MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə95/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   91   92   93   94   95   96   97   98   ...   158
Kamil insan

DOQQUZUNCU FƏSİL
2. İRFAN MƏKTƏBİNİN TƏNQİD VƏ ARAŞDIRILMASI
«Kim [dünyada] azğınlıq etmişsə, dünyanı [axirətdən] üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni Cəhənnəmdir! 
Amma kim [qiyamət günü] Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, 
həqiqətən onun yurdu Cənnətdir!» (Naziat 37-41).
İrfan məktəbində kamil insan barəsində olan mühüm məsələlərdən biri də, insanın öz nəfsi ilə əlaqəsi məsələsidir. 
Əlbəttə bu, həm də islami bir məsələdir. Belə ki, biz həm arif və sufilərin dilində və həm də ali islam tə

limlərində 
eqoizm, xudpəsəndlik və nəfsani istəklərlə mübarizə məsələləri ilə rastlaşırıq. Bəlkə də həm «arif və sufilərin dilində 
və həm də ali islam tə

limlərində» ifadəsini işlətməklə onları bir-birindən ayırmaq düzgün deyil, çünki islami ariflər bu 
məsələlərdə bu dinin özündən ilham alıblar və onların bu qism ifadələrinin hamısı islami ifadələrdir. Biz bu söhbətimizdə 
bu məsələ ətrafında danışaraq onu izah etmək istəyirik.
Nəfsin təmizlənməsi adlandırılan şeydə ərəb dilində «nəfs» deyilən «öz» ilə mübarizə aparırlar. Məsələn, bu barədə 
danışanda «nəfslə cihad» kimi ifadələr işlədilir. Nəfs insan üçün hətta daxili düşmən kimi qələmə verilir. Sə

di deyir:
To ba doşməne nəfs həmxaneyi
Çe dər bənde peykar biqaneyi.
Bu ifadə Peyğəmbərin (s) müqddəs kəlamlarından iqtibas edilib. O həzrət buyurub: 
«Sənin ən təhlükəli və qorxulu 
düşmənin öz nəfsindir...


di Gülüstan kitabında deyir: – Bir arifdən soruşdular ki, Peyğəmbər (s) nə üçün nəfsin ən təhlükəli düşmən 
olmasını deyib. Arif cavab verib: «Nəfsdən başqa hansı düşmənə yaxşılıq etsən, istədiyini ona versən səninlə dost olar, 
amma nəfsin istəklərini nə qədər tə

min edirsənsə, bir o qədər qatı düşmənə çevrilir.»
Bəli, onlar nəfsə düşmən gözü ilə baxıblar və dedikləri bu nəfs həmin «öz»dür; nəfspərəstlik və eqoistlikdir.
İndi, bu mətləbi daha çox açıqlamaq və «öz» və ya eqoistliyin pis olmasının nə demək olduğunu bilmək istəyirik.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə