|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insandöyüşənləri sevər!»
Digər bir yerdə isə buyurur:
«Məhmmməd (s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar
[mö
᾽
minlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...» (Fəth-29).
Qur
᾽
anda buna bənzər
ayələr çoxdur.
Şücaət islamda mədh edilmiş həqiqətlərdəndir. İslamda izzət, yə
᾽
ni möhkəm və mətin məqama malik olmaq və heç
kəsin insanı xar edərək alçalda bilməməsi səviyyəsində gücə malik olmaq da bəyənilən işlərdəndir. Qur
᾽
anın düşmənlə
üzləşmək barəsindəki sözlərinə diqqət edin və görün ki, bu ilahi kitab bununla bağlı nə buyurur:
«[Ey mö
᾽
minlər!]
Allahın düşmənini və öz düşmənlərinizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri
[münafiqləri] qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və [cihad üçün bəslənilən] döyüş atları
tədarük edin...» (Ənfal-60).
Digər bir ayədə isə belə buyurur:
«[Ey mö
᾽
minlər!] Sizinlə vuruşanlarla siz də Allah
yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!»
(Bəqərə-190).
Gördüyünüz kimi ayədə həddi aşmaq qadağan edilib. Bu o deməkdir ki, düşmənlə döyüşəndə də haqq-ədaləti unutmaq
olmaz. Alimlər bu ayənin təfsirində deyiblər ki, düşmənlə döyüşəndə vuruşunuzu, düşmən döyüşü davam etdirənə kimi
davam etdirin. Əgər düşmən «təslim oldum» deyərək silahını yerə qoysa siz silah işlətməyin, çünki bundan sonra silah
işlətmək həddi aşmaq və təcavüzdür. Qocaları, qadın və uşaqları öldürməyin, onlara toxunmayın, döyüş meydanından
kənara çıxmış adamla işiniz olmasın, yalnız sizinlə döyüşən adamla, var gücünüzlə vuruşun. Bunlar Qur
᾽
ani-kərimdə
olan bir sıra hökmlərdir və bu ilahi kitabda buna bənzər digər ayələr də vardır.
Dostları ilə paylaş: |
|
|