fərqlənir. O, “Şəlalə”də dərc etdirdiyi “Asan dil-yeni lisan”,
“Yeni lisançılar və türkçülər”, “Dil - ictimai mühüm bir amil
kimi” məqalələrində (78) bir-biri ilə çarpışmada olan iki qütb
arasında bir sintez yaratmağa müvəffəq olmuşdur. Dilin ictimai
əhəmiyyətini təhlil edərək, onun birləşdirici ictimai bir rol
oynaya bilməsi üçün, xalqın bütün təbəqələri tərəfindən anlaşı
lan formada olması vacibliyini irəli sürən M.Ə.Rəsulzadə hər
iki cərəyanın ifrat tərəflərini rədd edirdi. O, “türk kültür
birliyi”, “türk dil birliyi”, “sadə və təmiz dil uğrunda” tezis
lərini müdafiə etməklə bərabər həm də bu tezislərin əhəmiyyə
tini, mahiyyətini izah edərək xalqa çatdırmağa çalışırdı (130, s.
1-3; 131, s. 1-2). Eləcə də türklüyü bir küll olaraq qəbul edir və
bu küllün də dil üzərində qurulduğunu iddia edirdi. M.Ə.Rəsul
zadə bir yandan hər bir məhəlli şivənin müstəqil dilə çevril
məsini istəmirdi, digər yandan da heç kimin anlamadığı, türk
lüyə o qədər də aidiyyatı olmayan və milli təəssübkeşlik qayğı
sından uzaq olan osmanlıcanın ədəbi dil səviyyəsinə qaldırıl
masını qəbul etmirdi. Onun sadə və təmiz türk dili formasında
ifadə edilmiş tezisi qısa bir müddət ərzində özünə rəğbət
qazandırdı. Geniş xalq kütlələrinin də bundan bəhrələnməsi,
istifadəsi üçün o, tezliklə orta və təmiz türk dili cərəyanını daha
da dərinləşdirdi və bu dildə millətçi bir ədəbiyyatın doğmasına
yol açdı.
Ziyalıların yüzillik dil mübarizələrini qədirşünaslıqla xatır
layır və onların bu müqəddəs amal uğrundakı fəaliyyətlərinin
müasir mədəni dünya tərəfindən də təqdir edildiyini vurğula-
maq istəyirik. Bu gün də dünyada dil - hər bir millətin maddi
və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən
güclü vasitə kimi qəbul edilməkdədir. Dünyanın mədəni ekzo-
tikasının qorunmasına çalışan beynəlxalq təşkilatların rəsmi
sənədlərində də belə bir müddəa təsdiqini tapır ki, hər
bir insan
öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın
mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlən
məsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiy
127