MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Allahın  dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...»



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə128/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   124   125   126   127   128   129   130   131   ...   158
Kamil insan

«Allahın 
dini barəsində [bu işin icrasında] ürəyiniz onlara yumşalmasın...»
Deməli bu növ ürəyiyumşaqlıq, rəhm və atifə qeyri-məntiqi, yə

ni rəhm formasında olan daşürəklilik və zülmdür. 
Başqa sözlə desək, bu iş birinə rəhm, digərinə isə zülmdür. Bu növ rəhm və mərhəmət nəfsani istək və şəhvətlər 
müqabilində müqavimət göstərmək kimi, müəyyən bir qüdrət sayılmamalıdır.
Buna görə də həmişə qüdrətdən dəm vuraraq ondan tam bəhrələnən və öz zəif nöqtələrini gizlədən şəxsin üstün və 
kamil insan olmasını iddia edən qüdrət məktəbi, qüdrətin özünü belə düzgün tanıyaraq dərk etmyib və onun həqiqətini 
anlamayıb.


78
Kamilliyə doğru Wap.IXLAS.Az
HƏDİSLƏR BAXIMINDAN HƏQİQİ QÜDRƏT
Qüdrət insanın başqalarının köməyinə tələsməsidir. Qüdrətli ruh öz övladlarına belə buyurur: 
«Zalıma düşmən, 
məzluma arxa ol!» 
Əli (ə) əziz övladları imam Həsən və imam Hüseyn (ə)-a belə buyurub: 
«Ey mənim övladlarım! Sizin 
güc və qüdrətiniz həmişə məzluma köməyə, zalımla döyüşə tələssin.» 
Bu iş qüdrət nişanəsidir. Məsələ burasındadır 
ki, Niçenin təklif etdiyi kin bəsləmək, həsəd, bədxahlıq və bu kimi xüsusiyyətlərin hamısı zəiflikdən yaranır. Həmişə 
başqalarından intiqam almaq istəyən, başqalarının pisliyini arzulayan və başqalarını incitmək istəyən şəxsin bu işləri, 
Niçenin dediyi kimi qüdrətdən deyil, zəiflikdən yaranır. İnsan nə qədər çox güclü və qüdrətli olsa, onun başqalarına 
qarşı kin və həsədi az olar. Sizə imam Hüseyn (ə)-dan bir cümlə nəql edim. O həzrət buyurub: 
«Qüdrət, kini aradan 
aparır.» 
Bu, çox maraqlı cümlədir və çox dəqiq psixoloji mülahizələr üzərində qurulub. Bəli, qüdrət kini aradan aparır, 


ni insan özündə güc və qüdrət hiss etdikdə başqalarına qarşı kin bəsləmir, əksinə zəif adam həmişə qəlbində kin 
saxlayır və başqalarına qarşı həsəd aparır.
İndi isə Əli (ə)-dan qeybət barəsində bir cümlə nəql edirəm. Əli (ə)-dan soruşurlar ki, qeybət edənlər, ürəkləri 
həmişə onun-bunun dalınca danışmaq istəyən və başqalarının dalınca pis sözlər danışmaqdan ləzzət alanlar kimlərdir? 
O həzrət buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə