|
MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insanNİÇENİN DARVİN NƏZƏRİYYƏSİNDƏN İSTİFADƏSİKamil insanNİÇENİN DARVİN NƏZƏRİYYƏSİNDƏN İSTİFADƏSİ
Dünyada başqa bir nəzəriyyə də yarandı ki, o, Niçe üçün digər bir əsasa çevrildi. Həmin nəzəriyyə darvinizmdir.
Darvin dindar bir xristian olub. O, əslində Allaha zidd bir adam olmayıb və sözlərində Allahın olmasını e
᾽
tiraf edib
və həzrət İsa (ə)-a hörmət bəsləyib. Hətta onun həyatı barəsində kitablarda yazılıb ki, Darvin öləndə, yə
᾽
ni can verən
halda müqəddəs kitabı sinəsi üzərinə qoyaraq ondan möhkəm yapışıbmış. Amma Darvinin nəzəriyyəsi onun özünün
də təsəvvür etmədiyi sui-istifadələrə düçar oldu. O cümlədən materialistlər, onun təkamül nəzəriyyəsindən Allahı inkar
etmək üçün vasitə kimi istifadə ediblər.
Darvin fəlsəfəsindən edilmiş sui-istifadələrdən biri də, əxlaq məsələlərində, yə
᾽
ni yaxşı, nümunəvi kamil insan
qurmaq barəsindəki məsələlər olub. Bu sui-istifadənin səbəbi Darvin fəlsəfəsinin əsaslarından birində həyatın «ölüm-
dirim mübarizəsi olması» deyilməsidir. Onun yaratdığı dörd prinsipdən biri «zata məhəbbətdir.» Yə
᾽
ni hər bir heyvan
öz zatını sevir və onu qorumaq üçün çalışır. Həmin prinsiplərdən bir digəri də həyatın ölüm-dirim mübarizəsi omlasıdır.
Belə ki, Darvinin sözlərinə əsasən, bu dünyada həyat və yaşayışın əsas və kökü canlıların həmişə bir-birləri ilə mübarizə
və döyüş halında olmaları və daha güclünün qalmasıdır. Canlılar təbiətin qəlbirində ələnir. Ümumiyyətlə müharibənin
özü təbiətin qəlbiridir, təbiət heyvanları, onların arasında olan daimi keşməkeş və müharibədə süzgəcdən keçirərək
həyat üçün daha layiqlisini seçir. «Həyat və yaşamağa daha layiqli»sindən məqsəd, mübarizə meydanında özünü daha
yaxşı qoruya bilən və rəqibini məhv edərək özünü saxlayan varlıqdır.
Darvin fəlsəfəsinin bu prinsipinə irad tutaraq deyiblər ki, varlılar güclülüklərinə görə deyil, başqa səbəblərə görə
qalırlar, «həyat və yaşamaq ləyaqətinə nail olmaq» isə başqa bir şeydir. Amma biz həmin iradlara toxunmaq istəmirik.
Hər halda Niçe həmin prinsipdən nəticə çıxararaq belə deyib: «Bütün canlılar, hətta insanların həyatı buna əsaslanır.
Müharibə və mübarizə insanların həyatında hökm sürən mühüm prinsiplərdəndir və güclü insan, bu mübarizədən
salamat çıxır. Haqq da mübarizədən sağ çıxaraq qalan insanladır. Niçe, sözünün davamında deyib ki, təbiət üstün insana
doğru hərəkət edir və kamil insan gələcəkdə yaranmalıdır. (Onların «üstün insan»dan məqsədləri bizim «kamil insan»
adlandırdığımız varlıqdır). Kamil insandan məqsəd nədir? Onun fikrincə kamil insan daha çox güc və qüdrətə malik
insandır. Kamil insan onda, qətiyyən zəif insan yetişdirən əxlaq olmayan şəxsdir. Zəif insan yetişdirən əxlaqdan məqsəd
nədir? Həmin əxlaqdan məqsəd bizim kamillik hesab etdiyimiz şeylər, yə
᾽
ni məhəbbət bəsləmək, mehribançılıq, yaxşılıq
və xalqa xidmətdir. Niçe deyir ki, bu əxlaq bəşəriyyətin evini yıxıb, onun təkamülünə mane olub, üstün və kamil insan
olan güclü insanın yetişməsinin qarşısını alıb. Onun fikrincə kamil insan, həmin zəif nöqtələrə malik olmayan insandır.
Beləliklə Niçe həm Sokratın və həm də həzrət İsanın düşmənidir. O, deyir ki, Sokrat öz əxlaq məktəbində iffət, paklıq,
ədalət, mehribançılıq və bu kimi sifətlərə yiyələnməyi tövsiyə etməklə xəyanət edib və ondan da pis mehribançılıq,
məhəbbət və səmimiyyət barəsində çox söhbət etmiş İsanın işidir. Niçenin fikrincə bunlar insanın zəif nöqtələridir,
insan bu sifətlərdən nə qədər uzaq olsa, kamilliyə bir o qədər yaxın olar, çünki kamillik qüdrət və bacarıq, naqislik isə
acizlik və naqislikdir və həmin sifətlər də naqislikdən yaranır.
Dostları ilə paylaş: |
|
|