Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə34/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

“Türkləşmək,  islamlaşmaq,  avropalaşmaq”  düsturunu  ortaya 
qoymuşdur.  Mahiyyətində  “laiqləşmə  olmadan  modernləşməni 
təmsil  edən”  bu  şüar Ə.Hüseynzadə tərəfindən “Füyuzat”  səhi­
fələrində açıqlandı.  “ 1906-cı  ildə  qurulan bu ədəbi-sənət dərgi- 
si  yüksək  səviyyəsi,  geniş  çərçivəsi  və  İstanbulda  nəşr  edilən 
məşhur  “Servet-i  Fünun”  ilə  qarşılaşdırıla  bilən  keyfiyyəti  ilə 
digərlərindən  fərqli  idi”  (145,  s.  88-89).  Məlum  ədəbi  dil 
mübahisələri istisna olunarsa, “Füyuzat” jurnalının Azərbaycan 
milli-mədəni həyatında, türkçülüyün təbliğində, milli həmrəyli­
yin  və  milli  şüurun  formalaşmasındakı  müstəsna  rolu  Ə.Hü- 
seynzadənin  həm  tərəfdarları,  həm  də  opponentləri  tərəfindən 
qeyd edilməkdədir.
Haqqında  danışılan  mətbuat  orqanlarından  sonra  Azərbay­
can ictimai fikrinə fərqli  mövqelərdən təsir göstərmiş “Rəhbər” 
və  “Bəhlül”  (1906),  “Təkamül”  (1907),  “Tazə  Həyat”  (1907­
1908),  “İttifaq”  (1908-1909),  “Zənbur”  (1901-1910),  “Səda”, 
“Sədayi  Vətən”,  “Sədayi  Haqq”,  “Sədayi  Qafqaz”  (1908­
1916), “Həqiqət”, “Günəş”, “Yeni Həqiqət”, “Məlumat”, “Yeni 
İrşad”,  “Yeni Füyuzat”,  “Hilal”,  “Nicat”,  “İqbal”, “Yeni İqbal” 
(1909-1917)  kimi  gündəlik  qəzet,  ədəbi  və  satirik jurnallar  da 
işıq üzü görmışdır (116).
Cümhuriyyətə  qədərki  mətbuat  orqanları  içərisində  milli 
kimliyi  və  milli  birliyi  açıqlığı  və  kəskinliyi  ilə  ortaya  qoyan 
“Açıq  söz”  (1915-1918)  həm  də  “istiqlal  davasının  ələmdarı” 
olmuşdur.  Bu  səbəbə görə  1918-ci il  qırğını zamanı bolşeviklər 
bu  qəzetin  idarəsini  də,  mətbəəsini  də yandırmışdılar.  Həftəlik 
“Bəsirət”  (1914-1920),  “Füyuzat”  ənənəsini  davam  etdirən 
“Şəlalə”  (1913-1914),  milliyyət  prinsiplərini  yayan  “Dirilik” 
(1914-1916),  elmi,  ədəbi  və  tərbiyəvi  “Məktəb”  (1911-1920) 
və  eyni  xarakterdə  olan  “Qurtuluş”  kimi jurnalların  hər birinin 
Azərbaycanın  mədəni  həyatında  müəyyən  rolu  olmuşdur. 
“Molla Nəsrəddin”  qədər  olmasa  belə,  “Tuti”,  “Babayi  Əmir” 
və “Məzəli” kimi  satirik və tənqidi jurnallar da müəyyən oxucu 
auditoriyasına  malik  idi.  Azərbaycan  Xalq  Cümhuriyyəti  döv­
101


ründə  isə  aşağıdakı  mətbuat  orqanları  nəşr  edilmişdir:  “Azər­
baycan”  (1918-1920)  qəzeti,  “Azərbaycan Hökumətinin  Əxba- 
rı”  (1918-1920),  “İttihad”  (İttihadi  İslam  Partiyasının  orqanı), 
“İl”  (Əhrar  Partiyasının  orqanı),  “Doğru  yol”  (Menşevik 
Sosialistlərin orqanı), “Xalqçı”  (Azərbaycan Xalqçı  Sosialistlər 
Partiyasının  orqanı),  “Al  bayraq”  (Müstəqil  Sosialistlərin 
orqanı),  “Xalq  sözü”  (Müstəqil  milliyyətçi  mühərrirlərin 
orqanı),  “Evraqi  Nəfisə”  (sənət  dərgisi),  “Zəhmət  Həyatı”  və 
“Qurtuluş  yolu”  (kooperativçilər  dərgisi),  “Mədəniyyət  Məc­
muəsi” 
(milliyyətçi 
münəvvərlərin 
dərgisi), 
“Müsavat” 
(“Müsavat”  Partiyasının  orqanı)  və  “İstiqlal”  (eyni  partiyanın 
orqanı) (116,  s.  9-10).
Qabaqcıl dünya təcrübəsini mənimsəməyə çalışan Azərbay­
can  ziyalıları  “maarifin  və  mədəniyyətin  ən  birinci  vasitəsinin 
kitab  və  qəzetlər  -   mətbuatdır”  fikrində  həmrəy  idilər  ki, 
bunların  inkişafını  da  mətbəələrsiz  təsəvvür  etmək  olmaz. 
Ö.F.Nemanzadə yazırdı ki,  “hər millətin mədəniyyət və qüvvəti 
mətbəələrin sayı ilə mütənasibdir.  Yəni mətbəəsi,  mətbuatı  çox 
olan  millətlərin  sərvət  və  qüvvətləri  də  çoxdur.  Əks  halda 
mətbuatı yox və ya az olan millətlərin mədəniyyət və gücləri  də 
yox hökmündədir”.  Cəmiyyətdə ümumi  dil birliyinin formalaş­
ması  da yenə  mətbəə  və  mətbuata  bağlıdır.  Çünki  “mətbəə  və 
mətbuatı  olmayan  millətin  dili  yox  hökmündədir.  Dili  olma­
yanın  da  mövcudiyyəti  yox  deməkdir”  (13,  s.  410).  “Açıq 
söz”ün  1915-ci  il  25  oktyabr  nömrəsində  Hüseyn  Cavid  də 
bənzər  fikirlərlə  çıxış  edtmişdir:  “Ədəbiyyat,  bir  millətdəki 
əhvali-ruhiyyənin  inikası  deməkdir.  Gələcək  nasıl  isə,  şimdiki 
ədəbiyyat  və  fəlsəfənin  təsir  və  nüfuzuna  qapılır  və  heç  bir 
dürlü də qurtuluş imkanı bulamaz.  (...) Ruhanilər və hakimlərin 
korluq  və  bəcəriksizliyi  də  təsirsiz  deyil,  amma  eyicə  diqqət 
buyurulsa  ən  mühüm  səbəb,  yenə  ədəbiyyat  və  mətbuatdır” 
(13,  s.  576).
Azərbaycan ziyalılarının mədəni  tərəqqi və milli  həmrəylik 
yolunda  mətbuatın  dəyərini  belə vahid  mövqedən təqdir  etmə­
102


ləri,  mətbəələrin  yaradılmasının  və  beləliklə  kitab,  qəzet  və 
jurnal  çapının  zəruriliyini  qarşıya  bir  problem  kimi  qoymaları 
1905-ci  ildən  sonrakı  mədəni  sıçrayışın  əsas  səbəblərindən biri 
idi.  Lakin təəssüflər  olsun  ki,  bir müddət  sonra baş  verən  icti­
mai-siyasi  hadisələr bu mədəni tərəqqi və həmrəylik prosesinin 
eyni  axarla  davam  etməsini  əngəllədi  və  çarizmin  siyasi 
təzyiqləri artmağa başladı.
Çarizmin  qadağaları  mədəni-maarif  fəaliyyətlərinin  qarşı­
sında  da  böyük  maneələr  yaratdı.  “Daxili  İşlər  Nazirliyi  bəzi 
təlimatlarla  müsəlmanların  cəmiyyət  fəaliyyətlərini  əngəlləyir- 
di.  II Dumada “müsəlman Fraksiyası”na sədrlik edən Ə.B.Top- 
çubaşov  çarın  Dumanı  dağıtmasına  protest  məqsədilə  qələmə 
aldığı  “Vıborq  Bəyənnaməsi”nə  imza  atdığı  üçün  həbs  edildi. 
Bu təzyiqlərə dözə bilməyən Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Yusuf 
Akçura kimi türk ziyalıları  Türkiyəyə qaçmaq məcburiyyətində 
qaldılar.  Bakıda  da  türk  ziyalılarını  həbs  və  sürgün  bir  xeyli 
artmışdı.  Yuxarıda  adı  çəkilən  dərnəklərin  bir  çoxu  qapadıldı” 
(104,  s.  133).
Lakin bütün bu  qadağalara baxmayaraq xalqın  düşüncəsin­
də yaranmış  həmrəylik  hissləri  getdikcə  milli  şüur səviyyəsinə 
istiqamət alırdı.  Ağır  şəraitdə  çalışmaq məcburiyyətində  qalsa­
lar  da  ziyalılar  xeyriyyə  cəmiyyətləri,  təhsil,  teatr,  sənət 
dərnəklərindəki  fəaliyyətlərini  davam  etdirməkdə  qərarlı  idilər. 
Bu  mədəni  canlanmanın  rəmzilərindən  biri  də  1908-ci  ildə 
“Leyli  və  Məcnun”  operası  ilə  yeni  bir  mədəniyyət  faktının 
yaranması  oldu.  Zəngin  azərbaycanlıların  maliyyə  dəstəyindən 
də  yararlanan  Azərbaycan  mətbuat  orqanlarından  bəzisi 
“gerçək  mətbuat  kralları”  halına  gəlmişdi.  Milli  fəaliyyətlərə 
hər vasitə  ilə  dəstək  duran  H.Z.Tağıyev  “Kaspi”  və  “Həyat”la 
yanaşı  “Füyuzat”  və  daha  sonra  çıxan  gündəlik  “Təzə  xəbər”i 
də  maliyyələşdirirdi.  İsa  Aşurbəyli  bəzi  hümmətçi  nəşrlərlə 
yanaşı  müstəqil  “İrşad”ı  və  daha  sonra  “Şəlalə”  ədəbiyyat 
jurnalını  maliyyələşdirirdi.  Murtuza  Muxtarov  isə  gündəlik 
“Tərəqqi”yə  maddi  dəstək  dururdu.  Qismən  də  olsa  “mətbuat
103


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə