MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə8/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   4   5   6   7   8   9   10   11   ...   158
Kamil insan

«Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!
Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacqdır.» (Şəms-9-10).
Qur

anın ilk proqramı, nəfsi təmizləyərək pak etməkdir, ruhu xəstəliklərdən azğınlıq, narahatlıq və məsx olmalardan 
– (məsxin mə

nası şəklini dəyişdirib çirkin və pis bir hala salmaq və ya düşmək deməkdir) – və habelə qaranlıq və 
zülmətlərdən uzaqlaşdıraraq təmizləməkdir.


7
Kamilliyə doğru Wap.IXLAS.Az
MƏSX OLMUŞ İNSAN
Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar 
etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayətləri 
eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə 
olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevriliblərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan 
məsx olmasını bə

ziləri yalnız fərziyyə olaraq qəbul etsələr də belə, onun mə

nəvi və ruhi cəhətdən heyvana çevrilməsi 
qəti və inkar edilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından 
misli olmasın. Qur

an bu qism insanlar barəsində belə buyurub:
«...Onlar heyvan kimidirlər, bəlkə də, [ondan] daha çox zəlalətdədirlər. Qafil olanlar da onlardır!» (Ə

raf-179).
Bu ayə heyvanlardan da alçaq və rəzil insanlar barəsindədir. İnsanın, doğrudan da ruhi baxımdan heyvana çevrilməsi 
mümkündürmü? Bəli! Çünki insanın şəxsiyyəti, onun əxlaqi və ruhi xüsusiyyətləri ilə bağlıdır. Əgər insanın ruhi və 
əxlaqi xüsusiyyətləri bir heyvan və vəhşinin xüsusiyyət və sifətləri kimi olsa o, doğrudan da məsx olub. Belə ki, onun 
ruhu həqiqətən məsx olaraq heyvana çevrilib. Donuzun cismi onun ruhi ilə münasibdir və insanın bütün xislətlərinin 
donuz xisləti olması mümkündür. Belə bir həddə çatmış insan insanlıqdan çıxıb və əsil həqiqətlər görünən ruhlar 
aləmində doğrudan da başqa şey deyil, məhz donuzdur. Deməli, naqis insan bə

zən məsx olmuş insan mərhələsinə çatır. 
Biz belə şeyləri az eşidirik və bəlkə də bə

ziləri, bunların mə

cazi mə

na daşıdığını fikirləşirlər. Amma bütün bunlar 
həqiqətdir.
Bir nəfər nəql edir ki, imam Zeynul-abidin (ə) ilə Ərəfat səhrasında idik. Yuxarıdan baxanda səhrada hacıların 
izdihamını gördüm. İmama dedim ki, Allaha şükr olsun, bu il həcc ziyarətinə gələnlərin sayı çoxdur. İmam mənim 
cavabımda dedi: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə