MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə87/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   83   84   85   86   87   88   89   90   ...   158
Kamil insan

SƏKKİZİNCİ FƏSİL
1. İRFAN MƏKTƏBİNİN TƏNQİD VƏ ARAŞDIRILMASI
«[Əksəriyyəti yazıb oxumaq bilməyən] ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu Peyğəmbər – 
əvvəllər haqq yoldan açıq-aşkar azsalar da – onlara Allahın ayələrini oxuyar, onları [günahlardan, şirk və küfr 
çirkabından] təmizələyər, onlara kitabı və hikməti [Qur

anı və şəriəti] öyrədər.»
(Cümə-2).
Bəhslərimiz əslində islam baxımından kamil insanı tanımaq məqsədi daşıyır. Əvvəlki söhbətlərimizdən birində qeyd 
etdik ki, insan özü-özündən ayrıla bilən yeganə varlıqdır, yə

ni biz, itlik xislətinə malik olmayan it, pişiklik xislətinə 
malik olmayan pişik və həmçinin pələngin sifətinə malik olmayan pələng tapa bilmərik. Dünyada olan hər bir pələng, 
bizim pələnglik adlandırdığımız xislətlərin hər birinə instinkt surətdə malikdir. Amma insan, insanlıq xüsusiyyətlərinə 
malik olmur və o, həmin xislətləri qazanaraq əldə etməlidir. Həmçinin dedik ki, insanın insan olması onun bioloji 
quruluş və sistemi ilə qətiyyən bağlı deyil. Belə ki, qədim (və müasir) terminalogiyada insanlıq və adamlıq adlandırılan 
şey insanın bioloji xüsusiyyətlərindən ayrı bir şeydir.
Təne adəmi şərifəst becane adəmiyyət
Nə həmin libas zibast neşane adəmiyyət.
İnsan vücudu onun insanlıq ruhuna malik olması səbəbindən əziz və şərəflidir. Gözəl paltar adamlıq və insanlıq 
nişanəsi deyildir.
Ümumiyyətlə mə

lumdur ki, müəyyən bir varlığı insan adlandırdığımız üçün onun müəyyən bioloji quruluş və 
sistemə malik olması kifayət deyildir. Adamlıq və insanlıq başqa bir şeydir. Anadan doğulan hər bir şəxs bu mə

nanı 
daşıyan insan deyil. Hətta deyiblər: «Molla olmaq çox asan, adam olmaq çətindir.»
İnsan dünyaya alim deyil, alim olmaq iste

dadlarına malik olan bir varlıq gəldiyi kimi, adam deyil, adam olmaq 
imkan və iste

dadına malik bir varlıq kimi gəlir. Belə olan surətdə, bu sual ortaya çıxır ki, hər bir şəxsin olmalı olduğu 
adamlıq və insanlıq nədir? Həkim və bioloq bu insanlığı bizə göstərə və ya tanıtdıra bilməz. İnsanlıq elə bir şeydir ki, 
dünyanın ən materialist məktəbləri belə, onu inkar etmirlər. Amma bu elə bir şeydir ki, onu maddi me

yarlarla ölçmək 
mümkün deyildir. Buna görə də biz, insanın özü üçün mə

nəviyyat qapısı olduğunu deyirik. İnsanın öz vücudunda 


na aləmini dərk etməsi və maddi məsələlərdən başqa digər şeylərin də olmasını anlaması üçün olan qapılardan biri 
insanlıq qapısıdır. Bu elə bir qapıdır ki, mövcud olmasına baxmayaraq, hiss və duyğu orqanları ilə hiss edilməzdir. O, 
labaratoriyalarda axtarılmaqla tapılmır, amma bütün dünya onun olmasını qəbul edir. Dünyanın ən materialist adamları 
belə, insani dəyərlər deyəndə, qeyri-maddi insani işlər və məsələləri nəzərdə tuturlar.
Biz, islam baxımından əsaslı olan insani dəyərləri tanımaq, yə

ni bu dinin insanın əsaslı dəyərlərini nə hesab etdiyini 
başa düşmək istəyirik. Müxtəlif məktəblərin nəzərlərini açıqlayaraq onları tənqid etməyincə isə, islamın nəzərlərini 
tanıyaraq dərk edə bilmərik. Tənqiddən məqsəd irad tutmaq deyil, həqiqi tənqiddir. Həqiqi tənqid sərrafçılıq kimidir, 


ni onun qızıl pul üzərində gördüyü işi görmək istəyirik. Sərraf həmin pulun neçə faizinin təmiz qızıl, neçə faizinin 
gümüş və başqa şey olmasını müəyyənləşdirmək üçün onu xüsusi daşla yoxlayır və əyarını əldə edir. Buna görə də 
tənqid, hər şeyi rədd etmək demək deyildir. Bizim tənqid etməkdən məqsədimiz, islam me

yarlarının həmin pulların 
nədən düzəldiyini müəyyənləşdirməsidir. Biz bu araşdırmamızda filosof, arif və digər məktəblərin düzəltdikləri 
pulları yoxlamaq istəyirik. Buna görə də onları bir-bir irəli sürərək barələrində söz açırıq. Başqalarının pullarını dəqiq 
şəkildə araşdırmayınca islamın təqdim etdiyi pulun necə olmasını başa düşə bilmərik. Mən yəqinliklə bilirəm ki, bu 
məktəblərin nəzərlərini açıqlayaraq tənqid etmədən əsl insani dəyərlərin nələr olduğunu desəm, heç kəs e

tiraz edərək 
başqa şeylərin də olduğunu deməyəcək və ya həmin şeylərin nə üçün dəyərli, digər şeylərin isə dəyərli olmamasının 
səbəbini soruşmayacaq. Amma məsələ burasındadır ki, biz digər məktəblərin nəzərlərini açıqlayaraq onları həqiqi 


nada tənqid etsək, yə

ni onları islami me

yarlarla ölçsək, insan barəsindəki islami dəyərlər və bu dinin həqiqətən 
dəyərləndirdiyi insani dəyərlərin nədən ibarət olması barəsində məntiqi və əsaslı söhbət edə bilərik. Belə olan surətdə 
hətta onların neçə faiz dəyərə malik olduğunu da hesablaya bilərik. Belə ki, dəyərlərin hamısını yüz hesab etsək islamın 
bu barədəki həssaslıqlarını nəzərə alaraq deyə bilərik ki, məsələn filan dəyər insani dəyərlərin əlli faizini, o birisi otuz 
faizini, üçüncüsü isə on faizini təşkil edir.


53
Kamilliyə doğru Wap.IXLAS.Az

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə