MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə125/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   121   122   123   124   125   126   127   128   ...   158
Kamil insan

RUHİ QÜDRƏT
İndi isə islam me

yarları ilə bir mətləbi açıqlamaq istəyirəm və söhbəti Peyğəmbərdən (s) nəql edilmiş bir rəvayətlə 
başlayıram.
Hədis kitablarında nəql edilib ki, Peyğəmbər (s) Mədinədəki məhəllələrdən birindən keçəndə bir qrup gənc 
müsəlmanın, güclərini yoxlamaq üçün daş qaldırdığını gördü. Onlar bu günkü ağırlıq qaldıranlar kimi, həmin böyük 


76
Kamilliyə doğru Wap.IXLAS.Az
daşı qaldırmaqla güclərini sınayırdılar, biri daşı yerindən bir az qaldıra bilirdi, o biri ondan bir az çox və nəhayət hamı 
daşı yuxarı qaldırmağa çalışırdı. Peyğəmbər (s) onların yanında dayanaraq buyurdu: Mən sizə bu yarışda hakimlik 
edimmi? Onların hamısı sevindilər və dedilər: - Ey Allahın Peyğəmbəri! Bundan yaxşı nə ola bilər? Siz bizim bu 
yarışımıza hakimlik edin və bizlərdən hansımızın daha güclü olmağımızı deyin. Peyğəmbər (s) buyurdu: Yaxşı, mən 
hakim oluram, amma sizin daşı qaldırmağınıza ehtiyac yoxdur. Siz daşı qaldırmamış mən sizə hansınızın güclü olmasını 
müəyyənləşdirən bir me

yar və ölçü vasitəsi deyirəm. Soruşdular: Hansımız daha güclüdür? O həzrət buyurdu: Nəfsinin 
onu günaha sövq etməsi və onda günah meyli olmasına baxmayaraq, həmin istək müqabilində müqavimət göstərən şəxs 
daha güclüdür. Yə

ni insan, qarşısında olan günah bir işdən xoşu gəldiyi halda, həmin işdən uzaq olur və öz nəfsinin 
müqabilində dayanaraq bu istəyini həyata keçirməyir!
Peyğəmbər (s) burada iradi gücün nəfsani istəklər müqabilində dayanması məsələsinə toxunub. Güc, insanın yalnız 
yerdən daş qaldırması və qüdrət, onun ağır çəkili əşyanı çiyinlərində aparması deyil. Bu, güc və qüdrətin bir növü, 


ni fiziki gücdür ki, o, heyvanlarda da vardır və insanla heyvan bu gücə malik olmaq baxımından müştərəkdirlər. 
Mən bu növ qüdrətin kamal olmasını demək istəmirəm. Bu güc də kamaldır. Bəli güc də insan üçün kamillikdir. Amma 
insanda əzələ gücündən üstün digər bir qüdrət də vardır və o, iradənin gücüdür. İradənin gücü insanın nəfsani istəkləri 
müqabilində müqavimət göstərə bilməsidir.
Elə bu məntiqə görədir ki, islam əxlaqında, o cümlədən irfan ədəbiyyatımızda bu məsələ bir növ güc və qüdrət 
adlandırılıb. Peyğəmbər (s) həmçinin buyurub: İnsanların ən şücaətlisi nəfsani istəklərinə qalib gələndir. Burada da 
söhbət şücaət, qüdrət və qələbədən gedir. Sə

di deyir:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə