Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə38/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

hafizə”  vəzifəsini  görən  orqanın  təşəkkülü  ilə  vücuda  gəldiyini 
yazır.  Milliyyət  etnik  bir  anlam  ikən,  millət  siyasi  bir  anlamdır. 
Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş 
statik bir varlıqdır;  millət isə bu  statik varlığın  şüurlaşan dinamik 
(fəal)  bir  şəklidir.  Statik  bir  keyfiyyət  ərz  edən  milliyyət 
baxımından  vətən  coğrafi  bir  anlamdır.  Halbuki  şüur və  iradəyə 
malik  olan  millət baxımından vətən,  siyasi  bir  məna  ifadə  edir” 
(137,  s.  19-20).  Milliyyət dövlət olmaq əzmi  göstərdiyi və bunda 
israr etdiyi zaman ancaq millət ola bilər (137, s. 24-25).
Millətin  və  dövlətin  təşəkkülündə  kültürün  roluna  birincilik 
verən  M.B.Məhəmmədzadə bu  fikirdədir  ki,  “milli  dövlət kültür 
yaradıcılığının  ən  yüksək  şəklidir”   O,  milli  dövləti  kültür 
yaradıcılığının zirvəsi hesab  etməklə yanaşı, həm də belə bir tezis 
irəli sürür ki, “milli istiqlala malik olmayan bir millət hürriyyət və 
kültürünü  hifz  edə  bilməz”  (121,  s.  54-55).  Bəşər mədəniyyətini 
milli kültürlər məcmusu hesab edən M.B.Məhəmmədzadəyə görə 
millətlər müstəqil olmadıqca milli mədəniyyətlərini mühafizə edə 
bilməzlər və buna görə də bəşər mədəniyyəti  qüsurlu olar (121,  s. 
54). M.Ə.Rəsulzadəyə görə də “mədəniyyəti-bəşəriyyə millətlərin 
zəhmətlərindən  hasil  olan  bir  yekundur”  (78,  s.  462).  Mədəniy­
yətə belə bir qlobal kontekstdən yanaşan Ə.Ağaoğlu da mədəniy­
yəti həyat tərzi kimi tədqiq edir (95, s. 3-4).
M.F.Axundov,  H.B.Zərdabi,  Ş.C.Əfqani,  İ.Qaspıralı  kimi 
mütəfəkkirlərin əlifba və dilə dair nəzəri irsindən qaynaqlanan bu 
münasibət mövzuya  dair  əksər tədqiqatlarda  özünü  aşkar göstər­
məkdədir. İ.Qaspıralının “Dilsiz adam nə isə,  ədəbi və ümumi  dili 
olmayan  millət  də tamamən  eynidir”  ideyasına  (141,  s.  12)  tapı­
nan və  Ş.C.Əfqaninin “Millətdən kənarda səadət yoxdur,  dilsiz də 
millət ola  bilməz.  Əgər dil  millətin  bütün  sənət və peşə  sahiblə­
rinin  ünsiyyəti  və  istifadəsi  üçün  lazımi  ehtiyacı  təmin  etmirsə, 
onu  dil  adlandırmaq  olmaz”  -   prinsipinin  təsir  dairəsində  olan 
azərbaycanlı ziyalıların yaradıcılığı həmişə bu xətti izləmişdir.
Bu  ziyalıların  kulturoloji  irsində  dəyişməz  bir  mövqe 
müşahidə  olunur  ki,  dil  kültürün  ən  böyük,  ən  başda  gələn
113


ünsürüdür. Bu mövqeyi ümumiləşdirilmiş  şəkildə belə şərh edə 
bilərik ki:  Dil,  kültürün ilk və təməl ünsürü  olduğu  kimi,  digər 
kültür  ünsürlərinin  də  başlıca  daşıyıcısı  və  xəzinəsi  durumun- 
dadır.  Bu mənada millət hər şeydən öncə və daha çox dil birliyi 
deməkdir.  Dil,  kültür  ünsürü  olaraq  milli  birliyi  saxlayır  və 
milli  həyatı  mühafizə  edərkən  bu  vəzifələrə  xidmət  edir. 
Dolayısı  ilə  dil  milli  damğası  ən  bəlli,  aydın  olan  mədəniyyət 
ünsürüdür.  Dil  hər millətin  düşüncə tərzini,  düşüncə  sistemini, 
fəlsəfəsini  əks  etdirir.  Hər  millətin  fəlsəfəsi  dilinin  içindədir. 
Dil  fərdlər  və  nəsillər  arasında  sosial  qohumluq  bağıdır.  Bu 
mənada  dil  fərdlər  arasında  olduğu  kimi,  nəsillər  arasında  da 
milli  bütünlüyü,  kültür birliyini  təmin  edir.  Dil  milli  hafizənin, 
milli  xatirələrin,  duyğu  və  düşüncələrin,  bütün  maddi  və 
mənəvi  dəyərlərin  müştərək  xəzinəsidir,  keçmişdən  gələcəyə 
yüksələn millət həyatının davamlı körpü və nərdivanıdır.
Təəssüflər  olsun  ki,  dilin  təsir  gücündən  insanlığa  zidd 
təbliğatlarda da istifadə olunmuş və işğalçı imperialistlər bütün 
imkanları  ilə  bu  amildən  yararlanmağa  çalışmışlar.  Orta  mək­
təbləri  İngiltərənin  Hindistan  üzərindəki  “kültür  imperializmi 
politikası”nın  tətbiqat  məkanları  hesab  edən  Mahatma  Qandi 
yazırdı  ki,  “Mən  oxuduğum  300  nəfərlik məktəbdə  əldə  edilən 
bilgilər öyrəncilərin özəl bilgi  mülkləri  sayılırdı.  Öyrəncilər bu 
bilgilərini  öz milləti ilə paylaşa bilmirdilər.  ...Mən ingilis  dilin­
də  tərbiyə  aldıqca,  gündən-günə  ailəmlə  mənim  aramda  dərin 
uçurum  yaranırdı.  Çünki  onlar  ingilis  dilini  bilmirdilər  (49). 
Belə  bir  mənəvi  işğal  təhlükəsinin  mövcudluğunu  xatırladan 
M.Ə.Rəsulzadə isə yazırdı ki:  “Bir milliyyəti məhv edib  aradan 
götürmək  qəsdində  olan  siyasilər  də  əsl  bunun  üçündür  ki, 
assimilyasiya  əməliyyatı  icra  edərkən  ən  birinci  fikirlərini  dilə 
verər  və  ən  əvvəl  bir  millətin  dilini  yaddan  çıxarmağa  səy 
edərlər”  (78,  s.  476).
Bu mənada türk dil birliyi  ideyasını  əngəlləyən və ya bəlkə 
də  müəyyən  mənada  ona təkan verən,  sürətləndirən  amillər  də 
nəzərdən  qaçırılmamalıdır.  Belə  ki,  hələ  vaxtilə  Kazan
114


universitetinin  türk  ləhcələri  və  ilahiyyat  üzrə  professoru 
Nikoloy  İlminski rus dilinin öyrədilməsi və xristianlığın təbliği 
yolu  ilə  Rus  hakimiyyəti  altında  yaşayan  qeyri-millətlərin 
ruslaşdırılması  ideyasını  irəli  sürmüş  və  bunun  Rus  hökumət 
dairələri  tərəfindən  qəbul  edilməsinə  nail  olmuşdur.  Xüsusilə 
də,  maarif  naziri  D.A.Tolstov  bu  ideyanın  bütün  müsəlman 
türk  ölkələrində,  əsasən  Türkistanda  tətbiq  edilməsinə  qərar 
verərək  məsələni  çar  II  Aleksandra  bildirmişdir.  Bununla  da 
çar  hökuməti  1870-ci  ildə  İlminski  metodunun  rus  maarif 
nazirliyi  tərəfindən  qəbul  edildiyini  və  rus  olmayan  millətlərin 
yaşadığı  bölgələrdə tətbiq  ediləcəyini  elan  etdi.  Hökumətin  bu 
qərarını  təbliğ  edərkən  Tolstov belə  deyirdi:  “Ana vətənimizin 
sərhədləri  daxilində  yaşamaqda  olan  bütün  yabançı  millətlərin 
təhsili,  onları  qeydsiz,  şərtsiz  ruslaşdırma  və  rus  xalqı  ilə 
qaynayıb-qarışdırma hədəfini güdməlidir”  (141,  s.  28).
“İslam  dini  var olduqca rus hərflərinin  ərəb  əlifbasına qarşı 
savaşı  güc  olacaqdır”  (122,  s.  167) tezisini  irəli  sürən  İlminski 
25  may  1876-cı  ildə  rus  əlifbasının  müsəlman türklərinin  ayrı- 
ayrı ləhcələrinə uyğunlaşdırılmasını təklif etmişdir. Bununla da 
kifayətlənməyən  İlminski  “müştərək  bir  türk-tatar  dili  yerinə, 
hər bir boy üçün boy  şivəsinin  ana  dili  olaraq  qəbul  etdirilmə­
sini”^ !   s.  29)  və  nəyin  bahasına  olursa  olsun  islamiyyətin 
Rusiyada  ortadan  qaldırılması  vacibliyini  sübut etməyə  çalışır­
dı.  Bunun  türklük  və  islamiyyət  üçün  nə  dərəcədə  təhlükəli 
olduğunu  bildirməkdən  ötrü  təkcə bir  faktı  göstərmək  kifayət­
dir  ki,  İlminski  metodunun  tətbiq  edildiyi  məktəblərdə  (XIX 
əsrin II yarısında) yüz min müsəlman uşağına xristianlıq qəbul 
etdirilmişdir.  Lakin,  bunların  əksəriyyəti  formal  olaraq xristian 
(ortodoks)  idi  və  faktiki  olaraq  müsəlmanlığı  buraxmamışdı. 
Bu  insanlar  ilk  fürsətdə,  yəni  çarlıq  hökumətinin  son  illərində 
din dəyişdirmək (din azadlığı) barəsində yaratdığı  sərbəstlikdən 
istifadə edərək ortodoksluğu atmışdılar (141,  s.  31).
Bu  metodun  mənfur  mahiyyəti  sonrakı  dövrlərdə  də  özünü 
çılpaqlığı  ilə  göstərir.  Çarizm  irticasının  şiddətləndiyi  dövr­
115


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə