Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə30/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

olar  ki,  bütün  sahələrində  bu  və  ya  digər  dərəcədə  öz  sözünü 
deyən  o  dövr Azərbaycan  ziyalısı  hərtərəfli  hazırlığa,  həm  Şərq, 
həm də ki, Qərb oriyentasiyalı təhsilə və biliyə malik idi (1, s.  10).
Bu  mərhələnin  hələ  ilk  illərində  ilhamını  zəngin  “milli 
kültür  xəzinəsindən”  və  “tarixi  dövlətçilik  ənənəsindən”  alan 
milli  hərəkat  formalaşmış  və  əsl  xarakterini  tapmışdı.  Milli 
mətbuat  çiçəklənmiş,  milli  maarif  öz  nurunu  “ən  hücrə 
köşələrə”  qədər  yaymağa  başlamış,  modern  milli  bir  iqtisadi 
həyat qurulmuş,  milli ziyalılar başda olmaqla milli idealı təmin 
edən təşəbbüskar milli bir kadrlar yetişmişdi (118,  s.  4-7). Milli 
dram,  milli  komediya  və  milli  opera  teatrları  da  məhz  bu 
dövrdə mükəmməlləşmiş və zənginləşmişdi.
M.Şahtaxtlı  “Novoe  obozrenie”nın  səhifələrində  (1905-ci  il, 
№ 243) çap olunmuş “Müsəlmanlar və konstitusiya”  adlı  məqa­
ləsində  yazırdı  ki,  17  oktyabr  manifesti,  şübhəsiz,  çox  böyük 
mədəni-tarixi  əhəmiyyətli  olan  hadisədir.  Konstitusiya  Avropa 
xalqlarının  siyasi-sosial  idealının  gerçəkləşməsi  vasitəsidir.  Bu 
idealı  təxminən  belə  ifadə  etmək  olar:  “Bəşəriyyətin  can  atdığı 
hədəf  ayrı-ayrı  şəxsiyyətlər  və  yaxud  bu  və  ya  digər  insan 
qrupları,  zümrə  və  ya  silklərin  deyil,  böyük  insan  ailəsinin 
istisnasız  bütün  üzvlərinin  xoşbəxtliyi  olmalıdır.  Əgər  xalqlar 
özləri  öz talelərinə  sahib  çıxarlarsa,  yer üzündə yaşayan hər bir 
insanın  həyatının  təmin  olunması  mümkündür”.  M.Şahtaxtlı 
yzırdı  ki,  biz,  ziyalı  müsəlmanlar,  bütün  gücümüzlə  onun üçün 
çalışmalıyıq  ki,  xalqlarımız  həyata  indiki  baxışlarını  yuxarıda 
göstərilən Avropa dünyagörüşü ilə dəyişsinlər (13, s.  62).
Dövrün  əksər  ziyalıları  1905-ci  il  inqilabını  Azərbaycan 
türkləri  üçün  də  mühüm  hərəkatların  başlanğıcı  hesab  edirdilər. 
Çünki  həqiqətən  də  Azərbaycan  türkləri  ədəbiyyat,  teatr,  musiqi 
və  təhsildə  olduğu  kimi  sosial  və  siyasi  sahədə  də  irəliləməyə 
başlamışdılar.  Bilavasitə milli  mətbuatın yardımı ilə siyasi,  sosial 
və  milli  fikirlər  də  inkişaf  edirdi.  Mətbuatın  başlıca  mövzuları 
içərisində  ziyalıları  narahat  edən  aşağıdakı  məsələlər  əsas  yer 
tuturdu:  üsuli-cədidi  yerləşdirmə,  məhəllə,  kənd  və  molla
89


məktəblərində  farsca  yerinə  türkcə  təhsilə  keçilməsi  və  tədrisin 
modernləşdirilməsi;  şiə  və  sünni  dini  idarələrini  birləşdirilməsi, 
vəqflər  idarəçilərinin  və  din  adamlarının  xalqın  ümumi  səsver­
məsi ilə seçilməsi;  xeyriyyə təşkilatlarının,  mədəni-maarif cəmiy­
yətlərinin,  ictimai  dərnəklərin  və  nəşriyyatların  qurulması;  bələ­
diyyə və Duma  seçkilərində  iştirak  etmək üçün  türklərə  qoyulan 
məhdudiyyətlərin  aradan  qaldırılması,  müsəlmanlara  da  ruslarla 
bərabər  haqlar verilməsi  və  s.  Mətbuatın  tələbkar yazılarının  da 
əhəmiyyətli  təsiri  ilə  1905-ci  ildə  Azərbaycanda  mədəni-maarif 
dərnəkləri  qurulmağa  başlamışdı.  H.Zərdabinin  təşəbbüsü  və 
Z.Tağıyevin maddi yardımı “Müsəlman Xeyriyyə Cəmiyyəti” ya­
radılmış, milli məktəblər açmaq və bu məktəblər üçün müəllimlər 
yetişdirmək  məqsədilə  “Nəşri  Maarif  Cəmiyyəti”  qurulmuşdu. 
Bundan əlavə “Nicat”, “Səadət”, “Ədəb Yurdu”, “Səfa” kimi yarı 
siyasi,  yarı  mədəni  cəmiyyətlər  qurulmuşdu  ki,  bütün  bu  fəaliy­
yətlər milli  burjuaziya ilə ziyalıların həmrəyliyinin nümunəsi  idi. 
Təbii  ki,  bu  həmrəylik  təşəbbüsləri  xalqın  birliyinə  və  milli 
şüurunun oyanmasına bilavasitə təsir göstərən amillərdən idi.
Qeyd  edilməlidir  ki,  H.Zərdabi  hələ  1871-ci  ildə  xeyriyyə 
cəmiyyəti  yaratmağa  təşəbbüs  göstərmişdi.  O,  cəmiyyətin 
nizamnaməsini tərtib  edərək Bakıda,  Gəncədə,  Tiflisdə nüfuzlu 
adamlara  müraciət  etmiş  və  onları  təşəbbüsü  müdafiə  etməyə 
və  bu  cəmiyyətə  müntəzəm  surətdə  pul  yardımı  göstərməyə 
çağırmışdı.  “Lakin  cəmiyyət  çox  adi,  eyni  zamanda  onun 
təsisçisi  üçün  acı  bir  səbəbə  görə  bağlandı  -  о öz  fəaliyyətinin 
əsas  şərtini yerinə yetirə bilmədi, iki il  ərzində özünün mədaxili 
və  məxarici  barədə  məlumat  təqdim  edə  bilmədi”  (84,  s.  13­
14).  1905-ci  ildə  yenidən  xeyriyyə  cəmiyyəti  yaratmağa  cəhd 
göstərildikdə  bu  dəfə  artıq  hakimiyyət  orqanları  buna  mane 
oldular.  Ə.Ağayev  “Kaspi”  qəzetinin  1  aprel  1905-ci  il  tarixli 
sayında yazırdı:  “75  min  müsəlmanın yaşadığı  Bakının müsəl­
manları  xeyriyyə  cəmiyyəti  yaratmağa  icazə  verilməsi  barədə 
vəsatət  qaldırdılar.  Onlardan  bir  ay  sonra  müsəlmanlarla 
müqayisədə  sayca  çox  cüzi  olan  gürcü  cəmiyyəti  belə  bir
90


vəsatət  qaldırdı.  Gürcülərə  icazə  verdilər,  müsəlmanlara  isə 
rədd cavabı verdilər” (84,  s.  15).
Çarizm  ana  dilində  məktəblər  açılmasına  mane  olur, 
məktəblərdə  ana  dilinin  tədrisini  qadağan  edir,  məktəblərdə 
tədrisi  ən  yeni  metod  ilə  aparmaq  sahəsində  hər  cür  cəhdləri 
təqib  edərək  buna  mövcud  rejimə  qarşı  çıxmaq  kimi  baxardı 
(155,  s.  87-96).  Müsəlmanlara təkcə Zaqafqaziyada  deyil,  həm 
də  bütün  Rusiya  imperiyasında  orta  məktəblərdə  dərs  deməyə 
icazə  verilmirdi.  Ə.Ağayevin  orta  məktəb  müəllimi  vəzifəsinə 
təsdiq  edilməsinə  on  bir  il  imtina  olunması  buna  nümunədir 
(84,  s.  15).
Ümumiyyətlə,  istər  orta,  istərsə  də  ali  savadlı  adamların 
sərbəst peşə  seçməsi  imkanı  məhdud idi.  Bəzi  ali  tədris  müəs­
sisələrinin  qapıları  azərbaycanlıların  üzünə  bağlı  idi.  Təhsil 
alan  gənclərin  dövlət  təqaüdü  almaq  hüququ  yox  idi.  Ali 
məktəbi  müvəffəqiyyətlə  bitirdikdən  sonra  onlar  həmin  tədris 
müəssisəsində  yuxarı  vəzifələrə  keçmək  imkanından  məhrum 
idilər.  Misal  üçün,  Ə.Topçubaşov  Peterburq  universitetinin 
hüquq  fakültəsini  əla  qiymətlərlə  bitirdikdən  sonra  ona  təklif 
olunmuş  kafedranın  professoru  vəzifəsini  bu  səbəbdən  tuta 
bilməmişdi.  O,  Bakıya  qayıtmış və  özünü ictimai-siyasi  fəaliy­
yətə  həsr  etmişdi.  Moskva  universiteti  hüquq  fakültəsinin  mə­
zunları  Fətəli  xan  Xoyski  və  Xəlil  bəy  Xasməmmədov  yalnız 
ona  görə  uzun  illər Yekaterinodar  mahal  məhkəməsi  prokuro­
runun köməkçisi vəzifəsində işləmişdilər ki,  onların  öz yaşayış 
yerlərində işləmək hüququ yox idi. Müsəlmanın andlı müvəkkil 
olmasını ədliyyə naziri təsdiq etməli idi  (84,  s.  14-15).  Vəkillər 
korporasiyasında müsəlmanların  sayı  5  faizdən çox  ola bilməz­
di.  Məhkəmə icraatının əhalinin başa  düşdüyü  ana dilində apa­
rılması  qadağan  idi.  Məhkəmə  icraatının  mühüm  təsisatların­
dan  biri  olan  andlı  iclasçılar  yox  idi.  İ.Ziyadxanov  Dövlət 
Dumasının  iclasındakı  çıxışı  problemlə  bağlı  bir  sıra  məqam­
lara aydınlıq gətirirdi  (165)
91


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə