Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə36/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

Dil və kültür birliyi
Dünyanın bir çox  elm,  mədəniyyət və  siyasət xadimləri  dil 
və kültür birliyini milli  şüurun və özünüdərkin əsas amili  hesab 
etmişlər.  Həyatlarını  Azərbaycanın mədəni tərəqqisinə və milli 
istiqlal  ideyaları  uğrunda  mübarizəyə  həsr  etmiş  ziyalılar  da 
xalqın  bu  ideallar  ətrafında  birləşməsinin,  bu  idealların  məf­
kurə halına gətirilməsinin,  milli  şəxsiyyətin formalaşması  üçün 
mənəvi-ruhi  birliyin  vacib  və  mühüm  şərt  olduğunu  bildir­
mişlər.  Bu  mənada  onlar,  dil  və  kültür  birliyi  anlayışı  altında 
bir  xalqın  ruhi  və  mənəvi  dəyərlərinin  məcmusunu  ifadə 
etmişlər.
Tarixi  təcrübə  bizə  bunu  diktə  edir  ki,  milləti  meydana 
gətirən ünsürlər içərisində kültür birliyi və bütünlüyü ən önəmli 
yer  tutur.  Çünki  bir  millətin  kültürü,  onun  milli  tarixindən 
qopub gələn uluların mirası və maddi varlığının, inanc və əxlaq 
ucalığının,  dil  və  sənət  zənginliyinin,  adət-ənənələrinin  yarat­
dığı  ortaq bir dəyərlər toplusudur.  Ona görə  də bir millətin var 
ola  bilməsi,  dünya  millətlərinə  varlığını  qəbul  etdirə  bilməsi 
üçün,  həmin millət mədəni dəyərlərini  elmi  şəkildə araşdırmaq, 
tanıtmaq,  yaradıcı  şəkildə  yanaşaraq  inkişaf  etdirmək  məcbu­
riyyətindədir.
Mövzuya  bu  kontekstdən  baxıldıqda,  belə  bir  həqiqət 
ortaya  çıxır  ki,  milli  varlığın,  milli  birliyin,  milli  kültürün  ən 
davamlı  daşıyıcısı  dildir.  Dil  deyərkən,  ilk  növbədə  nəinki 
tərkib  hissəsi  olduğu  kültür  və  mədəniyyət,  həm  də  məhz 
məxsus olduğu millət göz önünə gəlir. Milliyyətin təyinində ən 
mühüm  amil  olması  səbəbindəndir  ki,  dillə  millət  məfhumları 
çox  vaxt  eyni  anlamda  qavranılır.  Bu  prinsip,  demək  olar  ki, 
bütün  sosioloq,  kulturoloq  və  digər  fikir  adamları  tərəfindən 
mənimsənilmişdir.  Dil  birliyi  təmin  edilməyən  bir  cəmiyyətdə 
milli  kimlik  və  milli  şəxsiyyət  axtarışı  da  mənasızdır.  Bir 
toplumun  kültürünün  inkişafı  baxımından  dilin  əhəmiyyətini 
danmaq  və  ya  kiçiltmək,  lazımi  qiyməti  əsirgəmək  həqiqəti
107


inkar etməkdən başqa bir  şey  deyildir.  Dolayısı  ilə bir millətin 
dilində  anarxiya  yaratmaq,  qarışıqlıq  salmaq  -   o  millətə  qarşı 
işlənən cinayət deməkdir.
Dünya elmi fikrinin qənaətləri də təsdiqləyir ki,  dil  daim bir 
millətin  təməlini  təşkil  edir.  Bu  nöqtədə  dil,  kültür  və  millət 
məfhumları  ilə  birləşməkdədir.  Yəni  dil,  kültür  və  millət  bir 
bütündür ki, bir-biri ilə tamamilə qaynayıb-qarışmış, birləşmiş­
dir.  Bu  tarixi,  sosial  və  kulturoloji  gerçəklik  dilin  dəyərini 
ortaya qoymaqdadır. Bu da bir reallıqdır ki, dil tarixən müxtəlif 
şərt  və  amillərin  təsiri  altında  meydana  gəlmişdir.  Yəni  dil, 
cəmiyyətin  mahiyyət və  strukturundan  doğmuş,  cəmiyyətə xas 
olan başlıca bir kültür ünsürüdür. Hər hansı bir toplumun dilini 
soysuzlaşdırmaq,  degenerasiya  etmək  -   həmin  toplumu  bütün 
varlığı ilə ortadan qaldırmaq deməkdir.
Çağdaş  kulturoloji  fikrin  ortaya  qoyduğu  qənaətlərə  görə 
dil birliyi  o zaman təmin edilə bilər ki,  ayrı-ayrı fərdlərin dilin­
dən  təşəkkül  tapmış  milli  dilin  mühafizəsi  və  zənginləşməsi 
üçün zəruri  olan hər şey edilsin (23,  s.  11).  Milli varlığın təmə­
lini  milli  şüurda və  milli  birlikdə  görən  Atatürk  də  eyni  möv­
qedən çıxış edərək deyirdi  ki,  “milli  mənliyi  olmayan millətlər 
başqa millətlərin ovudur”  (54,  s.  122-125).  Eyni yanaşmanı biz 
Həsən bəy  Zərdabidən üzü bəri  əksər Azərbaycan  ziyalılarının 
baxışlarında da izləyirik.  Əli bəy Hüseynzadə də vaxtilə yazırdı 
ki,  “elm  və  maarifin  xalq  tərəfindən  mənimsənilməsi  üçün, 
millət gərək öz  dilində təhsil  alsın,  millət dilinin  qədrini  bilsin 
və  onun  tərəqqisinə  çalışsın”  (40,  s.  69).  Türk  “dil  və  kültür 
birliyi”  ideyasını  təbliğ  etmiş  ziyalılar  Azərbaycan  türkcəsini 
böyük və vahid türk dilinin bir qolu hesab etmişlər.
Dilin  milli  varlığın  mühafizəsindəki  roluna  dair  dünya 
xalqlarının  mütəfəkkirləri  də  çoxsaylı  əsərlər  yazmış,  zəngin 
elmi-nəzəri  irs  qoyub  getmişlər.  Onların  dil,  kültür,  millət 
məfhumlarının  mahiyyəti  haqqında gəldikləri  qənaət və yekdil 
fikir  budur  ki,  dil  hər  bir  milli  mədəniyyətin  canı,  cövhəridir. 
Dil  milli  mədəniyyətin ən mühüm və davamlı  daşıyıcısıdır.  Dil
108


milliyyətin təyinində başlıca amildir.  Çox vaxt ana dili  kimi  də 
adlandırdığımız  milli  dil  xalqın  ruhu,  psixologiyası  və  mənəvi 
dünyasıdır  (4,  s.  3).  Ümumiyyətlə,  dilin  xalqın  davranış  və 
yaşam  tərzi  ilə  bağlılığını  tədqiq  edən  dilçilik  məktəblərinin 
əksər  nümayəndələri  bu  qənaətdədirlər  ki,  dil  xalq  ruhunun 
xarici  təzahürüdür,  mənəvi  sərvətidir,  elə  bir  güzgüdür  ki, 
xalqın  tarixi,  dünyabaxışı,  adət  və  ənənəsi  öz  əksini  həmin 
güzgüdə tapır.
Kulturoloji  tədqiqatlarda  da  dilin  ictimai,  sosial  mahiyyə­
tinə  dair  saysız-hesabsız  fikirlər  söylənilmişdir.  Bu  araşdırma­
ların  müəlliflərindən  bir  qismi  hesab  edir  ki,  dil  və  kültür 
problemi  istər  kulturologiyada,  istərsə  də  dilçilikdə  hələ  tam 
həll  olunmamış  məsələlərdəndir.  Ona  görə  də  dillə  kültürün 
digər ünsürlərinin  qarşılıqlı  əlaqəsi  və nisbəti  problemi  alimlər 
tərəfindən  müxtəlif  səviyyələrdə  işlənmişdir.  Buna  səbəb  dil, 
kültür və mədəniyyətin mahiyyətinin fərqli  şəkildə qavranılma- 
sıdır (86,  s.  34-35).  Lakin dilin ictimai-siyasi təhlili problemin­
də  alimlər bir-biri ilə nə qədər fikir mübahisələrində olsalar da, 
dilin milli-tarixi  və pedaqoji  mahiyyəti  ilə bağlı  onlar arasında 
elə bir ciddi fikir ayrılığı olmamışdır (89,  s.  113).
Bir  qisim  dilçilərdən  fərqli  olaraq  Uşinski,  dillə  təfəkkürün 
vəhdətdə  olduğunu  göstərir və  dilin  statik  deyil,  dinamik  oldu­
ğunu təsdiqləyir.  O, milli tarix və milli psixologiya ilə bağlı  olan 
dili tarixən təşəkkül tapan və inkişaf edən bir hadisə kimi təqdim 
edir (89,  s.  113).  Ə.Ağaoğlu da bir kültür ünsürü kimi dilin dina­
mik olduğunu  qeyd  edir.  “Üç  mədəniyyət”  əsərində bir millətin 
tarixində  ən  sağlam  və  dəyişməyən ünsürün  dil  olduğunu,  dilin 
əslini dəyişdirmədən inkişaf etdiyini yazır.  O, “Əcəba bir millət­
də dəyişməyən,  ölümsüz,  müqəddər bir özəllik, bir özlük vardır­
mı?”  -   sualını  cavablandırarkən  mədəniyyətin  heç  bir  ünsürü­
nün, o cümlədən dinin də dəyişməz olmadığını bildirir:  “Tarixin­
də dinini  ən azı iki kərə dəyişməyən hansı millət vardır?”  (95,  s. 
14).  Dil  və  din  məfhumlarının  müqayisəli  təhlilində  Ə.Ağaoğlu 
eynən  S.C.Əfqani və M.Ə.Rəsulzadə mövqeyində durur. Habelə
109


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə