Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə32/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

A.Tağıyev  (xəzinədar)  və  14  nəfərdən,  o  cümlədən  İ.Məlikov, 
M.Muxtarov,  Ə.Həsənov,  Ə.Əhmədov,  İ.Aşurbəyov,  Q.Qara- 
bəyli  və  başqalarından  ibarət  idarə  heyəti,  fəxri  və  ömürlük 
üzvlər  (H.Z.Tağıyev,  M.Nağıyev,  İ.Əsədullayev,  M.Muxtarov, 
Y.  Dadaşov və A.Tağıyev)  seçilmişdilər.  “Nəşri-maarif’in  əsas 
məqsədi  müsəlman  əhalisi  arasında  Azərbaycan  türkcəsində 
savadın  yayılması  idi.  Cəmiyyətin  müxtəlif  bölgələrdə,  hətta 
Azərbaycandan kənarda da şöbələri açılmışdı.  “Nəşri-maarif’in 
təkcə Bakı  şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət 
göstərmişdir.  Cəmiyyət  1907-ci  ildə Bakıda Darülmüəllimin  -  
“İslam”  müsəlman  müəllimlər  seminariyası  açmış  və  İstanbul­
dan  dəvət  olunmuş  Məhəmməd  Cövdət  bəy  seminariyanın 
müdiri  təyin edilmişdir.  Burada M.Mahmudboyov,  F.Ağazadə, 
S.Əbdülrəhmanbəyov,  Y.Əfəndiyev, 
Q.Mirzəzadə  (Qafur 
Rəşad) kimi görkəmli pedaqoqlar çalışmışlar (9,  s.  265).
1906-cı  ildən  mədəni-maarif  fəaliyyətinə  başlamış  “Nicat” 
cəmiyyətinin  əsas məqsədi  azərbaycanlı  əhali  arasında milli  oya­
nışa nail  olmaq üçün maarifi yaymaq,  orta və ali təhsil müəssisə­
lərinin ehtiyacı olan tələbələrinə maddi yardım göstərmək, həmçi­
nin  Azərbaycan  dilinin  və  ədəbiyyatının,  milli  teatr  sənətinin 
inkişafına  kömək  etmək  idi.  Cəmiyyət Bakıda və  onun  ətraf ra­
yonlarında  kitabxana  və  qiraətxanalar,  məktəblər,  savadsızlığı 
ləğv etmək üçün axşam kursları  açır, xeyriyyə məqsədilə konsert- 
gecələr,  ictimai-siyasi  və  elmi-kütləvi  mövzularda  mühazirə  və 
məruzələr təşkil  edir,  Azərbaycan  dilində  qəzet  və  kitab  nəşrinə 
qayğı  və  kömək  göstərirdi.  “Nicat”  cəmiyyətinə  müxtəlif illərdə 
H.Ağayev,  İ.Aşurbəyov,  M.Ə.Rəsulzadə,  Ə.Topçubaşov  sədrlik 
etmişlər.  “Nicat”ın tərkibində  demokratik ziyalılarla yanaşı,  milli 
burjuaziya nümayəndələri də var idi (9, s. 266-267).
Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli 
oyanışında  mühüm  rolu  olmuş  müsəlman  xeyriyyə  cəmiyyət­
lərindən biri  də  “Səadət”  (1907)  idi.  Cəmiyyətin yaranması  və 
fəaliyyətində görkəmli xeyriyyəçi,  maarifpərvər H.Z.Tağıyevin 
böyük  rolu  olmuşdur.  “Səadət”in  əsas  məqsədi  xalqı  maarif­
95


ləndirmək,  onun mədəni  inkişafında özünəməxsusluğunu  qoru­
maq olmuşdur.  Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin 
yenidən  qurulmasına,  təkmilləşdirilməsinə,  onların  yayılma­
sına,  kitabxanalar,  qiraətxanalar  açılmasına  çalışırdı.  1908  ildə 
cəmiyyət tərəfindən  Bakıda  açılmış  “Səadət”  məktəbində  Fər­
had  Ağazadə,  Üzeyir  və  Ceyhun  Hacıbəyli  qardaşları,  Axund 
Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı 
Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b.  müəllimlik 
edirdilər.  Məktəbin  müdiri  Ə.Hüseynzadə  idi.  Cəmiyyətin 
bütün  məktəb  proqramlarına  Qori  seminariyasının  məzunu 
Fərhad  Ağazadə  rəhbərlik  edirdi.  Cəmiyyətin  fəaliyyətində 
mütərəqqi  din  xadimləri  yaxından  iştirak  edirdilər.  “Səadət” 
cəmiyyəti  Azərbaycanın  bir  sıra  şəhərində  məktəb  və  mədrə­
sələr  açmış,  Cənubi  Azərbaycandan  gəlmiş  fəhlələrin  uşaqları 
üçün  Bakıda  “İttihad”,  Tiflisdə  isə  “İttifaq”  məktəbi  təşkil 
etmişdi (9,  s.  331-332).
1912-20  illərdə  Bakıda  fəaliyyət  göstərmiş  “Səfa”  mədəni- 
maarif cəmiyyəti  Cəfər Bünyadzadənin təşəbbüsü,  Seyid Hüseyn 
və  digər  ziyalıların  köməkliyi  ilə  təsis  olunmuşdu.  “Səfa”nın 
məqsədi  baxımsız  uşaqları  təhsilə  cəlb  etmək,  əhalinin  yoxsul 
təbəqəsinə  tibbi  yardım  göstərmək,  xalqın  mədəni  səviyyəsini 
yüksəltməkdən ibarət olmuşdur (9, s. 333).
“Nicat”,  “Nəşr-maarif’,  “Səfa”  kimi  cəmiyyətlərin başında 
duran Ü.Hacıbəyov, Z.Hacıbəyov, H.Q.Sarabski, H.Ərəblinski, 
M.A.Əliyev,  C.Zeynalov,  S.Ruhulla  kimi  görkəmli  teatr  və 
musiqi  xadimləri  xalqın  maarifləndirilməsi  yolunda  çalışır, 
müxtəlif  konsert  və  teatr  tamaşaları,  siyasi  və  elmi  məruzələr 
keçirirdilər.  Bu  dövrdə  Azərbaycan  mədəniyyətinin  ən  sürətlə 
irəliləyən  sahələrindən  biri  teatr  sənəti  idi.  Azərbaycan  dra­
matik teatrı  çox  çətin  şəraitdə fəaliyyət göstərir və  həqiqi  xalq 
sənəti  uğrunda  mübarizə  aparırdı.  Məhz  bu  teatr  milli  opera 
sənətinin  yaranmasında  xüsusi  rol  oynamış  və  ilk  Azərbaycan 
operaları  bu  teatr  ustalarının  qüvvələri  ilə,  bu  teatrların 
səhnələrində qoyulmuşdu.
96


Bu  zaman  Azərbaycan  ictimai  fikrində  maarifçilik  ideyası 
dövrün  tələbi  kimi  xüsusi  yer  tutmuşdur  ki,  Azərbaycanda 
demokratik  maarifçiliyin  yuxarıda  adları  qeyd  edilən  görkəmli 
nümayəndələri  maarifin,  elmin  inkişafı,  milli  mədəniyyətin  for­
malaşması  uğrunda  çalışmış,  cəhalətə,  mövhumata,  köhnə  adət- 
ənənəyə,  dini  xurafat  və  fanatizmə  qarşı  mübarizə  aparmışlar. 
Öz  əksini  həm  də  dövrün  mənəvi-mədəni  həyatında  tapan 
ictimai  fikrin bu əsas ideya istiqamətləri  milli  şüurun oyanması, 
milli  maarif,  ədəbiyyat,  teatr  və  mətbuatın  meydana  gəlməsi, 
inkişafı,  danışıq  dili  ilə  yazılı  dilin  yaxınlaşması  və  milli  ədəbi 
dilin  formalaşması,  dünya  elm  və  mədəniyyətinə  marağın 
artması  prosesində  özünü  göstərirdi.  Bu  prosesdə  şüurlarda 
hökm  sürən əvvəlki ictimai-siyasi,  fəlsəfi-əxlaqi və dini görüşlər 
ciddi dəyişikliyə məruz qalmağa başlamışdı.
Miqyas  baxımından  ictimai  fikir və  onun  əsas  istiqamətləri 
hər  şeydən  əvvəl  öz  ifadəsini  milli  mətbuatda,  birinci  növbədə 
milli  dövri  mətbuatda  tapmışdır.  İctimai  fikrimizin  müxtəlif 
sahələrinin  ifadəsi  kimi  nəşrə  başlayan  və  ideya  istiqamətləri 
müxtəlif  olan  “Əkinçi”  (1875-1877),  “Ziya”  (1879-1880), 
“Ziyayi-Qafqaziyyə”  (1880-1884),  “Kəşkül”  (1883-1891) qəzet­
ləri bağlandıqdan sonra  1903-cü ilədək Azərbaycanda ana dilin­
də  qəzet  və jurnal  buraxılmamışdır.  Bu  müddət  ərzində  Azər­
baycan  mütərəqqi  ziyalılarından  M.Şahtaxtılı,  C.Mehmandarov, 
S.M.Qənizadə,  H.Mahmudbəyov,  N.Nərimanov və  bir çox  baş­
qaları  ana  dilində  qəzet  və  jurnal  nəşr  etmək  haqqında  höku­
mətdən  icazə  almaq  üçün  dəfələrlə  təşəbbüs  göstərsələr  də,  bu 
təşəbbüslər  nəticəsiz  qalmışdır.  Çar  hakim  dairələri  mütərəqqi 
istiqamətli  qəzet  və  jurnal  nəşri  haqqında  verilən  ərizələri 
müxtəlif bəhanələrlə  rədd  etmişdir.  Çünki  çarizm  rus  olmayan 
xalqların  milli  mətbuatının  inkişafına  milli  şüurunun  oyanması 
və milli  hərəkatın genişlənməsi vasitəsi  kimi baxmış,  buna görə 
də ona qarşı qəti mübarizə tədbirlərinə əl atmışdır.
Bu  dövrdə  ana  dilində  dövri  mətbuat  olmadığından  Azər­
baycan  ziyalıları  öz  məqalələrini  rus,  tatar,  fars,  ərəb  və  s.  dil­
97


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə