Milli-dini  düşüncə  sahiblərinin  qənaətincə,  əgər  “islamlaş­
maq,  islamı  dərk  etmək  “İttifaq və ittihad”  nemətini  dərk  etmək­
dirsə,  onda “türk  ənsarının islamı bulması”  da “türkləşmək”,  türk 
birliyinin,  “türk  ittihadı”nın  meydana gətirilməsi  deməkdir.  Yəni 
əslində  “islamiyyətə”  xidmət  etmək  “türk  qövmünə  ”  xidmət 
etmək,  “türk  qövmü”nə  xidmət  etmək  də  “islamiyyət”ə  xidmət
81


etmək deməkdir.  Əli  bəy Hüseynzadənin və  Əhməd bəy  Ağaoğ- 
lunun (39;  40;  3;  93;  96) əsərlərində xüsusilə geniş şərhini tapmış 
bu  məsələnin  əsas  məqsədi  Osmanlı  imperiyasının  himayəsi 
altında  əvvəlcə  bütün  türk  dilli  xalqları,  ümumiyyətlə  cəmi 
müsəlmanları  birləşdirməkdən  ibarət  idi.  A.Ağaoğlunun  “Türk 
aləmi”  (93)  silsilə  məqalələrində  və  həm  də  onun  başqa  yazı­
larında,  eləcə  də  Əli  bəy  Hüseynzadənin,  Y.Z.Talıbzadənin  və 
digərlərinin  əsərlərində  dini  mövqe  belə  idi:  İslamiyyətin,  islam 
mədəniyyətinin  yeganə  hamisi,  onun  istinadgahı  və  “əvvəlki 
əzəmətini bərpa edib rövnəqləndirəni” yalnız türk millətidir.
Azərbaycanda  milli  özünüdərk  prosesini  sürətlənməsində 
Türkiyə  ilə  əlaqələr və  təbii  ki,  bu əlaqələri  yaradan ziyalıların 
oynadıqları  rol  xüsusilə  diqqətəlayiqdir.  Vaxtilə  çarizmin 
təqiblərindən  qaçaraq İstanbula  pənah  aparmış  həmin  ziyalıla­
rın çoxu oradakı türkçü təşkilat,  dərnək və nəşrlərdəki fəal  işti­
rakları ilə bütün Türk dünyasına xidmət edirdilər. Bu baxımdan 
Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə  kimi  azərbaycanlı 
ziyalıların  bu  dərnəklərdə,  xüsusilə  isə  “Türk  ocağı”nda  və 
“Türk  yurdu”  dərgisində  iştirakları,  fikrimizcə  ayrıca  bir 
tədqiqat  mövzusudur.  Bu  dərnək  və  dərgilərin  məqsədləri  ilə 
ilkin tanışlıq, həmin ziyalıların hansı amallar uğrunda mübarizə 
apardıqlarına  aydınlıq  gətirir.  Məsələn,  “Türk  dərnəyi”nin 
nizamnaməsinin  ikinci  maddəsində  deyilirdi  ki,  “cəmiyyətin 
məqsədini türk deyə  anılan bütün türk  qövmlərinin keçmişdəki 
və  bugünkü  əsərlərini,  işlərini,  durumlarını,  mühitini  öyrən­
məyə  və  öyrətməyə  çalışmaq,  yəni  türklərin  əski  əsərlərini, 
tarixini,  dillərini,  avam və xavas (şifahi və yazılı)  ədəbiyyatını, 
etnoqrafiya  və  etimologiyasını,  sosial  durumlarını  və  mövcud 
mədəniyyətlərini,  türk  məmləkətlərinin  əski  və  yeni  coğrafi­
yasını  araşdırıb  ortaya çıxararaq bütün  dünyaya yayıb tanıtmaq 
və dilimizin açıq,  sadə,  gözəl,  elm dili  ola biləcək şəkildə geniş 
və  mədəniyyətə  əlverişli  bir  dərəcəyə  gəlməsinə  çalışmaq  və 
imlasını  ona  görə  incələməkdir”  (97,  s.  165).  “Türk  ocağı”nın 
rəsmi  fəaliyyəti  isə  “Türk  yurdu”nun  nəşrə  başlamasından  bir
82


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə