MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


ƏQLİN BƏ᾽Zİ ARİFLƏR TƏRƏFİNDƏN TƏHQİRİ



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə88/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   84   85   86   87   88   89   90   91   ...   158
Kamil insan

ƏQLİN BƏ᾽Zİ ARİFLƏR TƏRƏFİNDƏN TƏHQİRİ
Bizim keçən söhbətlərimizin mövzusu irfan, yə

ni bu məktəbdəki kamil insan nəzəriyyəsi barəsində idi. Bizim 
fikrimizcə irfan məktəbi hətta, digər irfanlarla çox fərqlənən, çoxlu islami cəhətlərə malik olan və ariflərinin çoxunun 
kamil insan nəzəriyyəsi islamın kamil insanına çox-çox yaxın olan islam irfanının kamil insanı da tənqid edilməlidir. 
Əlbəttə mən, irfan məktəbinin kamil insan nəzəriyyəsinin bütün qədim və müasir məktəblərin nəzəriyyələrindən zəngin 
olduğunu e

tiraf edirəm. Çünki nə klassik və nə də müasir məktəblər bu barədə onlara çata bilməyiblər. Amma bütün 
bununla belə, bu məktəb də bə

zi zəif nöqtələrə malikdir ki, onlar tənqid edilməlidir. Keçən söhbətimizdə ariflərin kamil 
insan nəzəriyyələrinə edilmiş üç tənqidi bəyan etdik. Bu tənqidlər şəxsi deyil, islama məxsusdur. Mən onları islami 
me

yarlarla tənqid edirəm və əslində islam onları tənqid edir. Həmin tənqidlərdən biri bu idi ki, ariflər əqli həddindən 
artıq çox təhqir ediblər və bə

zən onu e

tibarsız bir şey saymaq həddinə qədər irəliləyiblər.
Onların eşqin məqamını əqldən yuxarı aparmalarında heç bir şəkk-şübhə yoxdur. Hafizin sözü ilə desək: «Eşqin, 
əqldən daha çox uca dərgahı var.» Amma onlar əqlin təhqiri məsələsində bə

zən ifrata varıblar. Belə ki, təfəkkür, 
düşüncə, məntiq, deduksiya və bürhanı çox e

tibarsız bir şey kimi qələmə veririrlər və hətta onu ən böyük maniə 
adlandırırlar. Onlar hansısa bir filosofun müəyyən mə

nəvi məqama çatmasını görəndə də çox təəccübləniblər.
Bu barədə kitablarda məşhur bir hekayət nəql edilib. Məşhur və böyük filosof olmuş İbni Sina çox mühüm və böyük 
ariflərdən olmuş Əbu Səid Əbulxeyr ilə bir əsrdə yaşayıb. İbni Sina dünyaya göz açdığı yer, yə

ni Bəlx və Buxarada 
yaşayıb. Amma sonralar Sultan Mahmudun qorxusundan oradan qaçmağa məcbur olub. Sultan Mahmud, İbni Sinanı 
saraya aparmaq istəyirmiş, amma o, saraya getmək istəmədiyi üçün vətənini tərk etməli olub. İbni Sina Nişapura 
gəlib və orada Əbu Səid Əbulxeyr ilə görüşüb. Yazırlar ki, bu iki nəfər üç gecə-gündüz xəlvətə çəkilərək bir-birləri ilə 
söhbət ediblər. Onlar həmin müddətdə, olduqları yerdən yalnız camaat namazı qılmaq üçün çölə çıxıblar. Bu iki nəfər 
bir-birlərindən ayrıldıqdan sonra İbni Sinadan onun, Əbu Səidi necə gördüyünü soruşublar və o, belə cavab verib: «O, 
bizim bildiklərimizi gözü ilə görür.» Əbu Səiddən də soruşublar ki, Əbu Əlini necə gördün? Əbu Səid cavab verib: «Biz 
hara getdiksə bu kor da əsası ilə bizim dalımızca gəldi.»
Ariflər əqli həddindən artıq çox təhqir ediblər. Mənim bütün bunlardan məqsədim budur ki, əgər biz Qur

anın 
məntiqini bir tərəfə, ariflərin əql barəsindəki məntiqini isə onun yanına qoysaq, onların bir-birləri ilə elə də uyğun 
olmamalarının şahidi olarıq. Qur

an, əqli ariflərdən daha çox dəyərləndirib və ona hörmətlə yanaşıb; əql və təfəkkür, 
hətta sırf əqli deduksiyalara çox istinad edib.
Şiə və sünniliyindən asılı olmayaraq bütün ariflər öz silsilələrini Əli (ə)-da bitirirlər. Hətta ən təəssübkeş sünnilər 
arasında irfan silsiləsi Əli (ə)-da sona çatır. Deyirlər ki, mövcud 60-70 silsilədən yalnız biri Əbu Bəkrdə sona çatır, qalan 
hamısı Əli (ə)-da bitir. Ariflərin, özləri üçün qütb adlandırdıqları Əli (ə) – İbni Əbil Hədidin sözü ilə desək – bə

zən 
ariflərin bütün kitablarda dediklərini dörd sətrdə bəyan etdiyi irfan cövhəri olan Nəhcül-bəlağədə birdən elə filosof olur 
və elə filosofvari əqli dəlillər gətirir ki, heç bir filosof onun tozuna belə çatmaz, yə

ni o, əqli heç vaxt təhqir etməyib.
Buna görə də, islamın kamil insanı irfanın kamil insanından bu cəhətdən fərqlidir. İslamın kamil insanında əql inkişaf 
edib və ona tam hörmət bəslənilir, halbuki, irfanın kamil insanında əql dediyimiz kimi təhqir edilir. Digər məsələ isə 
ictimailik və cəmiyyətə meyl göstərmə məsələsidir ki, keçən söhbətlərimizdə bunu da açıqladıq.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə