MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə109/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   105   106   107   108   109   110   111   112   ...   158
Kamil insan

GƏNCLƏRƏ TöVSİYƏ
Mən Cavid məscidindəki söhbətlərimdən birində bir nöqtəyə toxunmuşdum və indi izah etmək üçün onu burada bir 
daha təkrar etmək istəyirəm. Həmin söhbətimdə, son zamanlar imam Hüseyn (ə)-ın adından yayılmış «həyat əqidəyə 
malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir» cümləsi barəsində danışaraq dedim ki, islami mətnlərin heç 
birində o həzrətdən belə bir hədis nəql edilməyib. Deməli, həmin hədis sənədsiz olduğu üçün mö

təbər deyildir. Hədisin 


nası da düz deyildir və o imam Hüseyn (ə)-ın məntiqi ilə də uyğun gəlmir. İslam məntiqi baxımından həyat, insanın 
əqidəyə malik olması və onun uğrunda cihad etməsi demək deyildir. İslamda əqidə deyil, haqdan söhbət gedir. Buna 
görə də həyat insanın haqqı tapması və onun yolunda cihad etməsidir. Əqidə yolunda cihadın zəruriliyi fikri əcnəbilərə 
məxsusdur və o, sonralar müsəlmanlar arasında aşağıdakı şe

r şəklini alıb.
Qif dunə rə

yikə fil həyati mucahidən
İnnəl həyatə əqidətun və cihad.


ni: Həyatda, sənin fikir və əqidəndə olmayanları döyüşlə dayandır, çünki həyat əqidə və cihaddır.
Mən gördüm ki, gənclərdən bir neçəsinin ürəyi həmin cümlənin imam Hüseyn (ə)-dan olmasını istəyir və mənim 
həmin cümlənin o həzrətdən olmamasını deməyim onların xoşuna gəlmir. Buna görə də ilk növbədə qeyd etmək 
istəyirəm ki, biz gənc nəslə, onları əqidələrində təəssübkeş deyil, həqiqət axtaran hesab etdiyimiz üçün xüsusi hörmət 
bəsləyirik. İndi əvvəla, əgər gənc nəslin də başına bir şey girəndə onu başlarından çıxarmaq mümkün olmasa və ya onlar 
da heç bir dəlil və məntiqə əsaslanmadan söz danışaraq əqidələri barəsində söhbət etməyə icazə verməsələr, keçmiş nəsl 
kimi olurlar. Belə gənclə keçmiş arasında olan fərq budur ki, onun bu cümlədən, keçmiş nəslin isə başqa cümlədən xoşu 
gəlib. Amma hər iki işin mahiyyəti birdir, yə

ni sən də, o, da dəlil və sübutsuz öz əqidənizdən yapışmısınız.
İkincisi, siz indi qabaqcadan öz dostunuzdan eşidirsiniz ki, bu cümlə həm islamın məntiqi ilə düz gəlmir, həm də 


66
Kamilliyə doğru Wap.IXLAS.Az
heç bir kitabda onun sənədi yoxdur. İndi fərz edin ki, sizin düşmən və müxaliflərinizdən olan və islam məsələlərindən 
yaxşı baş çıxaran bir qeyri-müsəlman şəxs «həmin hədis imam Hüseyn (ə)-dandır» deyib haray salan müsəlmana belə 
deyir: «Filankəs, imam Hüseynin sözlərinin kitablarda sənəd və kökü olmalıdır. O bu cümləni harda deyib?» Belə olan 
surətdə təbii ki, siz həmin cümləni tapa bilməyəcək və durub, mənim yanıma gəlib belə deyəcəksiniz: «Həyat əqidəyə 
malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir» cümləsi harada və hansı kitabda yazılıb? Onu tez mənə göstər. 
Mən həmin sənədi mübahisə etdiyim müxaliflərdən birinə göstərmək istəyirəm. Mən onda sizə desəm ki, bu cümlə heç 
bir kitabda imam Hüseyn (ə)-ın dilindən nəql edilməyib, deyəcəksiniz ki, bəs bunu indiyə kimi nə üçün deməmisən 
ki, biz belə səhvə yol verməyəydik. Bəli, onda sizin kimisinin biri gəlib mənim kimisinin yaxasından yapışacaq ki, 
nə üçün bu qədər susdun, niyə heç nə demədin və indi biz düşmən qarşısında çıxılmaz vəziyyətdə qalanda və düşmən 
tərəfindən məhkum ediləndə səsini çıxarırsan?! Belə bir cümlənin olmamasını indi deyirsən?! Üçüncüsü, əgər siz bu 
cümləyə igidlik və qəhrəmanlıq baxımından vrulmuşsunuzsa, imam Hüseyn (ə)-ın ondan yüz qat artıq üstünlüyə malik 
cümlələri var. Sizcə «həyat əqidəyə malik olmaq və onun uğrunda cihad etməkdən ibarətdir» cümləsi yaxşıdır, yoxsa 
bundan əvvəl oxuduğumuz «izzət və şərəfli ölüm, zillətli həyatdan daha yaxşıdır» cülməsi? Bunlardan hansı yaxşıdır? 
O cümlə yaxşıdır, yoxsa o həzrətin bu cəmləsi ki, buyurur:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə