MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan


Salha del tələbe cami cəm əz ma mikərd



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə90/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   86   87   88   89   90   91   92   93   ...   158
Kamil insan

Salha del tələbe cami cəm əz ma mikərd
Vançe xod daşt zebiqane təmənna mikərd
Qohəri kəz sədəfe kovno məkan birunəst
Tələb əz qomşodeqane ləbe dərya mikərd
Muşkele xiş bər pire muğan bordəm duş
Ku be təyide nəzər həlli muəmma mikərd
Didəməş xorrəmo xəndan qədəh bade bedəst
Van dəran ayine səd qune təmaşa mikərd
Qoftəm in came cəhanbin be to key dad həkim
Qoft an ruz ki in qonbəde mina mikərd
Bideli dər həme əhvale xuda ba u bud
U nəmi didəşo əzdur xudaya mikərd
İn həme şo

bədeha əql ke mikərd inca
Sameri pişe əsabo yədi beyza mikərd
Qoft on yar kəzo gəşte sərdare bolənd
Corməş in bud ke əsrari huveyda mikərd
İrfan «batinə diqqət» məsələsində həddindən artıq inkişaf etmişdir.
MöVLANANIN TƏMSİLİ
Mövlana «Məsnəvi»nin 6-cı dəftərində təmsil olan bir hekayət nəql edib. Həmin hekayətdə deyilir ki, qızıl-gümüş 
vurğunu olan bir kişi həmişə Allahdan xəzinə istəyərmiş. Ayaqlarının bir yeraltı xəzinəyə batmasını və ömürlərinin 
axırına kimi rahat yaşamağı arzulayan tənbəllərdən olan bu kişi həmişə dua edərək Allaha belə deyərmiş: «İlahi, 
dünyaya bu qədər adam gəlib-gedib və onlar torpaq altında qızıl-gümüş basdırıblar; torpaq altında çoxlu xəzinələr 
var ki, sahibləri ölüb gediblər. Ey Rəbbim, Sən mənə bir xəzinə aşkar et!» Bu kişi bir müddət ancaq bu duanı etməklə 
məşğul imiş və axşamlar səhərə kimi ağlayaraq nalə edərmiş. Axır ki, bir gecə yuxuda, qeybdən gələn bir səs ona 
belə deyir: Allahdan nə istəyirsən? Kişi deyir: Mən Allahdan xəzinə istəyirəm. Qeybdən gələn səs ona deyir ki, Allah-
taala mənə əmr edib ki, sənə xəzinə yeri göstərim. Mən sənə nişanələr verəcəm və onlara əsasən filan təpənin üstünə 
gedərsən. özünlə ox və yay da götürərsən və filan nöqtədə dayanaraq oxu yaya qoyub atarsan. Ox hara düşsə xəzinə 
oradadır. Kişi yuxudan oyanır və bunun çox aydın yuxu olduğunu anlayır. öz-özündə deyir ki, verilən nişanələr düz 
olsa, yə

ni nişanələrin deyildiyi yer mövcud olsa xəzinəni mütləq tapacağam. Həmin yeri axtarmağa gedir və görür ki, 
bütün nişanələr düzdür. O, oxu atmaq üçün deyilmiş yerdə nöqtədə dayanır. İndi ancaq oxu atmaq lazım idi. Amma 
birdən yadına düşür ki, qeybdən gələn səs oxu hansı tərəfə atmaq lazım olduğunu deməyib. Fikirləşir ki, əvvəl məsələn, 
qiblə tərəfə atım, inşallah ki, orda olar. Oxu yaya qoyub möhkəm çəkərək qiblə tərəfə atır. Ox bir az gedib yerə düşür. 
Bel və külüngünü götürərək, gedib həmin yeri qazır. Amma nə qədər qazırsa xəzinə tapmır. öz-özünə deyir ki, yəqin 
cəhəti səhv müəyyənləşdirmişəm. Oxu başqa bir tərəfə atır, amma yenə də heç bir nəticə əldə etmir. Bu gedişlə oxu 
hansı tərəfə atırsa xəzinə tapa bilmir. Bir müddət bu işlə məşğul olur və müxtəlif yerləri qazmasına baxmayarq heç nə 
əldə edə bilmir. O, bu işdən çox narahat olur. Yenə də məscidin bir guşəsinə çəkilir və gileylənməyə başlayaraq belə 
deyir: «İlahi, bu necə yol göstərmək idi? Atam yandı, amma heç nə əldə etmədim.» Həmin şəxs bir müddət ağlayaraq 
nalə etdikdən sonra qeybdən gələn səs yenə də onun yuxusuna girir. Kişi yuxusuna girmiş həmin şəxsin yaxasından 
yapışaraq belə deyir: Bu necə yol göstərmək idi?! Sənin dediklərin yalan çıxdı. Qeybdən gələn səs ondan nə etdiyini 


55
Kamilliyə doğru Wap.IXLAS.Az
soruşur. Kişi dedi ki, sənin dediyin yerə getdim, verdiyin nişanələr düz idi. Mən həmin nöqtəni də tapdım. Oxu yaya 
qoydum və onu möhkəm çəkərək qiblə tərəfə atdım. Qeybdən gələn səs deyir: Mən sənə nə vaxt dedim ki, bu cür 
edəsən? Sən mənim sözümdən çıxıbsan, mən dedim ki, oxu yaya qoy, hara düşsə orda xəzinə var. Mən oxu yaya qoyub 
möhkəm çəkməyi deməmişdim. Kişi deyir: – Düz deyirsən. Səhərisi gün yenə də bel, külüng, ox və yayı götürərək 
həmin yerə gedir. Oxu yaya qoyur. Onu buraxan kimi ox ayağının altına düşür. O, ayağının altını qazır və görür ki, 
xəzinə həmin yerdədir.
Mövlana təmsilin burasına çatanda belə deyir:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə