MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə91/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   87   88   89   90   91   92   93   94   ...   158
Kamil insan

Ançe həqqəst əz həblül vərid
Tu fəkəndi tire fekrətra bəid
Ey kamano tirha bər saxte
Gənc nəzdiko to dur əndaxte
İrfanda «özündən tələb et», «qəlb heyrətlər şəhəridir», «dünya küp, qəlb isə su arxıdır», «dünya ev, qəlb isə şəhərdir» 
və bu kimi məsələlərə çox tə

kid edilib, yə

ni xarici aləm və təbiət çox təhqir edilib. İrfan məktəbində təbiətdən hətta 
kiçik bir kitab və mə

rifət mənbəyi kimi belə çox az söz açılır, halbuki, Əli (ə)-a nisbət verilmiş kəlamda dünya böyük 
aləm, insan isə kiçik aləm kimi tanıtdırılıb.***
Əgər biz onların bu məntiqini Qur

anın məntiqi ilə tutuşdursaq görərik ki, o, bir çox müsbət cəhətlərə malik olmasına 
baxmayaraq, Qur

anın təbiətə bu qədər e

tinasız olmaması müqabilində yetərsizdir. Qur

an baxımından təbiət və 
batindəki nişanə və əlamətlər bir-birinin kənarındadırlar. 
«...Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə 
[kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik...» (Fussilət-53).
Əlbəttə mən, insan üçün olan ən ali və şərəfli mə

rifət və agahlıqların onun öz daxilindən yaranaraq əldə edildiyini 
qəbul və e

tiraf edirəm. Amma bu, təbiətin heç nə olması, haqqın nişanəsi və Allahın qüdrət əlaməti olmaması və yalnız 
qəlbin Allahın aynası olması demək deyil. Bəli, qəlb Allahın bir aynası, təbiət isə digər bir aynasıdır.
İNSANIN TƏBİƏTLƏ ƏLAQƏSİ
Burada çox dəqiq bir nöqtə var və o, insanla təbiət arasındakı əlaqənin necəliyidir. İnsanla təbiət arasındakı əlaqə 
bir-birinə yad olan iki şey arasındakı əlaqədirmi? Yaxud iki yad şey arasındakı əlaqədən də pis, yə

ni məhbusla zindan 
və quşla qəfəs arasındakı əlaqə kimidirmi? Yusiflə Kən

an quyusu arasındakı əlaqə kimidirmi? Bu məsələ diqqəti cəlb 
edən mühüm məsələlərdəndir.
Kimsə deyə bilər ki, ümumiyyətlə insanın dünyaya gəlməsi quşun qəfəsdə, azad insanın zindanda yerləşməsi və 
Yusifin quyuya düşməsi mə

nasındadır. Deməli, əgər təbiətin bizim üçün zindan, quyu və ya qəfəs olmasını fərz etsək, 
insanla onun əlaqəsi yüksək səviyyədə paradoksal (ziddiyyətli) təsəvvür olunmalıdır.
Buna görə də belə bir sual yaranır ki, bizim təbiətdəki sə

y və təlaşımız necə olmalıdır? Biz, qəfəsdən nicat tapmaq və 
bundan başqa heç bir işi olmayan quş və ya zindanla onun divarlarını uçurdub canını oradan qurtarmaqdan başqa çıxış 
yolu olmayan məhbus kimi çalışmalıyıqmı? Yusifin quyuda karvan gözləməkdən başqa bir işi olmayıb. O, gözləyirdi 
ki, karvan gəlsin və su götürmək üçün quyuya ip sallayanda ondan tutaraq çölə çıxsın.
Görəsən Qur

an və islam, insanın təbiətlə əlaqəsini məhbusla zindan arasındakı əlaqə qismindən hesab edirmi? 
Yusiflə quyunun əlaqəsi kimi sayırmı? Quşla qəfəs əlaqəsi hesab edirmi? İrfanda bu məsələ üzərində çox tə

kid edilib. 
Sənai deyir: «Tovuz quşları kimi qəfəsi sındır və yüksəkliklərə uç», başqası isə «Ey Misirin Yusifi quyudan çıx» kimi 
sözləri deyib. İnsanın təbiətlə əlaqəsini zindanla məhbus əlaqəsinə bənzətmək barəsində də çox sözlər danışılıb.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə