|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanKamil insanONUNCU FƏSİL
1. QÜDRƏT MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə [düşmənə qarşı] vuruşmuşlar. Lakin onlar Allah yolunda
çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də [kafirlərə] boyun əymişlər. Allah səbr edənləri
sevər.»
(Ali-İmran-146).
Kamil, nümunəvi, ideal, üstün və ali insan barəsində nəzəriyyə vermiş məktəblərdən digər birisi də «qüdrət»
məktəbidir. Bu məktəbdə kamil insan, qüdrətli və güclü insana deyilir. Başqa sözlə desək, onlar qüdrət və bacarığa
«kamillik», zəiflik və bacarıqsızlığa isə naqislik kimi baxırlar. Bu məktəbin nəzəriyyələrinə əsasən, insan güclü olduğu
qədər kamil, zəifliyi qədər isə naqisdir və ümumiyyətlə haqq və ədalət heç bir həqiqətə malik deyil və onların güc və
qüdrətdən başqa mə
᾽
naları yoxdur.
Biz, adətən iki qüvvə qarşı-qarşıya dayananda onların hansının qalib gələcəyini nəzərə almadan birinin haqlı və
ədalətli, digərinin isə nahaq, zalım və batil olmasını fikirləşirik. Bu cür qarşılaşmalarda haqqın batilə və ya batilin
haqqa qalib gəlməsi mümkündürmü? Yə
᾽
ni ola bilərmi ki, batil haqqa qalib gəlib onu məğlub etsin, həmçinin haqq
batilə qalib gəlsin. Əlbəttə, Qur
᾽
anın məntiqi baxımından son qələbə həmişə haqqa məxsusdur və batilin qələbəsi
müvəqqəti və ötəridir. Bu, Qur
᾽
an baxımından çox diqqətəlayiq bir məsələdir. Amma bununla belə, bu ilahi kitaba
əsasən həmişə qarşı-qarşıya dayanmış iki qüvvədən qalib gələni haqq, məğlub olanı isə nahaq və batil deyildir. Qürdət
məktəbi tərəfdarları isə deyirlər ki, tərəf müqabilini məğlub edən qüvvə haqdır, qüdrətli və güclü tərəfin gördüyü iş,
güclü və bacarıqlı olduğu üçün ədalət hesab olunmalıdır.
QÜDRƏT MƏKTƏBİNİN TARİXÇƏSİ
Bu məktəb, dünyada qədim keçmişə malikdir və onun tarixçəsi Sokratdan qabaqkı dövrlərdən başlanır. Sokrat həzrət
İsa (ə)-ın mövludundan təqribən 400 il qabaq yaşayıb və indi həmin vaxtdan təqribən 2400-2500 il keçir. Sokratın
yaşadığı dövrdən qabaq «səfsətəçilər» adlandırılan bir qrup olub. Onlar, ictimai məsələlərdə bu günkü «qüdrət»
məktəbinin nəzərinə bənzər fikirlərə malik olublar. Amma həmin fikir o zaman Yunan dünyasında Sokrat, Əflatun
və Ərəstu kimi filosofların üzə çıxmaları ilə aradan getmişdir. Sonralar da xristianlığın gəlməsi ilə bu qism fikirlərə
qətiyyən yer olmayıb, çünki xristianlıq bu tərzli fikirlərin tam əks müqabilində dayanıb, yə
᾽
ni nəinki qüdrəti təbliğ
etməyib, hətta ona qarşı çıxaraq zəifliyi təbliğ edib. Xristianlığın «biri sağ üzünə sillə vuranda, sol üzünü çevir ki,
ona da vursun və hətta özünü belə, müdafiə etmə» deməsi zəifliyin bir növ təbliğidir. Güc və qüdrət barəsində xüsusi
məntiqə əsaslanan islam dini, dünyada zühur edəndə gücün haqq-ədalətlə bərabər olmasını və ya haqq və ədalətin güc
və qüdrətdən ibarət olmasını deməyib. Əcnəbilər haqqa «gücün haqqı», yə
᾽
ni zor və güclə bərabər olan haqq deyirlər.
Qərbdə sonralar bir daha belə bir fikir yarandı ki, haqq zor və güclə bərabərdir. Bu fikir ilk dəfə siyasi fəlsəfədə,
yə
᾽
ni yalnız siyasi fikirlər çərçivəsində yaranıb. Məşhur italyan alimi və filosofu Makyavelin siyasi fəlsəfəsi ağalıq
üzərində qurulub. O, deyir ki, siyasətdə nəzərə alınması lazım olan yeganə şey ağalıqdır və bu sahədə ondan başqa heç
nə mö
᾽
təbər deyildir. Siyasi hədəflərə, yə
᾽
ni həmin ağalığa çatmaq üçün hər şeyə – yalan, hiylə, biclik, yalandan and
içmək, xəyanət, başqalarının haqlarını tapdalamaq və bu qism şeylərə icazə verilir. Siyasətdə bu işlərə yol verilməsi
qətiyyən pislənilməməlidir. Sonralar bu işləri təkcə siyasət aləmində deyil, qeydsiz-şərtsiz bütün sahələrdə mümkün
sayan filosoflar üzə çıxdılar və onlar məsələni ümumi əxlaq norması kimi genişləndirməklə, siyasətçilərə bu yolu tutub
getmələri barədə yaşıl işıq yandırdılar. Onlar, hətta ali və insani əxlaqın həmin ağalıq və iqtidar olmasını deyiblər.
Məşhur alman filosofu Niçe, əxlaqda qüdrət nəzəriyyəsini ümumi şəkildə irəli sürüb. O, ömrünün sonunda dəli olub,
amma mənim fikrimcə həmin dəliliyin əlamətləri elə onda əvvəldən də aşkar imiş.
Dostları ilə paylaş: |
|
|