MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə99/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   95   96   97   98   99   100   101   102   ...   158
Kamil insan

Nəfs əjdərhast u key mordeəst
Əz qəme bialəti əfsordəəst.
İnsanın nəfsi, əfi ilan kimidir. Əfi ilan qışda donmuş və hissiz hala düşür. Həmin vaxt insan ona əl vuranda o, qətiyyən 
tərpənmir və hətta uşaq onunla oynasa o, uşağı sancmaz. Əfi ilanını belə bir vəziyyətdə görən insan onun tamamilə 
ram olduğunu təsəvvür edir. Amma həmin ilana qızmar günəş şüaları dəyəndə o, birdən birə dəyişilir və başqa bir 
şeyə çevrilir. Mövlana dağdan əjdaha tutub gətirmiş ilantutan barəsində geniş bir hekayət nəql edib ki, biz onu burada 
zikr etməyəcəyik. Həmin hekayətin sonunda isə yuxarıda dediyimiz şe

ri gətirib. Onun bu beytinin mə

nası budur ki, 
nəfsinin ölmüş olduğunu təsəvvür etmə, o, donmuş əjdahadır. Əgər ona isti dəysə, onun nə olduğunu bilərsən!
Mövlana başqa bir yerdə insanın gizlin və yatmış meylləri barəsində psixoloqları heyrətə salmış bir təşbeh işlədib. 
O, bu barədə belə söyləyib:
Meylha həm çun səgane xofteənd
Əndərişan xeyro-şər benhofteənd
Çunke qudrət nist xoftənd on rəde
Həm çu heyzom parhavo tənzəde.


ni: Meyllər yatmış itlər kimidir, onların içində xeyir və şərlər gizlənib. Onlar qüdrət olmadığı üçün odun parçaları 
kimi bir sırada yatıblar.


qin ki, bir neçə itin bir yerdə yatmasını görmüsünüz. İtlərin hamısı başlarını əllərinin üstünə qoyur, gözlərini 
yumaraq sakit yatırlar. Adam onları belə bir vəziyyətdə görəndə elə bilir ki, bir neçə qoyun-quzu yatıb.
Take mordari dər ayəd dərmiyan
Nəfxe sure hers kubəd bər səgan
Çünke dər kuçe xəri mordar şod
Səd səge xofte bedan bidar şod


ni: Araya bir leş atılan kimi hərislik hissi itləri əzişdirir, küçədə bir uzunqulaq ölsə, ona yatmış yüz it durar.
Mövlana deyir ki, əgər həmin itlərin arasına bir murdar leş atılsa, bir-birlərinin kənarında sakit yatmış və qoyun 
kimi başlarını əlləri üstünə qoymuş həmin itlər birdən yerlərindən sıçrayar, gözləri hədəqələrindən çıxar, boğazlarından 
mırıldama səsləri yüksələr və onların tüklərinin hər biri iti dişə dönər.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə