70
Kamilliyə doğru Wap.IXLAS.Az
həyatı hiddətli və xoş keçməlidir. «Mən»liyin mə
᾽
nası nəfsin çiçəklənərək daha güclü olmasıdır və insan öz nəfsinin
istək və arzularından daha çox bəhrələnməlidir.»
İndiyə kimi hamı deyirdi ki, bu işlərin görülməsi əxlaqa ziddir, amma o, «nəfsani istəklərinizə uyğun olaraq əməl
edin və əxlaq də məhz budur» deyir. Niçe deyir ki, ümumiyyətlə yaxşı işlər elə bunlardır.
«Bə
᾽
ziləri deyirlər ki, dünyaya gəlməməyimiz daha yaxşı olardı, bəlkə də məsələ onlar dedikləri kimidir, mən
bilmirəm. Amma bunu da bilirəm ki, pis ya yaxşı bu dünyaya gəlmişik və ondan bəhrələnməliyik, bu bəhrələnərək ləzzət
almaq hər nə qədər çox olsa o qədər yaxşıdır.»
O, deyir ki, mənim hədəf və məqsədim dünyadan bacardıqca çox və yaxşı bəhrələnməyim olmalıdır. Mənə, bu
hədəfimə çatmaqda kömək edən hər bir şey yaxşı və əxlaqa uyğundur. Bu, Müaviyənin malik olduğu və həmişə
təkrarladığı fikirdir: «Biz dünya ne
᾽
mətləri içərisində batdıq və ağnadıq.»
Niçe deyir:
«Mənim bu hədəfim üçün əlverişli olan hər bir şey, hətta daş ürəklilik, rəhimsizlilik, hiylə, yalan, müharibə və dava
çox yaxşı işdir və həmin bu hədəfimə zidd olan hər bir şey – düzlük, mehribanlıq, fəzilət və pərhizkarlıq olmasına
baxmayaraq pisdir. Xalq, qəbilə və millətlərin hüquqi baxımdan bərabər olmaları fikri də boş sözdür, bu fikir və inam
insan cəmiyyətinin inkişafına ziddir.»
Niçe deyir ki, bütün insanların hüquq bərabərliyinə malik olmaları fikri səhv bir fikirdir, çünki həmin fikir zəiflərin
güclülər səviyyəsində saxlanılmalarına və yazıq güclülərin də irəliləyə bilməmələrinə səbəb olur. Qoy zəiflər əzilsinlər
və güclülər üçün yer açılsın, güclülər üçün meydan açılanda «üstün insan» yaranır.
«İnsanlar iki dəstəyə bölünməlidirlər: Onlardan biri qüvvətli və sərvətlilər, digəri isə asılılar və qullar olmalıdırlar.
Əsalət və şərəf güclülərə aiddir və varlığın hədəfi onlardır. Əlaltılar isə onların istəklərinin həyata keçirilməsi üçün alət
və vasitədirlər... Cəmiyyət və mədəniyyət bə
᾽
zilərinin güman etdikləri kimi güclülərin əlaltıları qorumaları üçün deyil,
həmin şərəfli təbəqə və sinfin işlərinin irəliləməsi üçündür.»
Bəli, Niçe deyir ki, cəmiyyət və kütlə yalnız güclülərin var-dövlətə çatmaları üçündür və zəiflər güclülərə yük daşımalı
olan heyvan kimidirlər. Onun fikrincə Sə
᾽
dininin aşağıdakı şe
᾽
ri düz deyil, çünki əslində qoyun çoban üçündür.
Sə
᾽
di deyir:
Dostları ilə paylaş: