MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə105/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   101   102   103   104   105   106   107   108   ...   158
Kamil insan

İNSANIN HƏQİQİ «MƏN»LİYİ
Burada, müasir fəlsəfədə də başqa cür irəli sürülən bir sual qarşıya çıxır ki, insanın «həqiqi mən»liyi kim və 
nədən ibarətdir? Filosofların bu barədə xüsusi nəzərləri vardır. Onlar deyirlər ki, hər bir şəxsin «mən»liyi, onun ruhu, 
insanın tanıyaraq ayırd etdiyi şeydir. İnsanın hiss etdiyi «mən» onun ruhudur. Ondan «mən» kimdir deyə soruşanda o, 
«ruhumdur» deyə cavab verir.
Müasir psixologiya elmi belə bir nəticəyə gəlib ki, insanın özünün hiss etdiyi miqdarı, onun «mən»liyinin yalnız bir 
hissəsidir. Onun «mən»liyinin çox hissəsi isə hissedilməzdir və insan onun mövcudluğundan xəbərsizdir. Yə

ni onun 
zahiri hissiyyatında mövcud deyil. Ariflər burada mö

cüzə edərək bu günkü psixoloqlardan daha dəqiq söz deyiblər. 
Onlar filosoflarla aşkar müxalifət edərək belə deyiblər: – Filosoflar, insanın «mən»liyinin, onun ruhu olmasını deməklə 
səhv deyiblər. «Mən», filosofların insanın ruhu adlandırdığı şeydən çox dərin və dəqiqdir. Şəbüstəri demişkən:
Məno to bərtər əz cano tən aməd
Ke cano tən ze əczaye mən aməd.


ni: «Mən və sən» ruh və cismdən üstündür, ruh və can «mən»liyin hissələridir.
Əlbəttə, onlar deyirlər ki, insan öz həqiqi «mən»liyini Allahı kəşf edəndə dərk edə bilər. İnsanın öz «mən»liyini 
müşahidə etməsi, heç vaxt Allahı dərk etməkdən ayrılmır və bu məsələ Qur

anda da bəyan edilib. 
«Allahı unutduqları 
üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın 
itaətindən çıxmış] fasiqlərdir!» (Həşr-19). 
Bunun özü geniş bir mövzudur.
Ariflər insanın «mən»liyinin filosofların dərk etdiklərindən dərin olmasına çox diqqət yetiriblər. Mühyiddin Ərəbi, 
İbni Sina kimi filosofları çox təhqir edib. Şəbüstərinin sözləri də eynilə Mühyiddinin sözləri kimidir.
Mövlana bir yerdə bu mətləbi çox maraqlı şəkildə bəyan edib:


64
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə