78
Kamilliyə doğru Wap.IXLAS.Az
HƏDİSLƏR BAXIMINDAN HƏQİQİ QÜDRƏT
Qüdrət insanın başqalarının köməyinə tələsməsidir. Qüdrətli ruh öz övladlarına belə buyurur:
«Zalıma düşmən,
məzluma arxa ol!»
Əli (ə) əziz övladları imam Həsən və imam Hüseyn (ə)-a belə buyurub:
«Ey mənim övladlarım! Sizin
güc və qüdrətiniz həmişə məzluma köməyə, zalımla döyüşə tələssin.»
Bu iş qüdrət nişanəsidir. Məsələ burasındadır
ki, Niçenin təklif etdiyi kin bəsləmək, həsəd, bədxahlıq və bu kimi xüsusiyyətlərin hamısı zəiflikdən yaranır. Həmişə
başqalarından intiqam almaq istəyən, başqalarının pisliyini arzulayan və başqalarını incitmək istəyən şəxsin bu işləri,
Niçenin dediyi kimi qüdrətdən deyil, zəiflikdən yaranır. İnsan nə qədər çox güclü və qüdrətli olsa, onun başqalarına
qarşı kin və həsədi az olar. Sizə imam Hüseyn (ə)-dan bir cümlə nəql edim. O həzrət buyurub:
«Qüdrət, kini aradan
aparır.»
Bu, çox maraqlı cümlədir və çox dəqiq psixoloji mülahizələr üzərində qurulub. Bəli, qüdrət kini aradan aparır,
yə
᾽
ni insan özündə güc və qüdrət hiss etdikdə başqalarına qarşı kin bəsləmir, əksinə zəif adam həmişə qəlbində kin
saxlayır və başqalarına qarşı həsəd aparır.
İndi isə Əli (ə)-dan qeybət barəsində bir cümlə nəql edirəm. Əli (ə)-dan soruşurlar ki, qeybət edənlər, ürəkləri
həmişə onun-bunun dalınca danışmaq istəyən və başqalarının dalınca pis sözlər danışmaqdan ləzzət alanlar kimlərdir?
O həzrət buyurur:
Dostları ilə paylaş: