Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə33/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

lərdə  nəşr  edilən  müxtəlif  istiqamətli  mətbuatda:  “Kaspi” 
(Bakı),  “Qafqaz”,  “Tiflisski listok”,  “Novoye obozreniye”  (Tif­
lis),  “Moskovskiye  vedomosti”  (Moskva),  “Tərcüman”  (Bağ- 
çasaray),  “Həblülmətin”  (Kəlküttə),  “Sürəyya”  (Qahirə)  və 
başqa  qəzetlərdə  nəşr  etdirməyə  məcbur  olmuşlar.  Bu  dövrdə 
Azərbaycanda  əsas  etibarı  ilə  Peterburqdan,  Moskvadan  və 
qismən də yaxın və  orta şərq  ölkələrindən bu və ya digər yolla 
daxil olan qəzet və jurnallar oxunurdu (69,  s.  30-31).  1905-ci  il 
inqilabının təmin  etdiyi  nisbi  hürriyyət  sayəsində  isə,  gündəlik 
“Həyat”,  “İrşad”  və  “Tərəqqi”  qəzetlərindən  sonra  “Füyuzat”, 
“Dəbistan” və “Molla Nəsrəddin”  kimi  ədəbi,  elmi,  əxlaqi, tər­
biyəvi  və  satirik jurnallar nəşrə  başladı.  Azərbaycanın  ədəbiy­
yat,  mətbuat və fikir həyatında yeni  bir  dövr açan  bu nəşrlərin 
başında  Ə.Topçubaşov,  Ə.Hüseynzadə.  Ə.Ağaoğlu,  C.Məm- 
mədquluzadə  kimi  şəxsiyyətlər  dururdu.  Azərbaycanın  milli 
şairi  M.Ə.Sabirin  də  yetişməsində  əhəmiyyətli  rolu  olan 
“Molla Nəsrəddin”  məcmuəsində  ərəb,  fars,  türk,  tatar,  özbək, 
hind,  türkmən,  ləzgi,  alban,  əfqan,  yunan,  çin,  bolqar,  serb, 
alman xalqlarının həyatı və taleyi ilə bağlı problemlər qaldırılır 
və  məcmuə  Tehran,  İstanbul,  Kəlküttə,  Bağdad,  Buxara, 
Səmərqənd, Aşxabad, Daşkənd, Peterburq, Moskva, Həştərxan, 
Ufa,  Tiflis,  İrəvan kimi  şəhərlərdə yayılır və oxunurdu.  “Molla 
Nəsrəddin”in  məzmununa  orijinal  bir  rəng  qatmış  M.Ə.Sabir 
bədii  sisteminin  mahiyyəti  və  strukturu  o  qədər  aydındır  ki, 
Y.Qarayevin təbirincə desək,  “millilik və bəşərilik,  qloballıq və 
konkretlik  burada  elə  bir  üzvi  vəhdətdədir  ki,  bu  şeir  heç  bir 
zaman  və  məkan  məhdudluğu  tanımayıb.  Bu  gün  də  Sabir 
ətrafında ideya mübahisələri yoxdur”  (50,  s.  259) və bu gün də 
müasir səslənir.
Bu  qədər  zəngin  mətbuat  orqanlarında  dərc  edilmiş  yazılar 
müəlliflərin  bəzi  fərqli  mövqelərini  ortaya  qoyurdusa,  ümum- 
xalq mahiyyətli  məsələlərdə ziyalılar adətən həmrəylik nümayiş 
etdirirdilər.  Burada milli  burjuaziyanın bir qisim  nümayəndələri 
fəallıqları  ilə  seçilirdilər.  Məsələn,  H.Z.Tağıyevin  maddi
98


köməyilə  nəşrə  başlayan  “Füyuzat”ın  ətrafına toplanan  ziyalılar 
-   Ə.Hüseynzadənin  “ideyalarına  işıq  tutan”  (31,  s.  V)  Azər­
baycanın  və  Türk  dünyasının  bir  çox  şair və  ədibləri  idilər.  Bu 
müəlliflər içərisində M.Hadi,  H.Cavid,  A.Y.Talıbzadə, M.Ə.Rə- 
sulzadə, A.Şaiq, A.Sur, H.B.Zərdabi, X.Z.Üşşaqizadə, İ.T.Musa- 
yev,  Ə.Həsənzadə,  Ə.Kamal,  Ə.Raiq,  A.Cövdət,  H.S.Ayvazov, 
M.Ə.Rəcaizadə,  A.Səhhət,  T.Fikrət,  S.Səlmasi  kimi  ədəbiyyat 
və mədəniyyət xadimləri vardı. “Həyat”  1905-ci il iyun ayının 7- 
də  nəşrə  başladığından,  qəzetin  həmin  dövr  fəaliyyəti  Ə.Cəfər- 
oğlunun  dediyi  kimi,  “Azərbaycanda  oyanan  milli  hərəkat 
xarakter etibarilə bir növ hazırlıq mahiyyətində idi”  (103,  s.  25­
26).  “Füyuzat”  isə  bu  cəhətdən  “Həyat”  qəzetindən  fərqli  idi. 
Ə.Hüseynzadə  “Həyat”la  başladığı  işi,  əsasən  “Füyuzat” jurna­
lında  davam  etdirmişdir.  Belə  ki,  o,  “Həyat”da  turançılıq,  türk­
çülük məramını tam açıq təbliğ edə bilməmişdirsə,  “Füyuzat”da 
isə  məqsədinə  nail  olmuşdur  (31,  s.  VI).  Ə.Hüseynzadənin 
fikirlərinin  açıq-aşkar  mətbuatla  söyləmək  imkanını  qazanması 
“Füyuzat” jurnalını  sırf turançılıq mövqeyində dayanan mətbuat 
orqanına  çevirmişdir.  Dövrün  ədəbi,  siyasi  qüvvələri  “Füyuzat” 
məcmuəsi  ətrafında  mərkəzləşərək,  XX  əsrin  ilk  onilliyində 
Azərbaycanda  füyuzatçılıq  adlı  siyasi,  ədəbi  cərəyan  yarat­
mışdılar.
Ə.Hüseynzadə  tərəfində  irəli  sürülmüş  fikir  cərəyanı  və 
mətbuat hərəkatı  Azərbaycan xalqının  ictimai,  siyasi,  ədəbi  və 
estetik  fikrinin  inkişafında  yeni  mərhələ  açmış  və  ortaq  türk 
mədəniyyətinin  gələcək  təşəkkülü  üçün  zəmin  hazırlamışdır. 
Ə.Ağaoğlu  isə  “Həyat”da  bir  ilə  qədər  çalışdıqdan  sonra  ayrı­
laraq  Azərbaycan  türklərinin  ikinci  gündəlik  müstəqil  qəzeti 
olan  “İrşad”ı  çıxarmağa  başladı.  Ə.Ağaoğlu  “İrşad”ın  əsas 
məramını  belə  izah  edirdi:  “Bir tərəfdən  rus  hökumətinə  qarşı 
mücadilə  edərək  hər  növ  siyasi  və  ümumi  hüquqdan  məhrum 
olan  türk  ünsürünə bu  hüququ  da təmin  etməkdən,  digər tərəf­
dən  türk ünsürünün  özündə  birlik  fikrini  təmin  etmək məqsədi 
ilə  məzhəb  ayrılığını  və  xüsusən  sünni-şiə  düşmənçiliyini
99


qaldırmağa  çalışmaqdan  ibarət idi.  Bununla bərabər,  xalqı  elm 
və irfana isindirmək,  türkcə  məktəb  və digər irfan müəssilərini 
vücuda gətirmək üçün çalışmaq lazımdır”  (97,  s.  157).
Mövqe baxımından bu dövrün ziyalıları  iki  qismə bölünürdü: 
inqilabın  sosial-siyasi  yönünü  ön  plana  alanlar və  bunu  milli  bir 
hərəkat hesab  edənlər.  Birincilərə  daxil  olanların  önündə,  özünü 
liberalların  sol  qanadının  nümayəndəsi  kimi  tanıdan  Ə.Ağaoğlu 
gedirdi. “Azadlıq, bərabərlik, ədalət” devizinə əsaslanan “İrşad”da 
N.Nərimanov,  M.Əzizbəyov,  R.Əfəndiyev  kimi  hümmətçilərin 
yazılanna  da  geniş  yer verilirdi.  “İrşad”  inqilab  mövzusunda bir 
çox  qəzetlər  kimi  ehtiyatlı  mövqe  tutmur,  aktual  məsələlərdə 
cəsarət  nümayiş  etdirirdi.  Bununla  yanaşı,  qəzeti  zənginlərdən 
birinin  maliyyələşdirməsinə  baxmayaraq,  Ə.Ağaoğlu  özü  də 
bəzən yerli kapitalistlərə qarşı ittiham xarakterli yazılar yazırdı.
Dövri  mətbuatdakı  müzakirə və mübahisələr kontekstindən 
baxıldıqda  görürük  ki,  qəzetlərdə  ifadə  edilən  baxışların  çoxu 
milliyyətçilik  təmayüllüdür.  “Tərəqqi”də  bu  görüşləri  xülasə 
edən  Ə.Ağaoğlu “Tərəqqi”nin  1909-cu il  16-cı  sayında yazırdı 
ki,  “...millətlər inkişaf edir və hamısı millətçilik deyilən mərhə­
lədən  keçmək  zorunda.  İngilis,  fransız,  italyan  və  almanların 
tutduqları  xətti  izləyərək  onun  tərəfdarı  olmamızın  səbəbi 
budur”.  Onun  məqalələrində  milli  həmrəyliyə  çağırış  ruhu  da 
özünü  göstərirdi.  O,  mövqeyini  açıqlayan  bir  səbəb  kimi  bunu 
göstərir ki,  “milliyyətçilik”  (nasionlizm deyir) “toplumdakı bü­
tün  sinifləri  birləşdirir”.  Amma bunu  da bir  daha  qeyd  etməli­
yik  ki,  1905-ci  il  inqilabı  ilə  artıq  azərbaycanlıların  milli  kim­
liklərinin  müəyyənləşdirilməsi  zamanının  gəldiyinə  inanan  və 
bu kimliyin nə  olacağından  şübhəsi  olmayan ziyalıların ilk yol 
göstərəni  Ə.Hüseynzadə  olmuşdur.  Bu  mənada  onun  həmin 
dövr  ziyalılarının  əksəriyyəti  üzərindəki  təsirləri  danılmazdır. 
“İslamçı  bir  qəzet”  olan  “Həyat”  əvvəllər  türkçü-milliyyətçi 
mövqedən  çox  panislamist  və  dini  bir  təmayüldə  olsa  da 
Ə.Hüseynzadə yavaş-yavaş türkçülük təbliğatı  aparmağa başla­
mış  və  ilk  dəfə  olaraq,  sonralar  məşhur  bir  şüar halına  gəlmiş
100


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə