Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN


Milli birliyin kulturoloji təməlləri



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə29/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

Milli birliyin kulturoloji təməlləri
XIX  əsrin  ikinci  yarısında  olduğu  kimi  XX  əsrin  əvvəllə­
rində  də  Azərbaycanda  maariflənmənin  və  mədəni  intibahın 
kulturoloji  amilləri  sırasında  teatr  və  mətbuat  ön  yerləri 
tuturdu.  H.B.Zərdabi,  M.F.Axundovun  dramaturji  irsi  əsasında 
ilk  milli  teatrımızı  və  onun  mətbuat  nəzəriyyəsi  əsasında  ilk 
milli  demokratik  mətbuatımızı  yaratdıqdan  sonra,  onların 
açdıqları bu cığırın yolçuları  sonralar yeni-yeni mətbuat orqan­
ları  və  dram  əsərləri  vasitəsilə  xalqın  xidmətində  durdular. 
Üzeyir  Hacıbəyovun  opera  və  operettaları  isə  Azərbaycan 
teatrının  musiqi  istiqamətini  müəyyənləşdirdi.  Bunun  əhəmiy­
yətli  tərəflərindən bir  də onunla izah edilə bilər ki,  əgər ədəbi- 
bədii  əsərlərlə  yalnız  savadlı  təbəqəni  maarifləndirmək  müm­
kün  idisə,  artıq teatr və  musiqi  ilə  əhalinin  bütün  təbəqələrinin 
şüuruna və zövqünə təsir etmək imkanı yaranmışdı.
Milli  maarifləndirmə,  ana  dilli  təhsil,  teatr,  mətbuat, 
mədəni-maarif və xeyriyyə cəmiyyətləri XX əsrin milli-mədəni 
intibahını  şərtləndirən  mühüm  kulturoloji  amillərə  çevrildi  ki, 
bu  prosesdə  ziyalılarla  milli  burjuaziyanın  həmrəyliyi  faktı 
xüsusilə  qeyd  edilməlidir.  Yaranmaqda  olan  milli  burjuaziya 
azərbaycanlılar  üçün  istər  iqtisadi,  istər  mənəvi,  istərsə  də 
maarifçilik  maraqlarının  qorunmasında  yeganə  ümid  yeri  idi. 
Bu  səbəbdən rus və  erməni bolşeviklərinin uzun  illik  səylərinə 
baxmayaraq,  əksər  azərbaycanlılarda  milli  və  dini  təəssübkeş­
lik  sinfi  həmrəylikdən üstün idi.  Ziyalılarla milli  burjuaziyanın 
həmrəyliyə  nümunə  kimi,  Ə.Topçubaşov,  Ş.Əsədullayev, 
Ə.Ağaoğlu,  A.Ziyadxanov,  Q.Zülqədərov  və  digər  ziyalıların 
daxil  olduqları  “Cənubi  Qafqaz  müsəlman  əhalisinin  səlahiy­
yətli  nümayəndələri”  adlı təşkilatı göstərə bilərik ki, H.Əzizoğ- 
lu bunu açıq fəaliyyət göstərən ilk milli  siyasi qurum adlandırır 
(29,  s.  185).  Təşkilatın  ilk  rəsmiləşdirilmiş  siyasi  müraciəti 
Ə.M.Topçubaşov  tərəfindən  hazırlanmış  və  Rusiya  Nazirlər 
Kabinetinə  təqdim  edilmişdi.  1905-ci  ildə  çar  hökumətinin
86


ünvanına buna bənzər bir neçə xahişnamə göndərilmişdi  ki,  bu 
təşəbbüslərin  mahiyyətində  müsəlman  əhalinin  mənafeyini 
qorumaq və mədəni tərəqqi yolu ilə milli  şüuru formalaşdırmaq 
dururdu.  Ziyalılarla  milli  burjuaziyanın  həmrəylik ideyalarının 
mətbuat  vasitəsilə  təbliği  belə  əsaslandırılırdı  ki,  birincilər  öz 
ağlı, biliyi,  istedadı  ilə xalqın köməyinə gəlməlidirlər,  ikincilər 
isə  öz  imkanları  ilə  bu  vəzifələri  yerinə  yetirmək  üçün 
ziyalılara maddi əsas yaratmalıdırlar.
Bu  dövrdə  Qafqaz  canişininin  və  Peterburqda  hökumət 
dairələrinin  müsəlmanları  qəbul  etməsi,  Bakı  müəllimlərinin 
toplantısının  keçirilməsi,  müsəlman  fəhlələrinin  1905-ci  il  may 
tətilində iştirakı əslində ancaq sinfi mübarizə deyil, əsasən müsəl­
manların  öz  hüquqlarının  tələbinin  təzahürü  idi.  “Müsəlman 
Xeyriyyə  Cəmiyyəti”nin  və  “Müsəlmanlar  Arasında  Savadlan­
manı  Yayma  Cəmiyyəti”nin  yaradılması  ilə  bağlı  müsəlman 
cəmiyyətinin  Qafqaz  canişininə  xahiş  məktubu  ilə  müraciəti  də 
artıq  milli  həmrəyliyin  işartılarından  xəbər  verirdi.  Habelə,  bu 
dövr,  çar tərəfindən  verilmiş  məşhur islahatlar,  ilk genişmiqyaslı 
erməni-azərbaycanlı  qarşıdurması,  azərbaycanlılar  və  ümumiy­
yətlə,  müsəlmanların  inqilabi  proseslərə  qoşulması,  azərbaycan­
lılar  arasında  ilk  siyasi  partiyaların  yaranması,  milli  düşüncənin 
aktiv şəkildə inkişafı ilə xarakterizə olunur. Bu dirçəliş prosesində 
“Kaspi”, “Həyat” və “İrşad”  qəzetlərinin müstəsna rolu olmuşdur 
ki,  1905-ci ildən sonra qəzet nəşri sahəsində müşahidə edilən inki­
şaf nəticəsində artıq milli düşüncə dini  düşüncəni üstələməkdə idi 
və  Azərbaycan xalqı  arasında başlamış  dirçəlişin  aparıcı  qüvvəsi 
milli burjuaziya və milli ziyalılar idi.
XX  əsrin  əvvəlləri  türklüyün  milliyyət  dövründən  millət 
dövrünə  keçdiyi  bir  dövrdür.  Bununla  bağlı  o  dövrün  əksər 
ziyalılarının  baxışlarını  belə  xülasə  edə  bilərik:  bunlardan 
birincisi,  yəni  milliyyət -   dil,  dini,  irqi,  qövmi,  tarixi,  coğrafi, 
iqtisadi və siyasi  amillərin təsiri ilə hasilə gələn bir mühiti ifadə 
etdiyi  halda,  digəri,  millət -  bu  mühitdə  hasilə  gələn  kollektiv 
bir  iradəni  ifadə  edir.  Başqa  sözlə,  dili,  tarixi,  adətləri,  dini,
87


vətəni  bir  olan  insanlar  bir  milliyyət  təşkil  edirlər,  lakin  bir 
milliyyətin  millət  halına  keçməsi  ümumi  şüur  və  kollektiv 
iradənin  doğmasına  bağlıdır.  Bu  isə  yalnız  “ictimai  hafizə” 
vəzifəsini  görən  orqanın  təşəkkülü  ilə  vücuda  gəlir  ki,  bu  da 
müxtəlif zamanlara  görə  dəyişir.  Məsələn,  M.B.Məmmədzadə 
yazır  ki,  orta  əsrlərdə  bu  vəzifəni  feodal  zümrə  görürdü.  Bu 
zaman  milliyyətin  ictimai  həyatının  və  ənənələrinin  mühafizə­
sində  xan  sarayları  və  cəngavər  qalaları  əhəmiyyətli  rol  oyna­
yırdı.  Zaman  dəyişdikcə  təbii  ki,  bu  orqan  da  dəyişdi.  Burju­
aziyanın  zühuru  ilə  feodalizm  sistemi  dağıldı.  Mənəviyyat 
mərkəzi  qalalardan  şəhərlərə  keçdi.  Şəhərlərdə  yetişən  ziyalı 
zümrə ümumi  şüurun tərbiyə və  iradəsini  təmsil  edən  bir  sinif 
halına  gəldi.  Bu  sinfin  ən  böyük  aləti  mətbuatdır  (63,  s.  23; 
121,  s.  17).  M.Ə.Rəsulzadəyə  də  bu  fikri  təsdiqləyir ki,  danış­
dığı  dildə  ilk  qəzetə  malik  cəmiyyət  artıq  milliyyətdən  millətə 
keçidin  təməlini  qoymuş  olur.  Həyatında  mətbuat  ənənəsinə 
malik  olan  bir  xalq  isə  artıq  təşəkkül  tapmış  bir  millətdir: 
“Milli  şüur  bir  milliyyət  içərisindən  çıxan  rəhbər  zümrənin 
digər zümrə və fərdlərlə  daimi  və üzvi  bir münasibət və ixtilat 
təmin  etməsilə  doğar.  Qəzetlərin  bu  xüsusdakı  rolu  aşkardır” 
(125,  s. 2).
Çarizm  inqilabi  çıxışların  nəticəsində  imzalamağa  məcbur 
olduğu  17  oktyabr manifestində  vəd  edilən  azadlıqlar müvəqqəti 
olsa da, məhz bundan sonra vüsət almışdır.  1905-ci ildən etibarən 
artıq  “milli  dillərdə  qəzet  və  jurnallar  nəşrə  başlayır,  mətbəələr, 
nəşriyyatlar  yaradılır,  yeni  üsullu  məktəblər  açılır,  xeyriyyə  cə­
miyyətləri təşkil edilir, yığıncaqlar, mitinqlər keçirilir və s. və i.” 
(91,  s. 98). Mədəni həyatın hər sahəsində dəyişikliklərin müşahidə 
edildiyi  bu  dövrün  ziyalılar nəsli  zamanın  zəruri  ehtiyacına görə 
universal  tərzdə  fəaliyyət  göstərir,  millətin,  vətənin  tərəqqisi  və 
çiçəklənməsi  naminə  bütün  bilik,  bacarıq  və  istedadlarını  sərf 
edirdilər.  Şeir, nəsr,  dram, mətbuat, publisistika, tənqid, teatr, elm, 
siyasət,  fəlsəfə,  musiqi,  tərcümə,  məktəb,  maarif,  bir  sözlə, 
yaradıcılığın,  ədəbi-mədəni  və  ictimai-siyasi  fəaliyyətin  demək
88


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə