Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə31/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

Mövcud qadağa və əngəllərə baxmayaraq artıq əsrin əvvəllə­
rində milli kapital sahiblərinin vəsaiti hesabına nəşr olunan dövri 
mətbuat  səhifələrində  milli  oyanışa,  maarifçiliyə  və  xeyriyyə 
təşkilatlarının  yaradılmasına  çağıran  məqalə  və  yazılar  dərc 
olunurdu.  1905-ci  il  hadisələri  xalqın  azadlıq  mübarizəsinin 
böyük  sıçrayışına  kömək  etmiş,  cəmiyyətin  bütün  təbəqələrinin 
siyasi  fəallığı,  ümummilli  tələblərin  irəli  sürülməsi,  xalqın  əsas 
baxışlarının  və  mənafelərinin  ifadəsi  üçün  obyektiv  şərait 
yaranmışdı.  Cəmiyyətdə  siyasi  və  maarifçilik  həyatının  geniş 
vüsət  almasında  Rusiya  və  Avropanın  ali  məktəblərində  təhsil 
almış  Azərbaycan  ziyalıları  ilə  iri  milli  sahibkarlar  arasındakı 
həmrəylik çox mühüm rol oynamışdır (84,  s.  36).
Qarşıdan  gözlənilən  islahatlara  böyük  ümidlər  bəsləyən 
Azərbaycan  ideoloqları  bu  islahatlarda  öz  əksini  tapmalı  olan 
problemlərdən  yazırdılar.  Onlar  yerli  əhalinin  dövlət  idarəetmə 
orqanlarında  təmsilçiliyinin  genişləndirilməsi  məsələsini  qətiy­
yətlə  qoyurdular.  Müntəzəm  olaraq  dövri  mətbuat  səhifələrində 
milli  mədəniyyətin  vəziyyəti  haqqında  tənqidi  materiallar  dərc 
olunurdu  ki,  bunların  bir  qismində  müsəlmanları  şəriət 
qaydalarına  əməl  etməyə,  lakin  eyni  zamanda  Avropa  xalqları 
mədəniyyətinin ən yaxşı  ənənələrini mənimsəməyə də  çağırışlar 
yer alırdı.
Xalqın  başına  gələn  bəlaların  bir  qisminin  məhz  nadanlıq­
dan  doğduğunu  sərt  şəkildə  qələmə  alan  ziyalıları  mədəni 
cəhətdən  geri  qaldıqlarına  görə  ilk  növbədə  müsəlmanların 
özlərini  günahlandırırdılar.  Ə.Ağaoğlu,  Ə.Topçubaşov,  Ə.Hü- 
seynzadə  kimi  ziyalılar  xalqın  milli  oyanışı  və  özünüdərki 
yolunda  bütün  mümkün  sivil  vasitələrdən  istifadə  etməyə 
çalışırdılar (84,  s.  37).
Azərbaycanın demokratik fikirli bütün ziyalıları,  o  cümlədən, 
H.Zərdabi,  S.M.Qənizadə,  H.Mahmudbəyov,  M.Mahmudbəyov, 
Ə.B.Hüsynzadə, Ə.Ağaoğlu,  Ə.B.Topçubaşov, F.Köçərli, N.Nəri- 
manov,  M.Ə.Rəsulzadə,  R.Əfəndiyev,  Ü.Hacıbəyov,  S.S.Axund- 
ov,  C.Məmmədquluzadə,  M.Şahtaxtılı,  M.T.Sidqi,  M.Ə.Sabir,
92


A.Səhhət,  A.Şaiq,  Ö.F.Nemanzadə,  Ə.Nəzmi,  E.Sultanov  və 
başqaları  xalq  maarifi  sahəsində  böyük  ictimai-siyasi  və  elmi 
əhəmiyyət  kəsb  edən,  xalq  üçün  çox  səmərə  verən  faydalı  işlər 
görmüşlər.  Bunlar  içərisində  məktəb  şəbəkələrinin  genişləndiril­
məsi,  yeni  məktəblərin  açılması,  elmin  demokratikləşdirilməsi, 
ana  dilində  təlim,  dərs  kitablan  və  tədris  proqramlarının  tərtib 
edilməsi  məsələləri  ön planda dururdu (69,  s.  30).  Ziyalılar tədris 
və təlim işi  aparmaqla yanaşı,  ciddi çətinliklərə, məhrumiyyətlərə 
baxmayaraq,  qiraətxanalar,  kitabxanalar  yaradır,  həvəskar  gənc­
ləri, tələbələri öz ətrafında toplayaraq teatr tamaşaları verir, müha­
zirələr  təşkil  edir,  cəhaləti,  geriliyi,  ətaləti  tənqid  atəşinə  tutan 
bədii  əsərlər  yaradır,  milli  ədəbi  dilin,  ədəbiyyatın,  mətbuatın, 
teatrın inkişafı uğrunda yorulmadan mübarizə apanrdılar.
Nəhayət,  Bakı  Xeyriyyə  Cəmiyyəti  nizamnaməsinin  baxıl­
maq  üçün  Ə.M.Topçubaşov  tərəfindən  1905-ci  ilin  iyulunda 
canişinə təqdim olunmuş layihəsi  oktyabrda təsdiq edildi.  Xey­
riyyə Cəmiyyətinin açılmasına razılıq  1905-ci  ilin axırlarında -  
1906-cı  ilin  əvvəllərində  alındı  (84,  s.  37-38).  Azərbaycanda 
mədəni-maarif və  sosial  yardım  sahələrində  fəaliyyət  göstərən 
ilk  könüllü  ictimai  qurum  kimi  “Bakı  müsəlman  xeyriyyə 
cəmiyyəti”nin  (BMXC)  nizamnaməsi  1905-ci  il  oktyabrın  10- 
da Qafqaz canişini  qraf İ.İ.Vorontsov-Daşkov tərəfındən təsdiq 
edilmişdi.  Cəmiyyətin  təşkilinin  təşəbbüsçüləri  H.Z.Tağıyev, 
H.Zərdabi,  Ə.Topçubaşov,  Ə.Ağayev,  Ə.Hüseynzadə və b.  idi. 
Cəmiyyətlərin  yaradılmasından  məqsəd ziyarətə  gedən,  müali­
cəyə  ehtiyacı  olan  qocalara,  əmək  qabiliyyətini  itirmiş  imkan­
sız müsəlmanlara,  şagird və tələbələrə kömək göstərmək, zəruri 
hallarda,  maliyyə  yardımı  etmək  və  s.  idi.  Maddi  yardımla 
yanaşı,  əhalini  maarifləndirmək  məqsədilə  məktəb  və  kurslar 
açan  xeyriyyə  cəmiyyətləri  də  yaranırdı.  Bakıda  1906-07-ci 
illərdə bir-birinin ardınca “Nəşri-maarif’, “Nicat”, “Səadət” və s. 
xeyriyyə  cəmiyyətləri  fəaliyyətə  başlamışdı.  Bu  cəmiyyətlərin 
nizamnamələri  oxşar  olsa  da,  fəaliyyət  yönlərinə  görə 
fərqlənirdilər.  Bu cəmiyyətlərdə təhsil  almış bəzi mütəxəssislər
93


ictimai-siyasi  fəaliyyətlə  məşğul  olmuş,  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  iqtisadi-mədəni  həyatında  yaxından  iştirak 
etmişlər (9, s.  230).
BMXC-nin  ideya  istiqamətini  H.B.Zərdabi  və  onun  həm­
fikirləri  müəyyənləşdirirdi.  Cəmiyyət  əvvəllər,  başlıca  olaraq, 
Bakıda  və  onun  ətrafında  fəaliyyət  göstərirdi.  Birinci  dünya 
müharibəsi  (1914-18)  illərində  öz  nizamnaməsində  bəzi  dəyi­
şiklik  edərək,  geniş  fəaliyyət  göstərmiş,  Qafqaz  cəbhəsindən 
qaçqın  düşənlərə,  yetim uşaqlara,  əsir  düşmüş  türk  əsgərlərinə 
yardım  etmişdir.  “Qafqaz  cəbhəsində  qaçqınların  yerləş­
dirilməsi  üzrə  baş  müvəkkilliyin”  nəzdində  BMXC-nin  baş 
müvəkkili var idi. Bu vəzifə Xosrov Paşa bəy  Sultanova həvalə 
olunmuşdu.  BMXC  Azərbaycanın  ictimai-siyasi,  sosial  və 
mədəni həyatında əhəmiyyətli rol  oynamışdır (8,  s. 228).
“Bakı  şəhər  və  xalq  məktəblərinin  şagirdlərinə  yardım 
cəmiyyəti”nin  qeyri-hökumət  xeyriyyə  təşkilatı  kimi  (1907) 
yaradılmasında  məqsəd  Bakı  şəhər  və  xalq  məktəblərinin  ehti­
yacı  olan  şagirdlərini  geyim,  yemək  və  mənzillə  təmin  etmək, 
onlara tibbi  yardım  göstərmək,  valideynləri  işdə  olan  şagirdləri 
gündüzlər  sığınacaqla təmin  etmək  idi  (8,  s.  237).  Qeyri-höku­
mət humanitar qurumu  olan “Gəncə  müsəlman xeyriyyə cəmiy­
yəti”  isə  Ələkbər  bəy  Rəfibəylinin  təşəbbüsü  ilə  yaradılmışdı 
(1906)  ki,  (8,  s.  394-395)  bu  cəmiyyət  də  Azərbaycan  mədəni- 
ictimai həyatında mühüm rolu olmuşdur.
Azərbaycanda  mədəni-maarif  işləri  sahəsində  fəaliyyət 
göstərmiş  xeyriyyə  cəmiyyəti  “Nəşri-maarif’  öz  fəaliyyətinin 
ilk  mərhələsində  “Bakı  quberniyası  müsəlman  əhalisi  arasında 
savadı  artıran cəmiyyət”  də adlandırılırdı.  Təsisçiləri İ.Səfərəli- 
yev,  H.Həsənov,  M.H.Hacınski,  Ə.Əhmədov,  A.Tağıyev, 
Ə.Həsənov  və  H.Mustafayev  idilər.  “Nəşri-maarifin  idarə 
heyətinə  1906  il  noyabrın 24-də keçirilən ilk  seçkilərdə cəmiy­
yətin tərkibinə H.Z.Tağıyev  (sədr),  M.H.Hacınski  (sədr müavi­
ni),  Ə.Ə.Əmircanov,  H.Məlikov,  M.Ə.Nəzirov  (təftiş  komis­
siyası),  Ə.Ağayev,  Ə.İ.Cəfərov,  M.Əfəndiyev  (katiblik),
94


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə