27
NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü
Dürüstlüyü Təmin Etmək Təşəbbüsünün İnkişafı
İqtisadi məsələlər üzrə NATO-nun Müdafi ə və Təhlükəsizlik Direktor-
luğunun Siyasi İşlər və Təhlükəsizlik Siyasəti İdarəsi( NATO Defence and
Security Economics Directorate, Political and Security Policy Division) və
Beynəlxalq Şəffafl ıq (dövlət strukturlarında korrupsiyanı müşahidə edən
beynəlxalq qeyri-hökümət təşkilatı) hərbi qrupu, NATO-nun Siyasi-Hərbi və
Siyasi Komitəsi ( NATO Poitical-Military Steering Committee and Political
Committee), AATŞ mexanizmləri çərçivəsində, AATŞ-nin təhlükəsizlik sek-
torunda dürüstlüyü təmin etmək istiqamətində verə biləcəyi töhvələrin ana
xətlərini göstərən ilkin hesabat hazırlamışdır. Bu hesabat 2007-ci ilin Noyab-
rında AATŞ Səfi rləri səviyyəsində bəyənilmişdir.
Dürüstlüyü təmin etmək təşəbbüsünün yaradılışı, digər məsələlərlə
bərabər, korrupsiyanın azaldılması və müdafi ə resurslarının düzgün idarə
edilməsi haqda kecirilən böyük konfransdan da bəhrələnmişdir.Bu konf-
rans NATO-nun İqtisadi Komitəsinin
19
Müdafi ə və Təhlükəsizlik sektorunda
Şəffafl ığı və Dürüstlüyü təmin etmək seminarı ilə birgə olaraq
20
, AATŞ-nın
sessiyası zamanı təşkil olunmuşdur. Təşkil olunmuş bu konfrans, müdafi ə re-
surslarının sağlam idarə edilməsi üçün dürüstlüyün oynadığı rolu və ona olan
marağın mühümlük dərəcəsini nümayiş etdirmişdir.
AATŞ-ın çərçivəsində, Dürüstlüyü Təmin etmə Təşəbbüsü, 10 punktdan
ibarət iş planı əsasında həyata keçirilmişdir. On punktdan ibarət olan AATŞ
Dürüstlüyü Təmin etmə İş Planı Birləşmiş Krallığın rəhbərliyi altında hazırla-
nan təhsil modullarından; Polşa tərəfi ndən hazırlanan Özünü Qiymətləndirmə
Sorğusu və İsveçrə tərəfi ndən hazırlanan bu Ən Yaxşı Təcrübələr Toplusun-
dan ibarətdir.
Dürüstlüyü Təmin etmə və NATO-nun 2008-2009 Zirvə
Bəyanatları
NATO -nun 60 illik yubileyi münasibətilə Kehl-Strasburqda keçirilən
sammit zamanı, Dövlət və Hökümət başçıları bəyanat qəbul edərək, korrup-
siyaya qarşı həyata keçirilən islahatların və qabaqçıl idarəçiliyin fonunda,
müdafi ə sektorunda ortaya çıxan problemləri aradan qaldırmağa hazır olduq-
larını vurğulamışlar. Dövlət və Hökümət başçıları (paraqraf 36) AATŞ-nı,
19
Defence Economics IX: Lessons Learned in Defence Resource Management from the
NATO Accession 2004”, Ljubljana, Slovenia, September 2007.
20
Building Transparency and Integrity in the Defence and Security Sector, UK Defence
Acad emy, Shrivenham, UK, July 2007.
28
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
“müdafi ə sektorunda şəffafl ığı və cavabdehliyi təkmilləşdirməyə yönələn Dü-
rüstlüyü Təmin etmə Təşəbbüsünü inkişaf etdirməyə və bu təşəbbüsün gedişi
haqda növbəti Lissabon sammitində hesabat verməyə çağırmışdır”.
Bu bəyanat 2008-ci ildə NATO-nun Buxarest Sammitində Dürüstlüyü
Təmin etmək Təşəbbüsü ilə bağlı qəbul edilmiş mühüm bəyanatın davamı idi.
Buxarest Sammitində Dövlət və Hökümət başçılarının bəyanatında deyilirdi:
“biz bir neçə yeni praktik təşəbbüslərə, o cümlədən müdafi ə institutlarında
dürüstlüyü təmin edəcək təklifl ərə üstünlük verəcəyik...” (Paraqraf 32)
Trast Fondları və Dürüstlüyü Təmin etmə Trast Fondu
Dürüstlüyü Təmin etmə Trast Fondu (The Building İntegrity Trust Fund)
könüllü edilən maliyyələr hesabına qurulmuşdur və Polşa, İsvecrə və Böyük
Britaniya tərəfi ndən idarə olunur. Bu fond 2008-ci ilin İyulunda işə başlayıb
və məqsədi ordu elitasında dürüstlüyü təmin etmək və korrupsiya hallarını
azaltmaqdır.
Bu müdafi ə institutu qurmağa praktiki kömək edən ilk Trast Fondu
layihəsidir. Sınaq layihəsi mərhələsi (Mərhələ1) üç sütun üzərində dayanır:
Ordu Rəhbərliyi üçün Dürüstlüyü Təmin etmə təlim modellərı; Dürüstlük üzrə
Özünü-Qiymətləndirmə prosesi və Orduda Dürüstlüyü Təmin Etmək və Kor-
rupsiyanı Azaltmaq üçün Ən Yaxşı Təcrübələrin Toplusu. Praktiki olaraq bu
vəsaitlər sınaq dərsləri olaraq, mülki və hərbi kadrlar üçün, dürüstlüyü təmin
etmə kursları kimi Birləşmiş Krallıq Müdafi ə Akademiyası ,Almaniyadakı
NATO Məktəbində və Bosniya-Herseqovina Sülhü Dəstəkləyən Əməliyyatlar
Təlim mərkəzində tədris edilmişdir. O biri iki vəsait üzrə praktiki təlim sonda
özünü-qiymətləndirmə kitabcasının yaradılmasına və müxtəlif təcrübələrin,
öyrəndiyimiz bu Toplunun hazırlanmasına gətirdi (bir çox ölkələr ondan sı-
naq təlimləri üçün istifadə etdi). Bu işlərin görülməsi üçün müxtəlif vətəndaş
cəmiyyətləri, Cenevrədəki Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət
Mərkəzi və Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi, Böyük Britaniya Hərbi
Akademiyası və BŞ kimi tərəfdaşların məsləhətləri, fi kirləri və töhvələri
önəmli dərəcədə faydalı olmuşdur. Trast Fondu tərəfi ndən dəstəklənən ikinci
mərhələnin tədbirləri bu əməkdaşlığı dərinləşdirmək üçün mümkün olan ən
yaxşı yolları nəzərdən keçirəcəkdir.
Təlim və Təhsil
Keçmiş və yeni tərəfdaşlarla iş görülən zaman, müdafi ə və təhlükəsizlik
sektorunda daimi dəyişikliyə nail olmaq üçün fərdlərin və şəxsi heyətin geniş
29
NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü
və dərin təlim və təhsili vacibdir. NATO-nun tərəfdaşlıq proqramının 50%-
dən çoxu döyüş qabiliyyətini və yaxşı idarəçiliyi bir-birinə bağlayan təlim və
təhsildən ibarətdir.
Dürüstlüyü təmin etmək təşəbbüsünə gəldikdə isə, bu layihə Sülh Naminə
Tərəfdaşlıq proqramının təlim mərkəzləri və başqa beynəlxalq təşkilatların
nümayəndəliyi ilə sıx məsləhətlər nəticəsində hazırlanmışdır. SNT prio-
ritetlərindən savayı, bu təşəbbüs ölkələrə özlərinin, BMT-nin Korrupsiyaya
qarşı Konvensiyası da daxil, BMT qarşısında götürdükləri öhdəlikləri yerinə
yetirməyə kömək etmək niyyəti daşıyırdı.
Müdafi ə Sektorunda İslahatların Maliyyə və Demokratik
Problemləri
İqtisadi sıxıntısı olduğu zaman Maliyyə Nazirliyinin maliyyə qənaəti
siyasəti təbii ki, həm müdafi ə sektoruna, həm də digər sahələrə ayrılan təlim
və təhsil proqramlarına təsir edəcək. Davam edən qlobal iqtisadi böhran, çox-
lu ölkələrin dövlət sektorunun maliyyə resurslarına davamlı təzyiqlər etmiş
və etməkdə davam edir. Bu təzyiqlər dövlət sektorunda maliyyə kəsiri ya-
ratmış və milli borcları artırmışdir. Nəticədə inkişaf etməkdə və inkşaf etmiş
ölkələrdə sosial və siyasi qeyri stabillik yaranmışdır.
Çoxlu ölkələri bürüyən bu cür gövrək mühitdə, müdafi ə və təhlükəsizlik
sektorunın dövlət büdcəsindən aldıqları maliyyənin həcmini davamlı saxla-
maq və ya artırmaq iddiaları artan yoxlamalara və köklü dayərləndirmələrə
gətirir. Təbii, məsələ təkcə müdafi ə sektoruna ayrılan məhdud resursla-
rın məhsuldar işlədilməsini təmin etmək yox( müdafi ə resurslarının ciddi
idarəçiliyi vasitəsilə), onların istifadəsinin şəffaf və hesabatli olmasını təmin
etmək də vacibdir. Bu həmçinin, vergi verənlər üçün önəmlidir, çünki o zaman
onlar əmin olacaqlar ki, onların vergiləri hökümət tərəfi ndən ağıllı sürətdə və
vicdanla istifadə olunur. Dürüslüyü Təmin etmək Təşəbbüsü müdafi ə sekto-
runda şəffaf, etik və düşünülmüş maliyyə idarəciliyini tətbiq etmək üçün çox
mühüm maarifl əndirmə layihəsidir.
NATO Dəyərləri və Dürüstlük
NATO yarandığı gündən, ittifaqa üzvlük məsələsini dəyərlər üzərində
və müxtəlif mühüm ideyaları şərtləndirən idarəçilik üzərində qurulduğunu
vurğulamışdır. Bura demokratik idarəçilik və insan haqlarının qorunması;
bacarıqlı yüksək səviyyəli və etibarlı peşəkarların dövlət işinə götürülməsi;
səmərəli, cavabdeh və şəffaf bir idarəçiliyin hökümətin bütün səviyyələrində
Dostları ilə paylaş: |