Mübariz Süleymanlı azərbaycan kulturoloji FİKİr tariXİNDƏN



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə52/66
tarix19.10.2018
ölçüsü2,51 Mb.
#74853
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

Çünki  M.Ə.Rəslzadənin  xalqın  öz  ruhundan  doğan  bir 
ümummilli  hərəkat  və  hadisə  adlandırdığı  Azərbaycan  Xalq 
Cümhuriyyəti  humanitar  milli  ənənənin,  ədəbi,  hüquqi,  fəlsəfi 
fikrin,  milli  “mən”  və  milli  dövlət  şüurunun,  bütövlükdə 
“xalqın  azadlıq  hərəkatının  tarixən  qanunauyğun  və  məntiqi 
yekunu  kimi  təşəkkül  tapmışdı.  Xalq  hakimiyyəti,  respublika 
və  sosial-demokratiya  istiqamətində  ümumbəşəri  tərəqqinin 
həm  Qərb,  həm  də Rusiya və  Şərq meyllərini  öz  məzmununda 
birləşdirirdi”  (50,  s.  358).  Azərbaycan Xalq  Cümhuriyyəti  son­
rakı  nəsillərə  zəngin  bir  milli  dövlət  təcrübəsi  və  mədəniyyət 
quruculuğunun bütün  sahələrində tarixi varislik ənənəsi  qoydu. 
Taleyin  bütün  amansızlıqlarına  sinə  gərən,  həyatın  hər  bir 
məhrumiyyətinə qatlaşan Cümhuriyyət mücahidləri Azərbayca­
nın  milli  dövlətinin  bərpasına  və  istiqlal  ideyalarının  yenidən 
qələbə  çalacağına  olan  inamlarını  heç  vaxt  itirmədilər.  Bir 
sözlə,  Azərbaycan xalqının tarixində ilk parlamentli  respublika 
olan  Azərbaycan  Xalq  Cümhuriyyəti,  eyni  zamanda,  bütün 
Şərqdə,  o  cümlədən  türk-islam  dünyasında  ilk  demokratik, 
hüquqi  və  dünyəvi  dövlət  nümunəsi  idi.  Azərbaycan  Xalq 
Cümhuriyyəti  özünün  siyasi  quruluşuna,  həyata  keçirdiyi 
demokratik  dövlət  quruculuğu  tədbirlərinə,  həmçinin  qarşısına 
qoyduğu  məqsəd  və  vəzifələrə  görə  də  Avropanın  ənənəvi 
demokratik  respublikalarından  geri  qalmırdı.  Çünki  Azərbay­
can  Xalq  Cümhuriyyətinin  milli  mədəniyyət  siyasətinin  ana 
xəttində  belə  bir  ideya  dayanırdı  ki,  hər  şeydən  öncə  dövlətin 
milli  şəxsiyyəti  olmalıdır,  milli  siyasət  isə  milli  mədəniyyət 
deməkdir.  Məhz  bu  səbəbdəndir  ki,  milli  dövlətçiliyin baniləri 
üçün  milli  dövlətin  başlıca  ölçüsü  və  meyarı  milli  mədəniy­
yətdən ibarət olmuşdur.
155


Milli istiqlal məfkurəsi
XX  əsrin  əvvəllərində  çoxəsrlik  humanist  ənənələrin  varisli­
yindən bəhrələnən Azərbaycan milli-mədəni intibah hərəkatı, eyni 
zamanda  maariflənmiş  Avropanın  mədəni  standartlarından  fəal 
istifadə  etməklə  demokratik  yeniləşmə  və  tərəqqipərvər  inkişaf 
yoluna qədəm qoydu.  Cümhuriyyətin siyasi mədəniyyəti də məhz 
siyasi  maraq və  ehtiyacların  dərki  fonunda,  Azərbaycan xalqının 
öz  milli  müstəqilliyi  uğrunda  mübarizəsi  şəraitində,  yeni  siyasi 
quruluşa  əhalinin  müxtəlif qrup  və  təbəqələrinin  ümumi  müna­
sibət  platformasının  yaradılması  şəraitində  formalaşırdı  ki,  bu 
siyasətin  həyata  keçirilməsində  də  mədəniyyət  amili  daima  ön 
planda idi.  Belə bir  mədəniyyət təmayülü  özünü poetik  formada 
Cavidin  “Turana  qılıncdan  daha  kəskin  ulu  qüvvət,  yalnız 
mədəniyyət,  mədəniyyət,  mədəniyyət”  (19,  s.  272)  formulunda, 
siyasi  şəkildə  isə  M.B.Məhəmmədzadənin  “Acı  təcrübələr 
göstərdi  ki,  milli  hürriyyət  və  milli  istiqlala  malik  olmayan 
millətlərin  milli  varlıq  və  milli  mədəniyyətlərini  qoruyub  inkişaf 
etdirmələri  imkan  xaricindədir  (63,  s.  8)  qənaətində  təzahür 
etdirirdi.  Ona  görə  də  belə  bir  kulturoloji  düşüncədən  qaynaq­
lanan  milli  dövlətin  siyasi  mədəniyyəti  də  öz  əksini  ölkənin 
sosial-mədəni  institutlarının  -   demokratik  dövlət,  parlament, 
hüquqi  institutlann  fəaliyyətində  tapırdı.  “Bu  burjua-demokratik 
mədəniyyətin daşıyıcısı və ifadəçisi Rusiyada və Qərbi Avropanın 
müxtəlif ölkələrində təhsil almış şəxslər,  o cümlədən azərbaycan­
lıların Rusiya Dövlət Dumasındakı  nümayəndələri,  ictimai-siyasi 
xadimlər,  maarifçilər,  yazıçılar,  publisistlərdən  ibarət  qabaqcıl 
Azərbaycan  ziyalıları  idi”  (59,  s.  395-396).  Məhz  bu  amilin  də 
çox önəm daşıması  səbəbindən idi  ki, yeni  dövr Qərbi Avropa və 
Rusiya mədəniyyətlərindən təsirlənmiş Azərbaycan parlamentinin 
təntənəli  açılışı  ənənəvi  Azərbaycan  mədəniyyətində  inqilabi 
dəyişikliklərin parlaq nümunəsi oldu.
Ölkədə  siyasi  mədəniyyət  öz  əksini  icbari  təhsilin  tətbiqi 
istiqamətində aşağı və orta məktəblərin milliləşdirilməsi, rus və
156


ana  dilində  təhsil  alma  hüququnu  təmin  edən,  milli  azlıqların 
imtiyazlarının saxlanması,  qaçqınlara yardım və dövlət qurucu­
luğunun  digər  məsələləri  üzrə  tədbirlərdə  tapırdı.  Yaranan 
ziddiyyətlər  demokratik  üsullarla,  zor  və  amirlik  metodları 
işlətmədən,  demokratik mədəniyyət prinsipləri, müstəqil dövlə­
tin  və  cəmiyyətin  maraqlarından  çıxış  edərək,  qanunun  aliliyi 
əsasında  həll  edilirdi.  Ən  mühüm  prinsiplərdən  biri  də  milli- 
mədəni  özünəməxsusluğun  qorunması  ilə  əlaqələndirilən  dini- 
etiqad azadlığı və Azərbaycanda yaşayan milli  azlıqların hüqu­
qunun  tanınması  idi.  Azad  əmək  təminatı  verən  hüquq  mədə­
niyyətinə ciddi  fikir verilirdi.  “Bununla belə,  siyasi partiyaların 
yetkin  olmaması,  düşünülmüş  siyasi  proqramların  olmaması, 
ümummilli  maraqlarda əməkdaşlıq və  siyasi  mübarizə təcrübə­
sinin,  Qərb  demokratiyası mədəniyyəti  sahəsində dərin bilik və 
bacarıqların olmaması halları mövcud idi” (59,  s.  396-397)
Parlamentdə  müzakirə  edilən  məsələlər  və  qəbul  edilən 
qərarlar yalnız ümummilli  mənafelər baxımından  dəyərləndiri­
lir və millətin gələcəyini təmin edəcək strateji mahiyyətli məsə­
lələrə  dair  qərarlar  gərgin  müzakirələrdən  sonra  qəbul  edilirdi 
(149,  s.  449-450;  15,  s.  170-171).  Bu mənada  1919-cu il iyulun 
21-də parlament seçki qanununun qəbulu zamanı M.Ə.Rəsulza- 
dənin  təkidi  ilə  qanun  layihəsinə  məscid  və  dini  ayinlər  üçün 
nəzərdə tutulmuş yerlərdə  seçki  təbliğatının  aparılmasını  qada­
ğan edən xüsusi  bənd əlavə  olunmuşdu.  Həmin bəndin tələblə­
rini pozanları “altı  aya kimi həbs cəzası gözləyirdi”.  Tədqiqatçı 
A.Balayev  yazır  ki,  “M.Ə.Rəsulzadə  bu  yolla  ruhanilərin 
mühafizəkar  qüvvələr  tərəfində  siyasi  proseslərə  müdaxiləsini 
mümkün dərəcədə azaltmağa çalışırdı”  (15,  s.  165).
“İnsanlara  hürriyyət  -   millətlərə  istiqlal”  tələb  edən  milli 
hərəkat  təmsilçiləri  “millətin  vicdanına  tərcüman”  olduqları 
üçündür  ki,  sərbəst  seçimlərdə  yüzdə  yetmiş  beş  rəylə tam  bir 
qalibiyyət əldə  etdilər.  Belə bir uğurun məhsulu  olan Azərbay­
can  Xalq  Cümhuriyyətinin  milli  mədəniyyəti  ön  planda 
tutacağı  təbii  olduğu  qədər  də  əminlik  doğururdu.  Bu  dövrdə
157


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə