Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə40/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

yaşayan qəbilələri vahid bir millət bayrağı  altına səsləyən, onların 
gücünü-qüvvəsini birləşdirib bir məqsədə doğru yönəldən, ictimai 
qüsurlan  birlikdə  dəf  etməyə,  milli  çətinlikləri  birlikdə  aradan 
qaldırmağa  çağıran,  ümumxalq  səadətinə  nail  olmaq,  müsibət və 
bədbəxtliklərdən nicat yolları  arayıb  tapmaq üçün hamını  yekdil, 
həmrəy  olmağa  dəvət  edən,  gözəl  yaşayışdan  ibarət  təzə  həyata 
qovuşduran,  vətəndaşlarının  əyinlərinə  istiqlal  paltarı  geydirən 
əsas  vasitədir”  (23,  s.  9-10).  Bu  mövqe  tərəfdarlarına  görə, 
millətin kimliyi onun dilindən başlanırdı və türk xalqları bir-birini 
gərəyincə tanımaq,  sevmək,  öz milli  mənliyini  dərk etmək üçün, 
vahid,  güclü  millətə  çevrilməkdən  ötrü  mütləq  vahid  dildə  -  
ümumtürk  ədəbi  dilində  danışmalıdırlar  (47,  s.  143).  Əhməd 
Cəfəroğlu  İ.Qaspırinskinin  bu  ideal  yolundakı  çalışmalarından 
bəhs  edərək  yazırdı  ki,  “Dildə,  fikirdə,  işdə  birlik!”  şüarı  ilə 
meydana atılan İsmayıl bəyi “...  nə rus missionerləri,  nə də türk- 
rus bolşevikləri türk dili birliyindən dolayı əfv etmədilər,  onu türk 
ölkələrinə  yakıştırmadılar.  İsmayıl  bəyin  böyük  rus  ittihadına 
qarşı  qoyduğu  bu böyük türk birliyi,  onlarca nə qədər zərərli  isə, 
bizcə  o  qədər  əziz  və  o  qədər  hörmətlidir”  (101,  s.  169). 
Y.V.Çəmənzəminli  də  ortaq  türk  dili  məsələsinin  üzərində  ətraflı 
dayanmış, İ.Qaspıranskinin dildə birlik ideyasını təqdir etmiş, hətta 
Rusiya  türklərinin  mədəni  birliyinə,  ilk  növbədə  isə  dil  birliyinə 
nail  olmağın  yolları  barədə  maraqlı  mülahizələr  irəli  sürmüşdür. 
Onun  fikrincə:  “Biz  böyük türk  ailəsinə  mənsubuq.  Tarix,  ənənə, 
dil və adətlər birliyi bizləri birliyə çağırıb’ (90, s.  162).
Türk  kültür birliyi  uğrunda  çalışmış  fikir  adamları  “türklər 
kimdir”,  “türklərin  dünyada  yeri”,  “türkləri  nə  gözləyir”  və  s. 
bu  kimi  taleyüklü  problemlərə  baş  vurublar.  M.Ə.Rəsulzadə 
kimi  azərbaycanlı  ziyalıların  əqidəsi  də  həmişə  türk  kültür 
birliyi  amalına xidmət etmişdir (130,  s.  1-3).  Təbii  ki,  XX əsrə 
kimi türklər çox geniş coğrafi,  siyasi,  mədəni bir diferensiasiya 
prosesi  keçirmişdilər  və  bu  ictimai-siyasi  amillər  onları  bir- 
birindən  fərqləndirmişdi.  Nizami  Cəfərovun  fikrincə,  bu 
diferensiasiya  prosesi  dil  fərqi  ilə  nəticələnmişdi.  Çünki  türk
119


xalqlarının hamısında ictimai,  siyasi, mədəni inkişaf eyni olma­
mışdır.  Bəzi  türk  xalqları  bir  çox  səbəblərdən  müəyyən  sahə­
lərdə  inkişafdan  geri  qalmışlar.  Müxtəlif səbəblərdən  zamanın 
inkişafından  geri  qalmış  türk xalqlarının  geniş  ziyalı  təbəqəsi, 
ideoloqları  yox  idi.  Ancaq  Osmanlı  türkləri,  Azərbaycan  türk­
ləri və nisbətən tatarlar inkişaf xəttinin önündə idilər.  Amma ən 
maraqlı  cəhət  ondan  ibarətdir  ki,  XIX  əsrin  sonlarından başla­
yaraq  artıq  türk  ziyalılarının  -   diferensial  şəkildə  olsalar  da, 
mənəvi  birliyi  yaranmışdı.  Bu  mənəvi  birliyin  qarşısında  çox 
böyük  problemlər var  idi.  Həmin  dövrdə  mütəşəkkillik  kifayət 
qədər deyildi.  Düzdür,  eyni  əqidə və məsləyin  daşıyıcısı  idilər. 
XIX  əsrin  sonlarında türklərin  dünyaya  çıxmaq  imkanları  orta 
əsrlərə  nisbətən  çox  aşağı  idi.  Tarix  sübut  edir  ki,  türklərin 
ictimai-siyasi  səviyyəsi  orta  əsrlərdə  daha  yüksək  olub  (21). 
Türklərin  tarixi  müqəddəratında  dilin  və  dinin  rolundan  bəhs 
edərək M.Ə.Rəsulzadə yazırdı  ki,  onların toplu  halda yaşadıq­
ları  Orta Asiya dövründə  şübhəsiz ki,  aralarında tam bir kültür 
birliyi  vardı.  Bu  müştərəkliyin  müasir  ölçülər  baxımından  nə 
qədər  uyğun  olmasından  asılı  olmayaraq,  hər  halda  yabançı 
təsirlərdən  daha  çox  azadə  idi.  Çünki  türklər  Orta  Asiyada 
hakim  bir  durumda  olduğundan,  təmasda  olduğu  yabançı 
kültürlərin  nə  maddi,  nə  də  mənəvi  təsiri  altına  düşməmişlər 
(130,  s.  1).
Türk  kültürünün  tarixən  böyük  bir  ərazidə  dominantlığı  ilə 
yanaşı,  türkləri birləşdirəcək ideyalar yalnız XIX  əsrin  sonu,  XX 
əsrin əvvəllərində gündəmə gətirilmişdi. Həmin dövrün türkçüləri 
fikir  və  düşüncələrini  İ.Qaspıralının  Krımda  nəşr  etdiyi  “Tərcü­
man”  qəzeti  ilə bəyan  edirdilər.  Türk dünyasının böyük mütəfək­
kiri  Ə.Ağaoğlu  Avropa  parlamentinin  kürsüsündən  sözünü 
deməyə müvəffəq olmuşdur.  Ancaq N.Cəfərov belə hesab edir ki, 
həmin  dövrdə  türklərin  ümumi  güc  potensialı  ilə  müqayisədə 
görülmüş  işlər  qaneedici  deyildi.  Bunun  ardınca  da  bütün 
türklərin inam və güvənc yeri  olan  Osmanlı  imperiyası  çökməyə 
başladı.  Eyni  tarixi  dövrdə  Türkiyənin  qonşuluğunda  vaxtilə  çar
120


Rusiyasının  işğalına  məruz  qalmış  türk  respublikalarında  bolşe- 
vikləşməyə  start  verildi  (21).  M.Ə.Rəsulzadə  hələ  işğalın  ilk 
vaxtlarında yazırdı ki,  sonralar yayıldıqları ərazilərdə hakim möv­
qedə  olduqları  vaxtlarda  da  kültür  birliyini  qorumuşlar.  Yalnız 
hürriyyət və  istiqlaliyyətlərini  itirdikdən  sonra  kültür birliyindən 
uzaqlaşmışlar.  Taleyin  bu  gərdişində  ən  mühüm  qoruyucu  amil 
yenə də dil və din olmuşdur (130, s.  1-2).
Burada  bir  məqam  diqqəti  çəkir  ki,  türklərin  böyük  bir 
hissəsinin bolşevik  əsarətində  qaldığı  dövrdə  Türkiyə  müstəqil 
dövlət  siyasəti yeritsə  də,  türk dil və kültür birliyi  baxımından, 
onlar  da  türk  dünyasından  təcrid  vəziyyətdə  qalmışlar.  İlkin 
dövrlərdə  Türkiyə  digər  türk  respublikaları  ilə  müəyyən 
əlaqələr  qursa  da,  sonradan  bu  bağlantılar  tamamilə  qırıldı. 
Hətta  Sovetlər  Birliyinin  tərkibində  yaşayan  15-ə  qədər  türk 
xalqı  bir-birindən  təcrid  olundu.  Aparılan  ideoloji-siyasi  kurs 
bütün  vasitələrlə  onları  bir-birindən  aralı  salır,  nəyin  bahasına 
olursa-olsun,  bu  xalqların  birliyinin  qarşısını  alırdı.  Kremldən 
yürüdülən  siyasət nəticəsində hər bir türk xalqı  üçün  ayrıca dil 
yaradılırdı  ki,  onlar  bir-biri  ilə  ünsiyyətdə  olmasınlar.  Bunun 
üçün  müxtəlif  üsul  və  vasitələrə  əl  atırdılar  (21).  Türk 
xalqlarının  bir-birini  başa  düşmənləri  üçün  terminologiyanı 
fərqli  etmək,  rus  dili  vasitəsi  ilə  imperiya  xalqlarını  birləş­
dirmək,  bu  və  ya  digər  üsullarla  mənşəyi  məlum  olmayan  bir 
mühit  yaratmaqla  məqsədlərinə  nail  olmaq  istəyirdilər.  Bu 
mənada  M.Ə.Rəsulzadənin  bu  qənaəti  müasir  dövrdə  də 
məntiqi  səslənir  ki,  tarixi  gedişat  nəticəsində  hətta  buddizmin 
və  xristianlığın  hakim  olduğu  ölkələrdə  yayılmış  türklər  də 
əgər  müxtəlif  dinləri  qəbul  etmiş  olsaydılar  aralarındakı 
ortaqlıqdan  az  şey  qalardı.  Lakin  türklərin  95%-nin  islamı  qə­
bul  etmiş  olmaları  bu  böyük  təhlükəni  aradan  qaldırmışdır. 
Nəticədə  bu  gün  türklüyün  tək bir  dili  olduğu  kimi,  tək  də  bir 
dini vardır (130,  s.  2).  Onun fikrincə bu birliyin təmin olunma­
sında  türk  dili  ilə  bərabər,  islam  dini  də  mühafizə  funksiyası 
daşımışdır.
121


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə