Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə25/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

zadə,  bu  fikrini  onlarda  hələ  milli  mənlik  şüurunun  lazımınca 
formalaşmaması faktı ilə əsaslandırırdı (78,  s.  471).
Sonralar M.Ə.Rəsulzadə  belə  bir  qənaətə  gəlirdi  ki,  vəziy­
yəti  düzəltmək  üçün  milli  özünüdərkin  inkişafı  və  milli 
ideologiyanın  formalaşdırılması  zəruridir.  O,  milli  özünüdərk 
prosesini  xalqın  tarixi  yaddaşının bərpasından  başlamağı  təklif 
edir,  məhkum  millətlərin,  o  cümlədən  Azərbaycan  türklərinin 
oyanış  və  tərəqqi  prosesində  milli  dilin  inkişafına  xüsusi 
əhəmiyyət verməyi  tövsiyə  edirdi.  Əlbəttə  ki,  “Milli  dirilik”də 
M.Ə.Rəsulzadə  hələ  birmənalı  şəkildə  Azərbaycan  xalqının 
milli  özünəməxsusluğunu  qəbul  etmək  səviyyəsinə  gəlib 
çatmamışdı  (15,  s.  43).  Lakin  artıq  1915-ci  ilin oktyabr ayında 
onun  təsis  etdiyi  “Açıq  söz”  qəzetinin  bütün  fəaliyyəti  milli 
özünəməxsusluq  probleminin  həllinə  yönəlmişdi.  Çünki  çox­
dan  təşəkkül  tapmış  Azərbaycan  milli  hərəkatı  hələ  də  öz  adı 
ilə  adlandırılmırdı  və  M.Məmmədzadənin  təbirincə  desək, 
“adsız  qəhrəmanı”  (63,  s.  52)  xatırladırdı.  Belə  bir  şəraitdə 
həmin  boşluğu  doldurmağa  çalışan  “Açıq  söz”  qəzeti  (2 
oktyabr 1915-ci  il) “müsəlman” və “tatar”  sözlərini “türk”  sözü 
ilə  əvəzləməyə  girişdi,  millətə  “Sən  kimsən!”,  rus  hökumətinə 
isə  “Biz  türkük!”  deyə xitab  etdi.  Beləliklə,  qəzet  fəal  surətdə 
türk  birliyini  kütlə  arasında  yaymağa  başlamaqla  yaxın  gələ­
cəkdə  sırf  Azərbaycan  birliyinə  keçid  üçün  zəmin  yaratmış 
oldu  (15,  s.  44).  Bu  artıq  o  dövr idi  ki,  digər ziyalılar da millə­
tin  adı  üstündə  açıq  mübarizəyə  qalxmışdılar.  Ö.F.Nemanza- 
dənin “Mən kiməm?!”  adlı  məqaləsindəki  müraciəti bu baxım­
dan çox səciyyəvidir”  (70,  s.  266-268).
“Milli  dirilik”  sərlövhəli  silsilə  məqalələri  ilə  M.Ə.Rəsul- 
zadə  milliyyət  məsələsini,  milliyyəti  təşkil  edən  amilləri  təhlil 
edərək  sonralar  “Müsavat”ın yeni  proqramına  salınan  nəzəriy­
yənin  əsasını  qurmağa  müvəffəq  olmuşdur.  Şeyx  Cəmaləddin 
Əfqani  kimi  Məmməd  Əmin  bəy  də  islamiyyətin  və  müsəl­
manlığın  milliyyət  deyil,  “ümmətçilik”  ifadə  etdiyini,  milliy­
yətin  isə  din  üzərində  deyil,  dil  və  kültür  birliyi  üzərində
74


qurulduğunu  və  bu  milli  diriliyin  təməlini  təşkil  edən  milli 
mədəniyyətin  ünsürlərini  izah  edərək  milli  hərəkatın  ictimai 
fəlsəfəsini  qurmuşdur.  Bu  fəlsəfəyə  görə:  “Millət  dili,  dini, 
ənənələri,  ədəbiyyatı,  tarix  və  adətləri  bir  olan  cəmiyyeyi- 
bəşəriyyəyə  deyilir.  Təkcə  din birliyi  milləti təşkil  etməz”  (74; 
78,  s.  461-487;  63,  s.  52;  121,  s.  45).  Müəyyən  məqamlarda 
ziddiyyətli  təsir  bağışlayan  yanaşmaları  nəzərə  almasaq, 
M.Ə.Rəsulzadə  dil  və  mədəniyyət,  mədəniyyət  və  milliyyət 
amillərini  bəzən  qarşılıqlı  anlayışlar  kimi  işlədirdi  ki,  bu 
mövqe  özünü  onun  milli  əxlaq  konsepsiyasında  da  büruzə 
verirdi.  Millətin  birliyini  və  bütünlüyünü  qorumaq  vəzifəsini 
milli  əxlaqın  başlıca  əsası  hesab  edən  M.Ə.Rəsulzadə  türklük 
prinsiplərinə  sədaqəti  milli  əxlaqın ikinci,  verilən  sözə və bağ­
lanılan  müqavilələrə  riayət  olunmasını  üçüncü,  haqqı,  hürriy­
yəti,  sülhü  və  demokratiyanı  qoruma  və  müdafiə,  zülmə  və 
təcavüzə  qarşı  açıq  bir  mübarizə  aparmağı  dördüncü,  milli 
səviyyəni  daima uca tutmağı,  geriliyə  və  cəhalətə  qarşı  savaş- 
manı  beşinci  mütləq  şərtlərindən  sayırdı  (133,  s.  2-3).  Çünki 
onun  mövqeyinə  görə,  həmin  konseptual  şərtlərə  riayət  edən 
millətlərə  dünya ictimaiyyəti  də  mədəni,  tərəqqi  etmiş,  sağlam 
və gələcəyi parlaq millətlər kimi qiymət verməkdədir.
1905-1907-ci  illər  rus  inqilabından  sonra  1906-cı  ildə 
Səttərxanın  rəhbərliyi  ilə  başlayan  İran  məşrutə  hərəkatı  ilə 
1908-ci  ildə  “Gənc  türklərin”  siyasət  səhnəsinə  çıxması  ilə 
nəticələnən  Osmanlı  məşrutəsi  öz  təsirləri  baxımından  bu  üç 
dövlətin  əhatəsində  olan Azərbaycanda da  millətçilik düşüncə­
sinin  formalaşmasına  güclü  təkan  vermişdir.  Bu  üç  qaynar 
inqilab  mərkəzləri  ilə  sıx  əlaqədə  olan  Azərbaycan  ziyalıları 
bütün vasitələrlə bu fürsətdən  faydalanıb  özünüdərk prosesinin 
sürətlənməsinə  çalışırdılar.  Təbii  ki,  müvafiq  olaraq  həmin 
inqilab  mərkəzlərində  proseslərin  oxşar  və  fərqli  tərəfləri  var 
idi.  Xüsusilə  də,  milli  şüurun  güclənməsi  ilə  bağlı  Osmanlı 
mühitində  cərəyan  edən  heç  bir  əhəmiyyətli  hadisə  Azərbay­
cana təsirsiz ötüşməmişdir.
75


İstanbulda  cərəyan  edən  hadisələrin  Azərbaycan  ziyalıları 
üzərində  buraxdığı  təsirlər  içərisində  Ziya  Göyalpın  türkçülük 
nəzəriyyəsi  xüsusi  qeyd  edilməlidir.  Təbii  ki,  söhbət  türkçülük 
ideyasından  getdiyi  təqdirdə  yalnız  qarşılıqlı  təsirlənmələr 
müzakirə mövzusu ola bilər.  Çünki  hələ  1906-cı  ildə Ə.Hüseyn­
zadə  “Füyuzat”da  “Füyuzat”  haqqında  yazır  ki,  onun  “tutduğu 
yol  -  türklük,  müsəlmanlıq  və  avropalılıqdır,  türk hissiyyatı  ilə 
mütəhəssis, islam dini ilə mütədəyyin və Avropa mədəniyyəti ilə 
mütəməddin olmaqdır”. Düz on iki il  sonra,  1918-ci ildə isə Ziya 
Göyalp  eyni  sözləri  öz kitabının titul  səhifəsinə yazır:  “Türkləş- 
mək,  islamlaşmaq,  müasirləşmək”  (109).  Çox  uzun  müddət 
“etnik”  istilah  kimi  geniş  bir  şəkildə  işlədilən  “tatar”,  “müsəl­
man”,  “Qafqaz tatarları”,  “osmanlılar” kəlməsi “azəri” və “türk” 
şəklində  bir  də  məhz  “Füyuzat”  dərgisindəki  yazılardan  sonra 
konkretləşir.  Bir  istilah  kimi  “türklük”,  bir  hərəkat  kimi 
“türkçülük”  Əli bəyin adı  ilə bağlıdır.  Lakin onu da qeyd etmək 
lazımdır ki, Y.Qarayevin təbirincə desək, “İslamçılıq, türkçülük, 
qərbçilik”  kültürdə  vahid  bədii  məkan,  inteqrasiya  (mənəvi 
Turan!)  təlimində  yalnız  son  mərhələdir,  onun  yekun  və  kamal 
dövründə  kəsb  etdiyi  düstur  və  tənlikdir.  O  vaxta  qədərki  hər 
mərhələ  isə  ayrılıqda bu  düsturu  təşkil  edən vahidlərdən,  tərkib 
komponentlərindən  biri  ilə  səciyyələnir”  (52,  s.  439-440).  Bu 
mənada Ziya Göyalp  da öz kitabında (108,  s.  10-11)  Ə.Hüseyn- 
zadənin adını böyük ehtiramla çəkməkdədir.
Milliyyət  fikrinin  ortaya  çıxmasını  şərh  edərkən  Ziya 
Göyalpla Azərbaycan ziyalılarının,  məsələn M.Ə.Rəsulzadənin 
ortaq  məqamların  çox  olduğunu  görürük  (108;  137).  Milliyyət 
fikrinin  mətbuatla  doğması,  qəzetlə  başlaması  ilə  bağlı  fransız 
sosioloqlarının  fikrilərini  təsdiqləyən  Z.Göyalp  yazır  ki,  qəzet 
eyni  dillə  danışan insanları  bir arada toplayaraq xalqı  meydana 
gətirir  və  onlara  ortaq  bir  vicdan  verir.  Qəzet  şüursuz  olaraq 
etdiyi  bu təsirdən  ayrı  olaraq,  sırf dövriliyini təmin  edə bilmək 
üçün  oxucularının  öyünmə  və  vətənpərvərlik  duyğularını 
oxşamağa,  onların  milli  ənənələrini  və  fəxarət  oyadan  milli
76


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə