MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


Aciz, zəif və bacarıqsız insanlar!



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə129/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   125   126   127   128   129   130   131   132   ...   158
Kamil insan

Aciz, zəif və bacarıqsız insanlar! 
Qeybət aciz adamın son cəhdidir. Güclü və qüdrətli insan və 
ruhunda güclülük hiss edən şəxs qeybət etməkdən utanır və o, bu işi alçaq və zəif adamların işi hesab edir. Güclü insan 
başqalarının qeybətini etmək və ya eşitmək istəmir. Əli (ə) qeybətin zəifliyə əsaslandığını bildirərək deyir ki, güclü və 
qüdrətli insan, güclü ruh sahibi heç vaxt qeybət etmir.
Əli (ə) hətta zinanın səbəbinin də zəiflik olmasını bəyan edib. O həzrət buyurub: 
«Qeyrətli şəxs heç vaxt zina 
etməyib.» 


ni dünyada bir damla qeyrəti olan adam heç bir qadınla zina etməz, başqalarının namusuna xəyanət 
əli uzatmaz, yalnız qeyrətsiz adam özündə zəiflik hiss edər. Yə

ni o, elə adamdır ki, birdən başqaları onun namusuna 
toxunsalar belə, onun tükü tərpənmir. Bəli, zina edənlər ancaq qeyrətsizlərdir, qeyrətli adam heç vaxt zina etmir.
Niçe bu qüdrətlərin heç birini tanımır. Onun fikrincə qüdrət yalnız güc və zor, yə

ni silah və dəmirə malik olmaq və 
onları onun-bunun başına vurmaqdır. Üstün insan, böyük bir heyvan, yə

ni qolunun gücü çox olan şəxsdir. O, ruhun 
güc və qüdrətindən tamamilə xəbərsizdir və bu barədə heç nə bilmir. Deməli islamda, qüdrətin dəyər, insani kamal və 
kamil insan çöhrəsinin cizgilərindən olmasında heç bir şübhə yoxdur. İslam zəif insanı bəyənmir. Üsuli-kafi kitabının 
5-ci cildinin 59-cu səhifəsində nəql edilmiş hədisdə deyilir: 
«Alahın zəif mö

mindən xoşu gəlmir.»
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, birincisi, islam, qüdrəti insan üçün yeganə dəyər hesab etmir və 
onunla yanaşı digər dəyərlərə də diqqət yetirilməsini vurğulayır; ikincisi, islamın qüdrət ifadəsi ilə Niçe, səfsətəçilər, 
Makyavel və başqalarının işlətdikləri qüdrət kəlməsi arasında fərq vardır. İslam insanda elə qüdrətləri tanıyır və onları 
gücləndirərək təhrik edir ki, onların nəticəsi Niçenin dediyi nəticələrdən başqa bir şey olur. Onun nəticəsi cəmiyyətin 
xeyrinə olan şeylərdir.
Niçe deyir ki, insanın ürək yanğısı onun zəifliyindəndir. Ona demək lazımdır ki, söhbət «ürəyiyanmaq zəiflikdəndir» 
deyil, səxavətlilik, xeyirxahlıq və faydalılıqdan gedir. Nə üçün məsələyə bu tərəfdən baxmırsan, cənab Niçe?! Həmin 
sözlərini bu cür de: Qüdrətli adam başqalarına xeyir yetirir, yoxsa zəif? Xeyir və fayda vermək qüdrətdəndir, yoxsa 
zəiflikdən? Bəli, xeyir və fayda vermək zəiflik deyil, qüdrətdəndir.
İndi isə digər bir məktəbdən danışaq.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə