MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə5/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   2   3   4   5   6   7   8   9   ...   158
Kamil insan

CİSMİ VƏ RUHİ NÖQSANLAR
İnsan sağlam və ya nöqsanlı ola bilərmi? Sağlamlıq və nöqsan bə

zən insanın cismi ilə bağlı olur. Bə

zi insanların 
cismi baxımdan sağlam, bə

zilərinin isə nöqsanlı və xəstə olmalarında heç bir şübhə yoxdur. Məsələn, bə

ziləri kar, 
kor, bə

ziləri iflic və bu kimi fiziki nöqsanlara düçar olublar. Amma bunlar insanın özünə aiddir. Diqqət etdikdə görürük 
ki, biz kiminsə kar, kor, iflic, çirkin, qısaboy və s. xüsusiyyətlərini fəzilət, insanlıq və şəxsiyyət baxımından onun üçün 
nöqsan hesab etmirik. Məsələn, bə

zilərinin «peyğəmbərlərin davamçısı adlandırdığı məşhur Yunan filosofu Sokrat 
dünyanın ən eybəcər adamlarından biri olub. Amma heç kəs eybəcərliyi Sokrat üçün bir insan kimi eyb və nöqsan hesab 
etmir. Yaxud böyük ərəb şairi və dilçisi Əbul-əla Muirri və müasir Misir tədqiqatçı alimlərindən olmuş Taha Hüseyn kor 
olublar. Onların cismlərində olan bu korluq qüsuru onların şəxsiyyətləri üçün nöqsan hesab edilirmi? Xeyir, belə deyil! 
Bu onu göstərir ki, insan «şəxs» və «şəxsiyyətdən», bədən (cism) və ruhdan ibarətdir. Ruhla cismin hesabı bir-birindən 
ayrıdır. İnsan ruhunun, tamamilə onun cisminə tabe olmasını fikirləşənlərin səhvləri məhz buradadır. Ümumiyyətlə 
insan ruhi cəhətdən xəstə, cismi baxımdan isə sağlam ola bilərmi? Bunun özü mühüm bir məsələdir. Ruhun əsilliyini 
inkar edənlərin və bütün ruhi xususiyyətlərin birbaşa insanın sinir sistemininin tə

siri altında formalaşmasını iddia 
edənlərin fikirlərinə əsasən, ümumiyyətlə ruhun heç bir rolu yoxdur və hər şey cismə tabedir. Onların fikrincə, əgər insan 
ruhi cəhətdən xəstədirsə, onun cismi də xəstədir. Çünki, ruhun xəstəliyi cismi xəstəlikdən yaranır və ruhun xəstəliyinin 
səbəbi cismin xəstə olmasıdır. Bir sözlə, ruhi xəstəlik cismi xəstəlikdir.
Xoşbəxtlikdən bu gün sübut edilib ki, bədən vitaminləri, sinir sistemi, qan dövranı və cismlə bağlı bütün cəhətləri 
çox sağlam olan şəxslər də ruhi cəhətdən xəstə ola bilər. Bu necə ola bilər? Bəli, bu gün «həsəd və kinlilik» ruhi 
xəstəlik hesab edilir. Bu gün elm, kinli adama xəstə deyir. Belə ki, həmin şəxsin ruhunda cismi cəhətdən tam sağlam 
olmasına baxmayaraq, pozğunluq yaranıb. Buna görə də bu cismi xəstəliklərin müalicəsi, cismin müalicə edilməsi 
yolları ilə mümkün deyil, yə

ni bu ruhi xəstələr maddi dərmanlarla müalicə edilə bilməzlər. (Əlbəttə burada cismi 
pozğunluq və çatışmamazlıqlar nəticəsində yaranan bə

zi ruhi xəstəliklər söhbətimizdən xaricdir. Çünki bə

zi ruhi 
xəstəliklər, məsələn sinir sisteminin zəifliyi və bu kimi digər cismi səbəblərdən yaranır.) Təkəbbür də ruhi xəstəliklərin 
digər bir nümunəsidir. Bu gün təkəbbürün də, həqiqətən ruhi xəstəlik olması sübuta yetirilib. Amma görək aptekdə 
təkəbbürü müalicə edə biləcək bir dərman tapmaq mümkündürmü? Təkəbbürlü insan bir həb ataraq təvazökar insana 
çevrilə bilərmi? Şimr ibni Zilcovşən kimi daş ürəkli və cəllad bir insana bir iynə vurmaqla və ya bir həb atdırmaqla 
onu mehriban, rəhimli və şəfqətli bir insana çevirmək olarmı? Xeyir! Onu müalicə etmək yolları yolu bunlar deyil. 
O, müalicə edilə bilər, amma başqa yollarla. Bə

zi ruhi xəstəliklər cismi yollarla müalicə edildiyi kimi, bə

zən cismi 
xəstəliklər də ruhi yollarla müalicə edilir. Məsələn, əslində cismi xəstəlik olan bə

zi xəstəliklər bir sıra təlqin yolları və 
ruhiyyəni gücləndirmək vasitəsilə müalicə edilirlər. Bu məsələnin özü, insanın cism və ruhdan ibarət bir varlıq olması 
və insan ruhunun cismdən müstəqil olmasına aid qəti dəlillərdən biridir. Bu məsələ göstərir ki, cism tam şəkildə ruha 
tabe olmadığı kimi, ruh da tam şəkildə cismdən asılı deyildir. Onlar qarşılıqlı olaraq bir-birlərinə tə

sir göstərirlər. 
Filosoflar demişkən: «Bədən ruha və ruh bədənə tə

sir göstərir və onların hər biri müstəqil olaraq öz işlərini görürlər. 
Bu da, insan ruhunun müstəqil bir sistem olmasını göstərir.
Biz kamil insan barəsindəki söhbətimizə başlamazdan əvvəl sağlam və qeyri-sağlam insan barəsində bir sıra 
məsələləri açıqladıq. Məqsədimizin cismi sağlamlıq və ya nöqsan olmasını aydınlaşdırmaq üçün bu müqəddimənin 
gətirilməsi lazım idi. Biz burada tibbi məsələlər barəsində söhbət etmək niyyətində deyilik. Həmçinin məqsədimiz, 
tam sağlam insanın bütün tibbi müayinələrdən keçərkən bədənin bütün orqanlarının yüz faiz düz işləməsi mə

lum olan 
şəxsin olması demək deyil. Bu məsələ bizə aid deyildir və ümumiyyətlə bizim bədənlə işimiz yoxdur.
Deməli, mə

lum oldu ki, insan, ruhi və psixoloji baxımdan sağlam olduğu kimi, xəstə və nöqsanlı da ola bilər. 
Qur

an da bu məsələni qəbul edir. Allah-taala öz müqəddəs kitabında belə buyurur:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə