tini yayma adı altında həyata keçirmişdir. Bu yolda ən qüvvətli
silah kimi istifadə olunan rus məktəbi, rus mətbuatı və rus
senzurasına qarşı kəskin mübarizə aparan M.Ə.Rəsulzadə,
sonrakı dövrlərdə cildini dəyişmiş bu siyasətin “Sovetlər
Birliyi” formasına qarşı da qətiyyətlə çıxış etmişdir.
Demək olmaz ki, XX əsrin əvvəllərində türk dil və kültür
birliyinin əhəmiyyəti hər kəs tərəfindən anlaşılırdı. Xeyr,
bunun mahiyyətini dərk etməyənlər əksəriyyət təşkil edirdi.
Çünki böyük bir qisim türklər bu dövrdə nəinki türk birliyindən
danışmırdılar, özlərini adətən “müsəlman milləti”ndən hesab
edirdilər. Halbuki “müsəlman adında millət yoxdur, müsəlman
adında dil yoxdur, müsəlman - yəni islam dinini qəbul etmiş
bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət
başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur” (13, s.
567-569).
Hətta özlərini ziyalı adlandıranların bir qismi heç türk di
lində danışmağı belə özlərinə sığışdırmırdılar. Məhz belələrini
nəzərdə tutaraq Ü.Hacıbəyov yazırdı ki, Azərbaycan türkcəsi
bütün “Qafqazda yaşayan müxtəlif dilli millətlər arasında ümu
mi bir dil olmaq kimi belə bir beynəlmiləl əhəmiyyətə malik
olduğu halda, yəni bir erməninin bir dağıstanlı, bir malakanın
bir gürcü ilə qonuşub danışmaq üçün türk dilinə müraciət
etməyə məcbur olduqları bir halda, bu dilə malik olan
türklərin,
rus dilinə möhtac qalması nə qədər qərib və nə qədər
gülünc bir
haldır” (33). C.Əfqani də bu fikirdə olmuşdur ki, dil məqsəd
yox, vasitə olmalıdır. Hansı dildə oxumaq və yazmaq deyil, nə
barədə oxuyub yazmaq önəmlidir (23, s. 32). Türk dilində
danışmağı özünə əskiklik bilənlərə müraciətlə C.Məmmədqulu-
zadə də xatırladırdı ki: “Sözümü tamam etdim, ancaq bircə
üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qar
daşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram” (13, s.
208). O, müsəlman məclisilərində hökumətin məktəblərdə türk
dilinə qarşı ögey münasibətindən gileylənən “obrazovannı
müsəlman”ların dil davası edərkən belə rus dilində danışma
124