MüƏLLİF: ustad şƏHİd müRTƏza müTƏHHƏRİ TƏRCÜMƏ edəN: İslamşÜnas ağabala mehdiyev kitabın adı: Kamil insan



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə103/158
tarix29.11.2023
ölçüsü1,39 Mb.
#138727
1   ...   99   100   101   102   103   104   105   106   ...   158
Kamil insan

QINAQ VƏ DANLAQ ÜSULU


zi sufilər arasında yayılmış, amma az-çox onların hamısına öz tə

sirini göstərmiş üsul və yollardan biri də «qınaq 
və danlaq üsulu» və ya «danlananlar üsulu» adlandırılan yoldur. Bu üsul nədir? Bu, riyakarlığın müqabil nöqtəsidir. 
Riyakar adamın batini pis olur, amma o, özünü yaxşı kimi göstərir. Qınaq və danlaq üsulu ilə gedən şəxs isə yaxşı adam 
olur, amma camaatın ona e

tiqad bəsləməməsi üçün özünü pis kimi göstərir. Məsələn, o, şərab içmir, amma özünü 
şərab içən adam kimi göstərir, zina etmir amma özünü zinakar kimi göstərir ki, camaat onu pozğun və zinakar adam 
kimi tanısın. Həmin şəxs, bütün işlərinin izahında deyir ki, onların hamısı nəfsin öldürülməsi və məhvi üçün görülür. 
Doğrudan da bu işlər nəfslə kəskin mübarizədir. Çünki nəfs ona e

tiqad bəslənilməsini və hörmət göstərilməsini istəyir. 
Amma şəxs bilə-bilə elə işlər görür ki, xalq ona inam göstərməsin. Bir də görürsən ki, oğru olmamasına baxmayaraq, 
özünü oğru kimi göstərir. Birinin malını götürüb elə yerə aparır ki, onu tutub döysünlər. Yaxud şərab içməməsinə 
baxmayaraq özü ilə araq şüşəsi gəzdirir.
Görəsən bu qism işlər islam məntiqinə uyğundurmu? Xeyr! İslam, mö

minin şərəfini əmanət hesab edir və onun 
ixtiyarının öz əlində olmadığını bildirir. Buna görə də, onun camaat içində şərəf, şöhrət və abır-həyasına xələl gətirən 
işlər görmək haqqı yoxdur. İslam deyir ki, nə riyakarlıq edərək özünü yaxşı adam kimi göstər və nə də yalandan özünü 
pis adam kimi qələmə ver! Bunların hər ikisi əməli yalan hesab olunur. Nə o yalanı və nə də bu yalanı de!
İrfani ədəbiyyatda çox müqəddəs və mə

nəvi mə

na daşıyan mətləblərin xoşagəlməz kəlmələrlə bəyan edilməsinin 
və məsələlərin şahid, mə

şuq, şərab, ney və bu kimi ifadələrlə söylənilməsinin səbəblərindən biri də onların, özlərini 
olmadıqları kimi göstərmək istəkləri olub. Hətta Hafiz, özünün riyakar və ya qınaq üsulu ilə gedən olmasını inkar 
etməsinə baxmayaraq, onun şe

rlərində də bu mətləblərə çox rast gəlmək olar:

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə