MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


«Kim  (dünyada) azğınlıq etmişsə, dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə101/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   97   98   99   100   101   102   103   104   ...   158
Kamil insan

«Kim 
(dünyada) azğınlıq etmişsə, dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! Amma 
kim Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən onun yurdu 
Cənnətdir.» 
Qur

an nəfsin qarşısının alınması zəruriliyini vurğulayaraq, onun, öz istəklərinin dalınca getməsinə mane 
olmağı tə

kid edir. Başqa bir yerdə isə belə buyurur: 
«[Ya Peyğəmbər!] Nəfsini özünə tanrı edən və Allahı bilərəkdən 
[onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün] yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, 
gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?...» (Casiyə-23). 
Digər bir yerdə isə həzrət Yusifin dilindən belə nəql 
edir: 
«Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs [insana] pis işlər görməyi 
[şəhvətə uymağı] əmr edər...» (Yusif-53). 
Siz həzrət Yusifin bu sözlərinə diqqət edin. O, özündən arxayın olmasına 
baxmayaraq yenə də «nəfs pis işlər görməyi əmr edər» deyir.
Yusif demək istəyir ki, insanın nəfsi həddindən artıq çox dolaşıq bir sistemə malikdir və onun onuncu qatında 
insanın onun mövcudluğundan xəbərsiz olduğu şeylər ola bilər. O, buna görə də «mən özümü təmizə çıxartmıram» 
deyir. Mö

minin xüsusiyyətlərindən biri də budur ki, o, heç vaxt nəfsinə, pis işlər görməyəcəyi baxımından e

timad 
göstərmir.
Buna görə də islam, nəfslə cihad edilməsi məsələsini təsdiq edir. Ümumiyyətlə nəfslə cihad kəlməsi islama məxsus 
olan terminlərdəndir. Bu kəlmənin tarixçəsi belədir ki, səhabələrdən bir qrupu çətin döyüşlərdən birindən qayıdanda 
cəm şəkildə Peyğəmbərin (s) hüzuruna getmişdilər. Siz peyğəmbərin vəziyyətdən necə düzgün istifadə etməsi və sözü 
nə qədər yerində deməsinə diqqət edin. O həzrət müharibədən qayıtmış əsgər və döyüşçülərə afərin demək istəyir, amma 
bununla bərabər onlara böyük əxlaq dərsi də verir. Peyğəmbər (s) həmin dəstəyə üz tutaraq belə buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə