Mübariz Xəlilov, Nazlı Həsənova



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə277/355
tarix22.12.2023
ölçüsü4,93 Mb.
#154030
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   355
INFORMATIKA KITAB BUTOV-1

Disk müfəttişləri.
Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi 
diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) 
hesablanmasına əsaslanıb. 


318 
Rezident monitorlar
. Rezident monitorlar - 
daim operativ yaddaşda 
yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən 
proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu 
aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq). 
İmmunizatorlar.
İmmunizatorların iki növü var: yoluxma barədə 
məlumat verən immunizatorlar və hər-hansı növ virusla yoluxmanın qarşısını 
alan immunizatorlar. Onlardan birincisi adətən faylların sonuna yazılır və hər 
dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların bir nöqsanı 
var - stels-
virusla yoluxma barədə məlumat verməyə qabil deyil. Buna görə bu 
immunizatorlar hazırda praktikada istifadə edilmir. İkinci növ immunizator 
sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə 
fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul 
edir. Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya 
edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki
sistem artıq yoluxub. 
Haker 
(Hacker ingilis sözüdür, hack- 
yarmaq, sındırmaq) 
Proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar 
yaradan və ya onları dəyişdirən, kompüter texnologiyaların təhlükəsiz 
fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, 
onlar məişət texnologiyalarına məsələn, radioqəbuledicilərə, printerlərə və ya 
çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq 
əldə etmək mümkün olsun. 
Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının 
inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt 
mənada başa düşülür, lakin onun çoxlu mənaları da var. 
Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına 
kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. 

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   355




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə