MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Heç bir ümmət, zəifləri güclülərdən haqqını



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə122/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   118   119   120   121   122   123   124   125   ...   158
Kamil insan

«Heç bir ümmət, zəifləri güclülərdən haqqını 
dili pəltək vurmadan (cəsarətlə) almaq mərhələsinə çatmayınca müqəddəs sayılaraq sitayiş edilməz. (Yə

ni yüksək 
məqamlara çatmaz).» 
Məqsəd budur ki, islam, öz haqqını tələb edə bilməyən zəifi qəbul etmir. Zəifləri öz haqlarını 
tələb edə bilməyən və bu qədər xar olan cəmiyyət, islam cəmiyyəti deyil.
Bizim böyük şəxsiyyətlərimiz necə olublar? İslam Peyğəmbəri (s) necə adam olub? Peyğəmbərin xüsusiyyətlərindən 
biri onun ruhi və cismi güc və qüvvətə malik olmasıdır. O həzrətin ruhi və mə

nəvi gücünü onun həyat tarixi göstərir.
PEYĞƏMBƏRİN (S) RUHİ VƏ CİSMİ GÜCÜ
«Məhəmməd – yenidən tanınmalı olan peyğəmbər» adlı kitabın müəllifi rumuniyalı Konstan Virjil öz kitabında 
iki mətləbi çox gözəl canlandırıb. Əlbəttə bu kitabda zəif nöqtələr çoxdur və bu, onun bütün tarixi sənədlərdən lazımı 
dərəcədə baş çıxarmamasından irəli gəlir. Onun çox yaxşı təsvir etdiyi iki şeydən biri Peyğəmbərin (s) yaşadığı 
cəmiyyətdəki mövqeyidir. Peyğəmbər (s) elə bir şəraitdə yerləşmişdi ki, onun siyasi-ictimai baxımdan heç bir ümid yeri 
yox idi və bütün şərait ona qarşı idi. Onunla qələbə arasında bir tük qədər də olsun bağlılıq yox idi. Amma o həzrət heç 
vaxt öz iradəsini əldən vermirdi. Peyğəmbərin iradəsi bütün hallarda bir zərrə belə titrəməyən dağ kimi idi. Doğrudan 
da Peyğəmbərin (s) həmin 23 il ərzində ruhiyyəsi çox maraqlıdır. İnsan həmin dövrün tarixini oxuyanda heyrətə gəlir. 
Peyğəmbərin (s) zamanında yaşamış Həssan ibni Sabitdən olan bu misrada doğrudan da çox düzgün deyilib:
Ləhu himəmun la muntəha likibariha
Və himmətuhus-suğra əcəllu minəddəhri.


ni: Onun böyüklüyünün sonu olmayan himmətləri var; ən kiçik himməti isə zəmanədən böyükdür.
Bundan əlavə Peyğəmbər (s) zahiri və fiziki qüdrət baxımından da qüvvəli adam olub. Onun bədəni qəhrəman və 
igid pəhləvan kimi olub. O, güclü və şücaətli olub. Kök və ya arıq deyil, ortabab olub. Bədəni əzələli olub. Əzələdən 
məqsəd budur ki, o həzrətin bədəni idmançı bədəni kimi olub. Ümumiyyətlə o həzrətin şücaəti o dərəcədə olub ki, Əli 
(ə) bu barədə belə buyurub: Biz, çətin vəziyyətlərdə Peyğəmbər (s)-ə pənah aparırdıq.
Mən 1966-cı ildə ilk dəfə olaraq Məkkəyə getmişdim. Həmin vaxt Məkkədə maraqlı və təəccüblü bir yuxu gördüm. 
Mən yuxuda Peyğəmbəri (s) arxadan gördüm; onun çox təəccüblü bədəni var idi və elə yuxudaca Əmirəl-mö

minin 
Əli (ə)-ın həmin cümləsini xatırladım. öz-özümə dedim ki, Əli (ə) boş yerə belə deməyib: «Biz çətin vəziyyətlərdə 
Peyğəmbərə (s) pənah aparırdıq.»
Bəli, Peyğəmbər (s) şücaətli və güclü olub, həmçinin güc və şücaəti də tə

rifləyib. Deməli, islamda güc və qüdrət 


riflənib, yə

ni bu din, onları insan üçün lazımı dəyər kimi qiymətləndirib.
İndi qısa da olsa demək istəyirəm ki, güc və qüdrət islamda digər insani dəyərlərlə yanaşı dayanan bir dəyərdir və 
həmin dəyərlər hamısı birlikdə əl-ələ verərək islamın kamil insanını yaradırlar. Əlbəttə bu barədə gələn söhbətlərimizdə 
geniş danışacağıq. Niçe bütün dəyərlər içərisində yalnız bu dəyəri görüb. Mə

lumdur ki, əgər ağacın bütün budaqlarını 
kəsərək yalnız bir budağını saxlasalar, həmin bir budaq inkişaf edər və digər budaqlar məhv olaraq aradan gedər. Niçe 
məktəbi ilə islam məktəbi arasındakı fərq budur ki, Niçe məktəbində insanlığın yalnız bir dəyəri var və o, güc və 


74
Kamilliyə doğru Wap.IXLAS.Az
qüdrətdən ibarətdir. Deməli, digər dəyərlər məhv edilərək bu bir dəyərə qurban edilir. Amma islamda, qüdrət digər ali 
dəyərlərdən biridir. Bu dəyər, digər dəyərlərlə yanaşı gətirildikdə lazımı forma alır.


75
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə