MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə92/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   88   89   90   91   92   93   94   95   ...   158
Kamil insan

İSLAMIN NƏZƏRİ
İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə 
kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün 
lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı 
abadlaşdıraraq münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə alaq otları çıxsa onları təmizləməli, məhsulu biçərək 
xarmana aparmalıdır. «Dünya axirət üçün tarladır». Bu Peyğəmbər (s)-dən nəql edilmiş hədisdir. Bəli, əkinçinin tarla 
ilə evini səhv salması, hansının qalmaq yeri olduğunu bilməməsi böyük səhvdir. Tarlanın əkin yeri olmasını heç nə ilə 
səhv salmaq olmaz. Bazar tacir üçün iş yeridir, yə

ni o, öz sərmayəsini və bütün sə

y və cəhdini çoxlu gəlir əldə etməyə 
sərf etməli, varını artırmalıdır. Dünya da insan üçün belədir. Həzrət Əli (ə)-da buyurub: 
«Dünya Allah övliyaları üçün 
ticarət yeridir.»
Bir dəfə bir şəxs həzrət Əli (ə)-ın yanında dünyanı pisləməyə başlayır. O, Əli (ə)-ın dünyanı pisləməsini eşitmişdi, 
amma o həzrətin dünyanı nə cəhətdən pislədiyini başa düşməmişdi. Həmin şəxs elə bilirdi ki, Əli (ə) dünyanı pisləyəndə 


56
Kamilliyə doğru Wap.IXLAS.Az
məsələn, təbiəti pisləyir, amma bilmirdi ki, o həzrət dünyapərəstliyi pisləyir; insanın bu dünyapərəstliyi haqq və 
həqiqətpərəstliyə zidd olduğu və bütün insani dəyərləri inkar etməklə bərabər olması səbəbindən məzəmmət edir. O, 
dünyanı pisləyəndə dünyapərəstliyə zidd olan və onu məzəmmət edən Əli (ə) qəzəblənərək belə buyurdu: 
«Ey dünyanı 
məzəmmət edərək pisləyən şəxs! Ey dünyaya aldanmış insan! Dünya səni aldatmayıb, sən aldanmısan.» 
Bu çox 
qəribə bir ifadədir; dünya heç kəsi aldatmır, insan özü aldanır.
Mən bununla bağlı bir məsəl çəkmək istəyirəm. Məsələn, ola bilərmi ki, bir qoca arvad süni bəzəklərlə kimisə 
aldatsın; yə

ni ağzında dişi olmamasına baxmayaraq süni dişlər düzəltdirsin, saçının tökülməsinə baxmayaraq süni 
saç qoydursun və s. şeylərlə özünü bəzəyib cavan qız kimi göstərsin. Bir nəfər də onun cavan olduğunu təsəvvür edib 
onunla evlənsin. Amma iş-işdən keçəndən sonra, səhv etdiyini başa düşsün. Həmçinin bir dəfə də belə ola bilərmi ki, 
həmin qoca qarı bütün həqiqətləri əvvəlcədən deyərək yaşının məsələn, 59 olduğunu bildirsin. Desin ki, ağzımda olan 
dişlərim hamısı süni dişlərdir, başımdakı parikdir və s. bütün bunları açıqcasına dedikdən sonra tərəf müqabilə evlənmək 
təklifi etsin. O, nə qədər desə ki, dişlərim tökülüb, tərəf müqabil «tökülən dişlərinə qurban olum» desin; «mənim heç 
bir gözəlliyim yoxdur» deyəndə tərəf müqabil «sən təvazökarlıq edirsən» söyləsin. Belə olan şəraitdə həmin qadın səni 
aldatmayıb, sən özünü aldatmağa hazırlaşır, özün-özünü aldatmaq istəyir və aldanmaq üçün bəhanə axtarırsan. Əli (ə) 
buyurur ki, dünya heç nəyi gizlətməyib. Axı dünya nəyi gizlədib ki, sən onun səni aldatdığını deyirsən? Sən öz əlinlə 
atanı torpağa basdıranda, dünya səni aldatmışdımı?! Dünya deyir ki, mən buyam; mən dəyişkənlik yeriyəm; məndə 
sabitlik və əbədilik yoxdur. Dünya deyir ki, məni olduğum kimi dərk et! Nə üçün mənə olmadığım şəkillərdə inam 
bəsləmək istəyirsən? Mən bir cürəm və özümü olduğum şəkildə də sənə göstərirəm; amma sən mənə mən olduğum kimi 
deyil, özün istədiyin kimi inanmaq istəyirsən. Deməli dünya heç kəsi aldatmır, insan özü aldanır. Gəl hesablayaq görək, 
sən dünyaya qarşı cinayət törətmisən, yoxsa dünya sənə qarşı? Sən dünyaya xəyanət edirsən, yoxsa dünya sənə? Dünya 
səni nə vaxt aldadıb? Nə vaxt sənin nəfsani istəklərini tələb edib? Sən nəfsani istəklərinlə dünyanın dalınca düşmüsən!! 
Həzrət Əli (ə) sonra belə buyurur: 

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə