MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə123/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   119   120   121   122   123   124   125   126   ...   158
Kamil insan

ON BİRİNCİ FƏSİL
2. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
MƏHƏBBƏT MƏKTƏBİ
«Həqiqətən, Allah [Qur

anda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb 
qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə 
qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!»
(Nəhl-90).
Bizim, kamil insan mövzusunda olan keçən söhbətimiz qüdrət məktəbinin nəzərləri barəsində idi. Həmin söhbətimizdə 
qeyd etdik ki, bu məktəb baxımından kamillik güclülük, naqislik isə acizlik və zəifliklə bərabərdir. Bu məktəbdə hətta 
yaxşı və pis də bu me

yarlarla ölçülür. Onlar deyirlər ki, yaxşı güc, yaxşılıq isə güclülük deməkdir və həmçinin pis aciz 
və zəif, pislik isə zəiflik mə

nasındadır.
Filosoflar adətən bu məsələni «kamillik və naqislik», kəlam alimləri isə «yaxşı və pis» əsasında izah edirlər. Bu 
məktəbdə isə həmin şeylərin hər ikisini, yə

ni kamillik və naqisliyi, yaxşı və pisi güclülük və zəiflik me

yarları ilə 
ölçüblər. Filosoflar kamillik və naqislik, bunlar isə kamillik qüdrət, naqislik isə zəiflikdir deyirlər. Kəlam alimləri yaxşı 
və pis, bunlar isə yaxşılıq güclülük, pislik isə zəiflikdir deyirlər. Bu məktəbdə «haqq və batil», «ədalət və zülm»də bu 
me

yarlarla ölçülür. Belə ki, onların fikrincə haqq güc və qüdrətdən, batil isə acizlik və zəiflikdən ayrılmazdır. Ədalət və 
zülm də belədir; ədalət güc və qüdrət, zülm isə zəiflikdir. Bu məktəbə əsasən, bir-biri ilə dava edən iki nəfərdən güclü 
olanı daha kamil və daha yaxşıdır və haqq-ədalət də onunladır. Məğlub olan şəxs isə məğlub olduğu üçün naqis, pis, 
batil və zalımdır; məğlub olmaq və zəiflik naqislik, pislik, haqsızlıq və zalımlıqdır.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə